Antik dövrdə maşınqayırma
74
Şəkil 1.39. Fit çalan quş.
Bir çox mühəndislərin apardığı təcrübələrdən sonra, nəhayət 1765-ci
ildə ingilis mühəndisi Ceyms Vatta (ingl. James Vatt) çoxlarının
arzuladığı buxar maşınını düzəltmək nəsib olur. Heron öz qurğularında
hidravlik
və
pnevmatik
effektlərdən başqa, hərə-
kətləri
bir
müstəvidən
başqa müstəviyə ötürən
elementlərdən də istifadə
etmişdir.
Şəkil 1.39-da
göstərilmiş qurğu çarxın
(
ϑ
) köməyi ilə qutunun
üstündə
yerləşdirilmiş
quşun dönərək fit çalma-
sına xidmət edir. Qurğunun
işələmə prinsipini Heron
öz kitabında belə təsvir
etmişdir. Qutuda, suyun
içərisinə yarımkürə forma-
sında
qab
yerləşdirilir.
Kəndirin köməyi ilə bu
qab, üzərinə dişli çarx keçirilmiş valla əlaqələndirilir. Yarımkürənin üst
tərəfinə kiçik diametrli boru bərkidilir. Çarx fırlandıqda yarımkürə suya
endirilir. Bu zaman onun içərisində qalan hava kiçik boru ilə çıxmağa
cəhd göstərərək quş səsinə oxşar səs çıxarır. Eyni zamanda xaricdəki
çarxdan ötürülən fırlanma hərəkəti dişli çarxların köməyi ilə üzərində
quş bərkidilmiş şaquli valı fırladır və quş dönür.
Heronun musiqiyə olan marağını onun düzəltdiyi orqan musiqi
alətində görmək olar. Bu alətin düzəldilməsi və işləmə prinsipi onun
kitabında tam təsvir olunmuşdur (şəkil 1.40). Orqan aləti Herondan
əvvəl b.e.ə.
ΙΙΙ
əsrdə isgəndəriyyəli Ktesibios tərəfindən ixtira
edilməsinə baxmayaraq, onun izahlı təsviri yalnız Heronun kitabında
özünə yer tapmışdır. O dövrdə orqan varlı romalılar arasında ev musiqi
Antik dövrdə maşınqayırma
75
aləti kimi geniş yayılmışdır. Orqan aləti bir dəstədə yerləşən tütəklərdən
və bu tütəklərə hava verən kompressordan ibarətdir. Nasos boru
vasitəsilə suyun altında yerləşdirilmiş yarımkürə ilə birləşdirilir.
Şəkil 1.40. Heronun su orqanının umumi görünüşü.
Pedalı (
ϕ
) aşağı basdıqda hərəkət kompressorun içərisindəki silindrə (
δ
)
ötürülür. Hava kompressoru boru ilə içərisində su olan qabla (
γ
)
birləşdirilir. Borunun kompressordan çıxan hissəsində bağlayıcı klapan
(
µ
) yerləşdirilir. Klapanın vəzifəsi havanı kompressordan bir tərəfə
tənzimləməkdən ibarətdir. Kompressorun silindrinin aşağıya hərəkətini
təmin etmək üçün ikinci klapandan (
ω
) istifadə edilir. İçərisində su olan
qabda bir yarımkürə ağzı üstə suya elə endirilir ki, onun dodaqları qabın
Antik dövrdə maşınqayırma
76
dibinə toxunmasın. Kompressordan gələn boru bir başa yarımkürəyə
birləşdirilir və verilən hava
bu yarımkürənin içərisinə
daxil olaraq oradan suyu
sıxışdırıb qabın içərisinə
çıxarır. Beləliklə, yarım-
kürənin daxilində təzyiq
yaranır. Yarımkürə eyni
zamanda boru ilə tütəyin
ucunda yerləşdirilmiş me-
xanizmlə
birləşdirilir.
Tütəyin ağzındakı düyməni
(şəkil 1.41,
µ
) basmaqla
hava üfürdülür və tütəkdən
səs çıxır. Kürədən iri qaba
sıxışdırılıb çıxarılmış su,
kürədə
təzyiqin
aşağı
düşməsinin qarşısını alır. Onu da qeyd etmək lazımdır ki, bu qurğuda
istifadə edilən klapanları Heronun özü ixtrira etmiş və onun
hazırlanmasını da “Pnevmatika” kitabında təsvir etmişdir.
Şəkil 1.41. Havanı tütəklərə verən açarın
təsviri.
Antik dövrdə maşınqayırma
77
Bizanslı Filon ( b.e.ə. 260
−
200)
B
izanslı Filon (ingl. Philon) Arximedin dövründə yaşamış,
İsgəndəriyyə məktəbində Ktesibiosun rəhbərliyi altında işləyib,
yaradıcılıq fəaliyyəti göstərən yunan mühəndisi və ixtiraçısı olmuşdur.
Filonun Ktesibiosun şagirdi olması, onun bizə gəlib çatan elmi işlərində
dəfələrlə xatırlanmışdır. Bizansda anadan olan Filonun İsgəndəriyyəyə
nə vaxt gəlməsi barədə dəqiq məlumat yoxdur.
Filonun mexanika sahəsində apardığı tədqiqatları “Mexanikanın
əsasları” (yun
. Mechanike syntaxis) adlı 9 kitabda öz əksini tapmışdır.
Onun kitablarından yalnız bir neçəsi eramızın əvvəlində ərəb və daha
sonra latın dillərinə tərcümə olunmuş fraqmentlər şəklində bizə gəlib
çatmışdır (şəkil 1.42). O, kitablarında tarix haqqında məlumat
vermədiyindən bu işlərin xronoloji ardıcıllığını müəyyən etmək çətinlik
yaradır. Yalnız yazı stilinə əsasən tarixçilər onun işlərinin b.e.ə. 200-cü
illərdə görüldüyünü bildirirlər [1.45, 1.47, 1.48].
Filonun tədqiqat sahələri çoxşaxəli olub ling, pnevmatika (havanın
elastikliyi və onun tətbiqi), avtomatlar, mürəkkəb alətlər, su saatları,
muhasirə və başqa müharibə maşınları və başqa mexaniki problemləri
əhatə edən sahələrdən ibarət olmuşdur. Hava sirenası, zəncirlə işləyən,
hava və kolba nasosları onun ən vacib ixtiralarından sayılırlar.
Filonun işlərinin bir hissəsi İstanbulda St.Sofia kitabxanasında aşkar
edildikdən sonra, o, Avropada ilk dəfə olaraq 1902-ci ildə Karra de
Voks (fran. Carra de Vauks) tərəfindən fransız dilində çap olunmuşdur.
1911-ci ildə Filonun işləri alman dilinə tərcümə olunub. Burada təsvir
olunmuş fraqmentlər alman tərcüməsinin bazasında təhlil olunur. Antik
dövrdə yaşamış başqa mühəndislərdə olduğu kimi Filonun da işləri
itmişdir. Onun 9 kitabından bizə yalnız ikisi və diqər ikisinin isə cüzi bir
hissəsi gəlib çatmışdır.
“Eisagoge” adlanan ilk kitabında Filon, tətbiqi fizika və texnologiyada
lazım olan riyazi biliklər haqqında məlumat verərək, Evklid həndəsəsinə
munasibət bildirmiş və teoremlərin isbatı haqqında güclü sübut üsulları