İlk texniki alətlər
21
Mezolit Azərbaycanda b.e.ə. 11–8 minillikləri əhatə edir. Artıq bu
dövrdə əkinçilik və heyvandarlığın ilkin formaları yaranır. Bu dövr
başlıca olaraq Qobustandakı qayaüstü rəsmlər və arxeoloji tapıntılar
əsasında tədqiq edilib. Yer
üzündə ibtidai insanın ən
zəngin "muzey"lərindən biri
sayılan bu ərazidə altı
minəcən qayaüstü rəsm və
ona yaxın qədim insan
düşərgəsi aşkar edilmişdir.
Bu rəsmlərdə o dövrkü
adamların
məşğuliyyəti,
əmək fəaliyyəti, ov və
balıqçılıq
səhnələri
öz
əksini tapmışdır. Arxeoloji
materiallar və rəsmlər sübüt
edir ki, artıq o dövrdə
insanlar ox və kamandan
istifadə etməyi bacarırdılar
(şəkil 1.6).
Neolit Azərbaycanda b.e.ə. VII minilliyə təsadüf edərək Qobustan və
Həsənlitəpə (Cənubi Azərbaycan) arxeoloji materialları timsalında
tədqiq edilmişdir. Bu dövrdən ibtidai insanlarda istehsal xarakterli
təsərrüfat formalaşır, arxaik (primitiv) saxsı məmulatının hazırlanması
başlanır [1.14, 1.15].
Yer üzündə qədim insanların Homo sapiens ilə əvəz olunması tədricən
baş vermişdir. Uzun müddət müxtəlif rayonlarda bu iki insan tipinə aid
olan adamlar yanbayan yaşamışlar [1.12]. Homo sapienslə insan
təkamül prosesinin sonuncu mərhələsinə qədəm qoyur. 40000 il bundan
əvvəl insanların bioloji inkişaf prosesi başa çatdıqdan sonra, onların
genetik inkişafı indiyə qədər stabil olaraq qalmışdır. İnsanların bioloji
inkişafı sonralar mədəni və sivil inkişaf ilə əvəz olunmuşdur. Yeni
Şəkil 1.6. Azərbaycanda tapılmış daş
ucluqlar.
İlk texniki alətlər
22
insanların həyatında alətlərin hazırlanması üsulları da eyni dərəcədə
böyük əhəmiyyət kəsb etməyə başlayır.
Yetişmiş insanların ilkin mədəni inkişaf mərhələsində, buz dövrünün
sonundan (8000 il əvvəl) yeni daş dövrünə kimi bir vaxtda, malik
olduqları iqtisadi imkan yalnız ovçuluq və bitkilərin yığılmasından
ibarət idi. Əkinçiliyin yaranması qədim daş dövrünə təsadüf edir.
Coğrafi və texnoloji cəhətdən inkişaf etmiş ilkin insan cəmiyyətləri
mərkəzi Avropada yerləşmişdir. Sonuncu buz dövründə bu cəmiyyətlər
cənub şərqə sıxışdırılır. Bununla bərabər Amerika, Afrika və Asiyada da
yaşayış məntəqələrinin izlərinə rast gəlinir. Avropa ərazisində yayılmış
nazik tilli daş alətlərin hazırlanması texnikası daha da yaxşılaşdırılaraq,
nazik daşlardan pəstah seçimi sistemləşdirilmişdir.
Daşların deşilməsi və yonulması üçün əldə olunan qurğuların inkişafı
sayəsində alətlərin hazırlanması özünün ən yüksək nöqtəsinə çatır.
Neolit dövrü daşların yonulmasında tətbiq olunan pardaqlama, deşmə və
mişarlama kimi bir çox yeni emal üsulları ilə xarakterizə olunur [1.10].
Bu metodlar insanlara yeni, daha bərk daşlardan, məsələn: nefrit, jadeit,
bazalt və dioritdən istifadə etməklə baltalar, iskənələr, pazlar və
çəngəllərin hazırlanmasına şərait yaratmışdır.
