Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə102/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   98   99   100   101   102   103   104   105   ...   159

Sənaye inqilabı 

 

342 

 

Herman  Yakobi  eyni  qaydada  praktikada  tətbiq  oluna  biləcək 



mühərriklərin düzəldilməsi üzrə işləyirlər. Yakobinin mühərriki elektrik 

ilə  maqnit sahəsinin yaranmasına əsaslanırdı (şəkil 2.62). Şəkildə təsvir 

olunmuş  maqnit  çubuqlar  dəyişən  cərəyan  sayəsində  180°  dönə  bilirdi. 

Hər  yarım  dövrdən  sonra  xüsusi  mexanizmin  köməyi  ilə  cərəyanın 

istiqaməti  dəyişdirilərək  rotorun  fasiləsiz  fırlanması  əldə  edilir.  Yakobi 

1838-ci ildə Peterburq şəhərində 6 nəfəri daşıya biləcək gəmini 220 Vatt 

gücündə  mühərriklə  hərəkət  etdirir.  Onun  gəmisi  4,5  km/saat  sürətinə 

malik 


idi 

[2.50,2.52]. 

Texnika 

tarixində 

1837



38-ci 



illər 

elektromexaniki ötürmənin yaranması illəri sayılır.  

Onu  da  qeyd  etmək  lazımdır  ki,  bu  dövrdə  sabit  cərəyanla  işləyən 

mühərriklər az tətbiq olunurdu. Dəyişən cərəyanla işləyən mühərriklərin 

tətbiqi  yeni  konstruksiyanın  layihələn- 

dirilməsini tələb edirdi. 1841-ci ildə Çarlz 

Vitston  ilk  dəfə  olaraq  dəyişən  cərəyanla 

işləyən sinxron mühərriki düzəldir. Ancaq 

bu 

mühərrikin 



bir 

çox 


çatışmayan 

cəhətləri var idi. Ən əsası ondan ibarət idi 

ki,  mühərriki  işə  salmaq  üçün  əlavə 

təcilləndirici  mühərrik  lazım  idi.  1888-ci 

ildə  italiyalı  fizik  Ferraris  və  xorvatiyalı 

mühəndis  Nikola  Tesla  (o  sonralar  ABŞ-

da  çalışmışdır,  şəkil  2.63)  fırlanan 

elektromaqnit  sahəsi  hadisəsini  kəşf  edir- 

lər.  Teslanın  etdiyi  ixtiralar  elektrotexni- 

kada  yeni  eranın  başlanğıcını  qoyaraq, 

butun  dünyada  böyük  maraqla  qarşılanmışdır.  1888-ci  ildə  ABŞ-ın 

Westinghouse  Elektrik  Company”  firması  Teslanın  bütün  ixtiralarını 

alaraq  elektrik  mühərriklərinin  istehsalı  ilə  məşğul  olur  [2.50,  2.52]. 

Sonralar  Almaniyanın  AEG  firmasında  çalışan  mühəndis  Dolivo-

Dobrovolski  (1862

1919,  o  rus  mənşəli  idi)  Teslanın  mühərrikini 



təkmilləşdirərək daha  mükəmməl  bir maşın ixtira edir. Onun əsas işlə- 

 

Şəkil 2.63. Nikola Tesla 



                  (1856

1943). 




Sənaye inqilabı 

 

343 

 

ri  mühərrikin  rotorunun  yeni  formada  düzəldilməsi  ilə  bağlı  olmuşdur. 



Aparıcı  rotorun  materialı  onun  işində  böyük  rol  oynayırdı.  Rotor  həm 

kiçik  elektrik  müqavimətinə,  həm  də  yaxşı  maqnit  keçiriciliyinə  malik 

olmalı  idi.  Dolivo-Dobrovolski  poladdan  hazırlanmış  silindrik  rotorun 

periferiyası  üzrə  mis  çubuqlar  keçirir.  Onun  bu  konstruksiyası 

gözlənilən nəticəni verir və bu günə kimi praktikada geniş tətbiq olunur. 

Dolivo-Dobrovolski 1889-cu ildə öz rotoruna patent alır. Öz ilk 3 fazalı 

mühərrikini Dolivo-Dobrovolski 1889-cu ildə düzəldir. Onun apardığı 

tədqiqatlar 

nəticəsində 

asinxron 

mühərriklərin  effektivliyini  kəskin 

artırmaq  mümkün  olmuşdur.  Bu 

mühərriklərin  texniki  parametrləri  o 

dövrdə  mövcud  olan  başqa    mühər- 

riklərin parametrlərindən yüksək idi. 

Ona  görə  də,  sonralar  asinxron 

mühərriklər  elektrik  cərəyanı  ilə 

təmin  edilə  bilən  bütün  istehsal 

sahələrində 

başqa 


mühərrikləri 

sıxışdıraraq geniş tətbiq olunur.  

Elektrik  mühərriklərinin  yaradıl- 

ması 


istiqamətində 

aparılan 

tədqiqatlar  göstərmişdir  ki,  cərəyan 

mənbəyi 


kimi 

batareyalardan 

istifadə  etmək  imkanı  artıq  tükən- 

mişdir.  Buna  görə  də,  mütəxəssislər 

yeni  texniki  imkanlar  üzərində  işləməyə  başlayırlar.  Bunsuz  elektrik 

mühərriklərinin geniş tətbiqi mümkün deyildi. 

İlk  enerji  yaradan  mənbə  kimi  Ippolit  Piksi  (fran.  Hippolyte  Pixii,

 

1808



1835)  tərəfindən,  Parisdə  Amperin      təklif  etdiyi  komutator  

(cərəyan  çevricisi)  əsasında  düzəldilən  dəyişən  cərəyan  generatoru  

sayılır.  1833-ci  ildə  Piksinin  düzəltdiyi  bu  generator  Faradeyin  maqnit 

induksiya prinsipinə əsaslanırdı (şəkil 2.64).  

 

 



 Şəkil 2.64. Piksinin düzəltdiyi 

                

generator.

 



Sənaye inqilabı 

 

344 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Ancaq  bu  generator  yalnız  laboratoriyada  sınaqdan  keçmişdir.  İlk 

praktikada tətbiq oluna biləcək dəyişən cərəyan generatoru  1849-cu ildə 

Floris 


Nollet 

tərəfindən 

ixtira 

edilmiş  və  Allians  konsernində 



hazırlanmışdır (şəkil 2.65). 

Bu 


komutatorsuz 

generator 

London küçələrindəki lampalar üçün 

lazım  olan  qazın  elektro-kimyəvi 

üsulla  alınmasında  istifadə  edilirdi.  

Bu  prinsiplə  işləyən,  yəni  daimi 

maqnitə malik generatorların bir çox 

çatışmayan cəhətləri var idi. 

Maqnit 

hissələrin 



çəkisinin 

yüksək  olması  və  onun  gücünün 

məhdud  olması  nəticəsində,  daimi 

maqnitlə  işləyən   generatorların  tət- 

biqi məhdud idi. İş zamanı  yaranan 

 

Şəkil 2.65. Allians konserninə mənsub olan generator. 



 

Şəkil 2.66.  Verner fon Simens 

                    (1816

1892). 




Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə