Antik dövrdə maşınqayırma
47
Böyük müəssisələrdə antik dövr üçün həm texnoloji cəhətdən, həm
də kəmiyyətcə böyük tələblər qoyan döyüş ləvazimatı, o cümlədən
müharibə maşınları hazırlanırdı. Yunanlar artıq antik dövrdə kütləvi
şəkildə xəncər, dəbilqə, zireh və nizələri istehsal edirdilər. Romalılar
yunanlardan döyüş texnikasını götürərək onları mühasirə və uzaq
məsafəyə daşımaq üçün daha da təkmilləşdirmişdilər.
Qədim Romada emal üsulları, alət və dəzgahlar ümumi şəkildə
yunanlarda olduğundan çox fərqlənməsə də, onlar müəyyən qədər
təkmilləşdirilmişdilər. Roma ərazisində tapılmış bürünc əşyaların
üzərindəki izlər əsasında mütəxəssislər bu nəticəyə gəlmişlər ki, metal
emalı üçün məlum olan əl alətləri ilə bərabər, çəkic, kəlbətin, iskənə,
bülöv, biz və ya burğu, eləcə də pardaq daşları və fasiləsiz fırlanma
hərəkətinə malik olan ip torna dəzgahı da tətbiq olunurdu [1.35].
Antik dövrə məxsus bürüncdən hazırlanmış su qabının torna
dəzgahında hazırlanmasına onun üstündəki izlər dəlalət edir. Bu izlərin
bərabərformalı olması göstərir
ki, o yalnız torna dəzgahında
hazırlana bilərdi. Fasiləsiz
fırlanma hərəkətinin pəstaha
necə
verilməsi
hələ
də
qaranlıq olaraq qalmaqdadır.
Mütəxəssislər
bu
haqqda
müxtəlif fikirlər söyləyirlər.
Şəkil 1.19-də təsvir olunmuş
dəzgah da belə bir mülahizəyə
əsaslanaraq
rekonstruksiya
edilmişdir [1.19].
Amma bu o dövrün texniki
səviyyəsinə heç də tam uyğun
gəlmir, çünki antik dövrdə
qayış ötürməsi hələ məlum
deyildi.
Şəkil 1.19. Romada tətbiq olunan torna
dəzgahının rekonstruksiyası.
Antik dövrdə maşınqayırma
48
Antik dövrün istehsalı ümumi şəkildə maşınların yaradılması və
tətbiqi ilə xarakterizə olunmur. Maşınlar yalnız adam çatışmayan
yerlərdə, ağır yüklərin daşınmasında, suvarmada və ya hərbi texnikada
tətbiq olunurdu. Bu dövrdə maşınlara münasibət süni vasitə olaraq
insanların tələblərini ödəmək üçün tətbiq olunmaqdan ibarət idi.
Aristotelə görə, texniki mexanika insanların məqsədini yerinə yetirən
zaman ortaya çıxan təbii maneələrə qarşı tətbiq olunmalıdır.
B.e.ə.
ΙΙΙ
əsrdən sonra edilən ixtiralar və kəşflər əsasən yunanların
nəzarət etdikləri ərazilərdə baş verirdi. Bu yeniliklər yalnız nəzəri olaraq
və ya oyunçaq məqsədilə tətbiq edilirdi. Bunlara misal olaraq yunanlı
mexaniklərdən Ktesibiosun su nasosu və orqanını, Heronun buxar
maşınını göstərmək olar.
Antik dövrdə istər Yunanıstanda, istərsə də Romada fəaliyyət
göstərən mexaniklər bəşəriyyətin yaranmasından bəri mühəndislik elmi
ilə sistematik məşğul olan ilk insanlar olmuşlar. Onlar ilk dəfə olaraq
təbiətdə baş verən hadisələrə dindarlardan fərqli olaraq başqa tərəfdən
yanaşmış, onları yaradan qüvvə və səbəblərini araşdırmağa cəhd
göstərmişlər. Əlbəttə, o dövrdə hələ fundamental elmlər o səviyyədə
olmamışdır ki, ona əsaslanaraq təbiət qanunlarını izah etmək mümkün
olsun. Ona görə də, antik dövrün mühəndisləri texniki problemlərin
praktiki həlli ilə məşğul olmuş və onları sistemləişdirməyə çalışmışlar
[1.36, 1.37].
Antik dövrdə mexanika, maşınların hazırlanması ilə məşğul olmuş
mühəndislər öz əsərlərini o dövrün stilinə uyğun olaraq kitablar şəklində
yazmışlar. Bu kitablardan bir çoxu bizə qədər gəlib çatmış, müxtəlif
vaxtlarda mühəndislərin maraqlarına səbəb olduğundan bir neçə dilə
tərcümə olunmuşlar. Qeyd olunan əsərlərin maşınqayırma elminin bu
günki səviyyəyə gəlib çatmasında rolunu aydın təsəvvür etmək üçün
onları ayrılıqda araşdırmaq məqsədəuyğundur. Növbəti bölümdə antik
dövrün bir neçə məşhur mühəndisinin işləri təhlil olunmuşdur.
Antik dövrdə maşınqayırma
49
Arximed ( b.e.ə. 287 – 212 ci illər)
A
ntik dövrün məşhur yunan alimi
Arximed (yun. Archimedes, şəkil 1.20)
Siciliya
adasında
yerləşən
Sirakusi
şəhərində riyaziyyatçı ailəsində anadan
olmuşdur. Onun atası Fidia (yun. Phidias),
Siciliyanın
şahı II Heronun dostu,
riyaziyyatçı və astronom olub, oğluna yaxşı
təhsil vermişdir.
Arximed bir müddət
İsgəndəriyyənin Musey məktəbində təhsil
aldıqdan sonra Sirakusiyaya qayıdır və
ömrünün sonuna kimi orada yaşayır.
İsgəndəriyyədə olduğu vaxtda o riyaziyyatçı
və astronom Eratosfenlə görüşür və ondan
dərs alır. Arximed geriyə qayıtdıqdan sonra uzun müddət onunla yazışır.
Museyin kitabxanasında məşğul olan Arximed Demokrit, Evdokis,
Evklid və başqa məşhur alimlərin işləri ilə yaxından tanış olur [1.38].
Arximedin anadan olduğu il, bizanslı tarixçi Johan Çeçesin (alm.
Johannnes Tzetzes) əlyazmalarında Arximedin 75 il yaşamasını yazması
əsasında hesablanır [1.39]. Bir çox tarixi qaynaqlarda b.e.ə. 212-ci ildə
romalıların hücumu zamanı Sirakusi şəhərində qətlə yetirilən Arximedin
75 il yaşadığı güman edilərək b.e.ə. 287-ci ildə anadan olduğu deyilir.
Arximedin ölümünü təsvir edən müxtəlif tarixi əlyazmalar bizə gəlib
çatmışdır. Bu salnamələr bir-birindən yalnız xırda detallarla fərqlənirlər,
onların hamısında Arximedin öz həndəsi məsələsinin həlli üzərində
düşünən zaman romalı əsgər tərəfindən qətlə yetirildiyi bildirilir. Plutarx
(yun. Plutarch) yazır ki, Arximed vəfatından qabaq onun qəbri üstündə
içərisində kürə olan silindri və onun üzərində bu həndəsi fiqurların bir-
birinə olan münasibətini, yəni 2:3 həkk edilməsini vəsiyyət edibmiş.
B.e.ə. 75-ci ildə Plutarx Siciliyaya səyahət edən zaman həmin silindri
Arximedin qəbri üstündə aşkar edir.
Şəkil 1.20. Arximed.
Dostları ilə paylaş: |