Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə104/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   100   101   102   103   104   105   106   107   ...   159

Sənaye inqilabı 

 

349 

 

transmissiya  sistemlərinin  ixtisara  düşməsi  demək  idi.  Dəzgahlarda 



quraşdırılmış  mühərriklər  həm  də  böyük  enerji  məsrəfinin  qarşısını 

almağa  imkan  vermişdir.  Çünki,  böyük  transmissiyalar  çox  vaxt 

sürtünməyə  sərf  olunan    yüksək  iş  həcminə  görə  təxminən  50%  enerji 

itgisinə gətirib çıxarırdı [2.55]. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 2.71. Elektrik mühərriki ilə hərəkət etdirilən körpü kranı.

 

Bundan  əlavə  ayrıca  yerləşdirilmiş  elektrik  mühərriklərinin  tətbiqi 



aşağıdakı üstünlüklərə malik idi: 

-

 



transmissiyalar  yığışdırıldıqdan  sonra  sexlər  daha  işıqlı 

olurdular, 

-

 

transmissiyalar 



olmadığından 

sexlərdə 

kranların 

tətbiqi 


sadələşir, binanın tikintisi asanlaşırdı, 

-

 



dəzgahlar bir-birindən asılı olmayaraq işlədilə bilirdi, 

-

 



dəzgahlarda  görülən  işin  dəyərini  dəqiq  təyin  etmək  mümkün 

idi.  


Elektrik ötürmələrinin tətbiqi ilk vaxtlarda yalnız yeni dəzgahların alın- 

ması və ya da sexin texniki cəhətdən tamamilə yenidən silahlandırılması 

zamanı iqtisadi səmərə verirdi. Ona görə də, istehsalçılar dəzgahları  hə- 



Sənaye inqilabı 

 

350 

  

mişə olduğu kimi, qayış ötürməsi üçün pilləli disklərlə hazırlayırdılar və 



hansı  ötürmədən  istifadə  olunmasını  müştərinin  öhdəsinə  buraxırdılar. 

Nəticədə, çox vaxt transmissiya qurğusu saxlanılaraq elektrik mühərriki 

ilə hərəkət etdirilirdi (şəkil 2.72) [2.56].   

Ümumiyyətlə,  dəzgahqayırmada  elektrik  mühərriklərinin  kütləvi 

tətbiqi,  ilk  dəfə  olaraq  Amerikada  başlayır.  Almaniyada  yalnız  XIX 

əsrin  sonunda,  tezkəsən  alət  poladlarının  tətbiqi  nəticəsində  yüksək 

kəsmə  sürətlərinə  yaranan  ehtiyac  ilə  şərtlənən  təzyiq  nəticəsində 

dəzgahlar  separat  olaraq  belə  mühərriklər  ilə  təmin  olunmağa 

başlayırlar.        

 

      



 

 

 

 

 

 

Literatur 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 2.72. Dəzgahların elektrik mühərriki ilə qrup şəklində hərəkət     



etdirilməsi, 1892-ci il.

 



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

 

351 



2.6.  Sənayeləşmə 

prosesinin 

genişlənməsi 

ərəfəsində 

maşınqayırma 

 

2.6.1. XIX əsrin sonu XX əsrin əvvəllərində əldə edilən texniki    

nailiyyətlər 

 

XIX

  əsrin  sonunda  elektrikləşmə  epoxasının  qədəm  qoyması  ilə 

sənayeləşmə  prosesi  daha  güclü  şəkildə  genişlənərək  Avropanın  başqa 

ölkələrini  bürüməyə  başlayır.  Elektrik  maşınlarının  böyük  həcmdə 

istehsal  edilməsi,  onu  istehsalın  və  məişətin  çox  sahələrində  tətbiqini 

mümkün  etmişdir.  Bunun  nəticəsində,  elektrik  enerjisinə  getdikcə  artan 

tələbat  elektrik  stansiyalarının  işlədilməsi  üçün  daha  güclü  enerji 

mənbələrinə ehtiyacı artırmışdır. Bu problem buxarla işləyən turbinlərin 

ixtirası  ilə  həll 

edil-


mişdir. 

1883-cu 


ildə 

isveçrəli  Karl  de  Lavalın 

(ingl.  Carl  Gustav  Patrik 

de 

Laval

düzəltdiyi 

buxar  turbini  770  m/s 

sürətinə 

malik 

olaraq 


gücü  adi  buxar  maşınına 

nisbətən  on  dəfə  artıq  idi 

(şəkil  2.73).  Bu  turbinin 

iş  prinsipi  belədir.  Dörd 

borudan  verilən  buxar 

carxın  pərlərinə  yönəldi- 

lir.  Yüksək  təzyiq  altında 

olan  buxar  pərlər  üzrə 

axaraq onu fırladır. Çarxın dönməsi nəticəsində istilik enerjisi mexaniki 

enerjiyə çevrilir [2.57, 2.58].  

Laval  ilə    eyni  vaxtda  ingilis  mühəndisi  Çarlz  Parson  çox  pilləli 

buxar  turbinini  ixtira   edir (şəkil 2.74). Parsonun  düzəltdiyi  turbindən 

Şəkil 2.73. Lavalın turbinin iş sxemi.

 



XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 

 

352 

 

həm elektrik stansiyalarının işlənməsi, həm də gəmilərin sürətlə hərəkət 



etdirilməsi  üçün  tətbiq  edilirdi.  1884-cü  ildə  amerikalı  Pelton  böyük 

təzyiq  altında  şırnaqla  işləyən  hidroturbini  ixtira  edir.  Hidroturbinlərin 

faydalı  iş  əmsalı  çox  yüksək  idi,  təxminən  80%  təşkil  edirdi.  Bundan 

əlavə  hidroturbinlərin  tətbiqi  ilə  əldə  edilən  enerji  ucuz  başa  gəlirdi 

[2.49].  

 

Şəkil 2.74. Parson prinsipi ilə işləyən turbin. 



 

Böyük  gücə  malik  maşınların  yaradılması  ilə  bərabər  kiçik  həcmli 

çevik mühərriklərin hazırlanması üzrə də işlər görülməyə başlayır. 

Öncə  qazla  işləyən  mühərriklər  düzəldilir.  Bu  mühərriklər  kiçik 

müəssisələr üçün nəzərdə tutulmuşdur. Qazla işləyən mühərriklər daxili 

yanma  mühərriki  olub,  qazın  silindrdə  yanması  zamanı  əmələ  gələn 

təzyiq nəticəsində porşenin itələnməsi ilə hərəkətə gətirilirdi. Gilizlərdə 

yüksək  temperaturda  baş  verən  iş,  işçi  hissələrin  soyudulması  və 

yağlanmasını  tələb  edirdi.  Bu  problem,  1860-cı  ildə  belçikalı  mühəndis 

Jozef  Lenoar  (fran.  Joseph  Etienne  Lenoir)  tərəfindən  həll  edilir  (şəkil 

2.75). O, ilk qaz mühərrikini düzəldir. Mühərrik əsasən içərisində kolba 

yerləşdirilmiş  silindrdən  ibarət  idi.  Mühərrikin  iş  prinsipi  buxar 

maşınları ilə oxşar idi. Fərq orasında idi ki, burada qaz sıxılmamış halda 

gah  kolbanın  altında,  gah  da  üst  tərəfində  yandırılırdı.  Yanma  zamanı 

əmələ  gələn  qaz  təzyiqi  kolbanı  irəli-geri  hərəkət  etdirərək,  dirsəkli 

valın köməyi ilə çarxı fırladırdı. Silindrin hər iki tərəfində qazın çıxması  




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə