Antik dövrdə maşınqayırma
85
bağlı vəziyyətdə saxlayır. Qaşığa su dolduqda o, aşağıya hərəkət edir və
qapılara bağlanan ip sərbəst buraxılır. Bu zaman sabun kürə ələ düşür, əl
aşağıya hərəkət edərək qapıları itələyir və çölə çıxır. Sabun əldən
götürüldükdə o yenidən yuxarı qalxaraq qutuya daxil olur və özü ilə iplə
bağlanmış qapıları çəkərək bağlayır. Qaşıqdan tökülən su altda
yerləşdirilmiş qaba axaraq, oradan boru ilə hərəkət edərək aşağıdakı
qutunun önündə yerləşdirilmiş iri qaba tökülür. Borunun ucundakı quş
dimdiyinə oxşar olan başlıqdan su axaraq xaric olunur. Su aşağıya
çatana qədər, adam əllərini sabunlamaq üçün, su qabdan qısa yolla nazik
boru ilə tez ağızlığa axır. Təsvir olunmuş qurğunu dayandırmaq üçün
çəndəki kranı bağlamaq kifayətdir.
Filonun işlərində bir çox maraqlı konsturksiyalara rast gəlinir.
Məsələn, bizə bu gün Kardan ötürməsi kimi məlum olan konstruksiyaya
oxşar olan mürəkkəbqabı hələ Filonun
dövründə məlum idi (şəkil 1.50). Bu
konstruksiyanı Filon belə təsvir edir: “Biz
mürəkkəb qabını səkkiz, altı, dörd, beş
bucaqlı və ya başqa prizmatik formalı
hazırlayırıq. Bu mürəkkəb qabının hər
tərəfində mürəkkəb götürmək üçün bir yer
vardır. Mürəkkəbqabı hansı üzü üstə
qoyulmasından asılı olmayaraq, həmişə bir
deşik mürəkkəb götürmək üçün yuxarıya
baxır. Bu deşikdən lələk mürəkkəbə batırılır və sonra bununla yazılır.
Qabın daxilində a
−
b oxu üzrə bir üzük bərkidilir. Bu üzüyün üstündə
c
−
d oxu üzrə başqa bir üzük yerləşdirilir. İkinci üzüyün daxilində e
−
f
oxu üzrə qab bərkidilir və qab mürəkkəb üçün istifadə edilir. Bu qab
ovsunlanmış su üçün istifadə edilən, tarazlıq halını almaq üçün
avtomatik dönən yəhudi qabı ilə oxşarlığı olduğundan, həm də yəhudi
qabı adlandırılır...” [1.45].
Sıxılmış havadan istifadə edərək müxtəlif səslərin yaradılması üçün
qurğuların hazırlanması da Filonu maraqlandıran məsələlərdən olmuş-
Şəkil 1.50. Mürəkkəb qabı.
Antik dövrdə maşınqayırma
86
dur.
O “Pnevmatika” kitabında bunun üçün müxtəlif konstruksiyalar
verir. Bu konstruksiyalardan ən maraqlısı fit çalan su çarxıdır (şəkil
1.51). Bunun üçün ağacdan və ya misdən müəyyən endə baraban
formalı, suvarmada istifadə
edilən çarxa bənzər bir çarx
hazırlanır. Çarx diametri
üzrə ikiqat doğuran səthdən
(c)
ibarətdir.
Daxilində
nəzərdə
tutulan
arakəsmələr
çarxı
10
bərabər hissəyə bölür. Bu
arakəsmə, xarici və daxili
səthlər
arasında
kiçik
kameralar əmələ gətirir.
Kameralarda xarici səth
üzrə
kiçik
dördkünc
deşiklər (f) açılır. Şəkil
1.51-də v ilə işarələnmiş kamera ilə s kamerası arasında kiçik deşiklər
nəzərdə tutulur. Çarxın mərkəzi valının diametri xarici diametrin 1/3-nə
bərabər olur. Çarxın alt hissəsində böyük su çəni yerləşdirilir (eg). Sonra
çarxın üst tərəfində ağacdan hazırlanmış kanal qoyulur. Bu kanaldan
axan su çarxın üstünə tökülərək, f deşiyindən kameraya daxil olur.
Suyun həcmi müəyyən miqdara çatdıqdan sonra çarxı fırladır. Bu zaman
içərisində su olan kamera (s) çarxı döndərir və böyük çəndə olan suya
batır. Kameradakı hava tam çıxmağa macal tapmayaraq suda qapanır.
Buraya iri çəndən daxil olan su havanı sixışdıraraq, onu kameranın
yuxarı hissəsindəki deşikdən çıxarır. Bu zaman kiçik deşiklərdən
püskürən hava fit səsi çıxarır. Çarx döndükcə fit çalma aramsız davam
edir.
Şəkil 1.52-də qüllədə yerləşdirilmiş, buxarla işləyən başqa bir fit
çalan qurğu təsvir olunmuşdur. Konstruksiyasından asılı olaraq bu qül-
Şəkil 1.51. Fit çalan su çarxı.
Antik dövrdə maşınqayırma
87
lələr ya fit çalır, ya da quş kimi cəh-
cəh vurur. Bu şəkildə ab su qabı, d od,
e su daxil olan yerdir. Bu yerdə su
kranı yerləşdirilir. Qüllənin ətrafına su
çənindən
xaricə
gedən
borular
bərkidilir. Bu boruların çıxışında
müxtəlif fiqurlar, məsələn, quşlar
yerləşdirilir. Su qaynadıqda, buxar
borulardan keçərək quşların ağzından
xaric olunur və burada səslər çıxarır.
Filonun quyudan su çıxarmaq üçün
düzəltdiyi çarx öz orijinallığı ilə
başqalarından fərqlənir. Şəkil 1.53-də
bu çarx sxematik təsvir olunmuşdur.
Bunun üçün ağacdan hər tərəfində
çoxlu deşiklər olan qutu götürülür.
Sonra onun ortasında dörd künc ağac
boru yerləşdirilir. Bu borunun yuxarı
ucu su quyusundan təxminən bir qol
uzunluğunda xaricə çıxarılır və oraya
çarx bərkidilir (g). Suyu yuxarıya
qaldırmaq üçün çarxı fırlatmaqla qutu
sudan yuxarıya qaldırılır. Sonra o,
sərbəst aşağı buraxılır. Bu ağac qutu
qurğuşunla
örtülərək
ağırlaşdırılır.
Qutu suya batdıqdan sonra onun
içərisindəki hava ağac boru ilə xaric
edilir. Sonra bu əməliyyat yenə təkrar
olunur. Borunun yuxarı hissəsində
dişlər bərkidilir (h).
Qutunun aşağısında bir deşik (i)
nəzərdə tutulur. Quyunun içərisinə uzanan ağac boru qutunun dibinə
Şəkil 1.52. Fit çalan qüllə.
Şəkil 1.53. Su qaldıran qurğu.
Dostları ilə paylaş: |