Yeni alət üçün lazım olan daş pəstaha forma verilməsi adi üsullarla
bərabər mişarlamanın köməyi ilə də aparılırdı. Səthlərin təmiz emalı
quru və ya yaş pardaqlamanın köməyi ilə yerinə yetirilirdi.
Arxeoloqların hesablamalarına görə, bir pardaqlanmış baltanın daş
qırıntısından hazırlanması üçün 2,5
−
3 saat, pepritdən isə 20
−
25 saat
vaxt tələb olunurdu. İlk pardaqlanmış baltalar mezolit dövründən məlum
olsa da, onlar ancaq neolit dövründə geniş yayıla bilmişlər. Kiçik ölçülü
alətləri daş ucluqdan və ağac qulpdan yığmaq mümkün olsa da, böyük
alətlərdə bu konstruksiya yaramırdı. Buna görə də, yeni üsul – daşların
deşilməsi ixtira edilir. Daşda açılmış deşiklərin köməyi ilə onları iri
ağac sapaqlara bərkitmək mümkün idi. İlk vaxtlarda qədim insanlara
deşmə əməliyyatının mexanizmi ilə bağlı olaraq yalnız konik deşikləri
açmaq nəsib olurdu. Bu isə daşların sapaqda bərk oturtması üçün yetərli
İlk texniki alətlər
23
deyildi. Bunun üçün nisbətən daha dəqiq olan silindrik deşiklərin
açılmasına ehtiyac var idi. Deşmə texnologiyasının təkmilləşdirilməsi
ilə insanlar neolit dövründə sümük burğuların köməyi ilə dəqiq
deşiklərin açılmasına nail olurlar.
Arxeoloji axtarışlar zamanı tapılmış ən qədim burğulama qurğusu
qədim daş dövrünə aiddir. Ağac çubuğu fırlatmaqla, od əldə edilməsi ilə
oxşarlığı olan burğu qurğusu təxminən 40000 il əvvəl ixtira edilmişdir
[1.13]. Bu burğulama qurğusunda alət əl ilə fırladılır (şəkil 1.7).
Sonralar tapılmış, bu qurğunun təkmilləşmiş forması olan iplə işləyən
burğulama qurğusu yeni daş dövrünə aiddir (təxminən 6000 il əvvəl).
Rekonstruksiya
edilmiş
burğulama
qurğusu şəkil 1.8-də göstərilmişidir.
Şəkildən göründüyü kimi sağ və sol
tərəfdə
yerləşdirilmiş
dayaqların
arasında bir ağac tir qoyulur. Bu tirin
bir ucu soldakı dayaqlar arasında
yerləşdirilərək iplə oynaqlı bağlanır.
Sağ ucu isə sərbəst olaraq sağdakı
dayaqların arasına keçirilir və buradan
yük asılır. Yükün məqsədi emal zamanı
veriş yaratmaqdır. Burğu aləti, bir ucu
bu
tirin
ortasindakı
oymaqda
yerləşdirilmiş şpindelə iplə bağlanır.
Pəstah burğu alətinin altında yerdə
bərkidilir. Şpindelə fırlanma hərəkəti
kamana bağlanmış ipin köməyi ilə
verilir.
Kaman
irəli-geri
hərəkət
etdikcə, şpindel gah bir istiqamətdə,
gah da başqa istiqamətdə fırlanır. Beləliklə, əl ilə fırlanması çətinlik
yaradan burğunun hərəkəti kamanın irəli-geri hərəkəti ilə əvəz olunur.
Buna baxmayaraq insanlar bu dövrdə alətin fasiləsiz hərəkətini ala
bilməmişdilər. Mişarlama, deşmə, eləcə də pardaqlama əməliyyatları-
Şəkil 1.7. Daşların əl ilə
deşilməsi.