Antik dövrdə maşınqayırma
82
qədər çatsın. Sonra boru keçən deşik lehimlənir. Borunun o biri ucu,
içərisində su olan qaba salınır və sınaq qurğusu günəş altına qoyulur.
Günəş altında müəyyən vaxt qaldıqdan sonra yumurtanın içərisindəki
hava günəş istiliyinin təsirindən genişlənir və borudan xaric olmağa
başlayır. Bu hadisəni sudan çıxan hava köpükləri əsasında müşahidə
etmək olur. Yumurta soyuduqda isə onun içərisinə hava əvəzinə su daxil
olur. Əgər yumurta yenidən günəş altına qoyularsa, onda onun
içərisindəki su yenidən qaba çıxır. Bu sınağı günəş şüası əvəzinə, od və
ya isti sudan istifadə etməklə də aparmaq olar.
Başqa bir sınaqda Filon içərisində su olan bir qabın ortasında yanan
şam yerləşdirir (şəkil 1.45). Şamın üzərinə ağzı üstə şüşə qab elə
keçirilir ki, yanan şam onun ortasında
qalsın. Şüşə qabın ağzı suya batdıqda şam
sönür və qaba müəyyən miqdarda su
sorulur. Filonun fərziyyəsinə görə qabdakı
hava yanaraq “yox” olur və onun yerini su
tutur. Bu prosesin fiziki mənası isə müasir
texnikadan hamıya məlumdur.
Apardığı
sınaqlar
arasında
Filon
məişətdə tətbiq olunan qablarda da havanın
gücündən istifadə etməyə çalışır. Bunu su
çiləyən və şərab tökmək üçün nəzərdə
tutulmuş qablarda görmək olar. Şəkil 1.46-
da misdən hazırlanmış, xaricdən adi
görünən bir qab götürülür. Bu qabın dib
hissəsində çoxlu xirda deşiklər açılır. Sonra
qabın dibindən bir az yuxarıda üzərində bir
deşik olan arakəsmə yerləşdirilir. Bu
deşikdən qabın içərisinə bir əyilmiş boru
keçirilir.
Borunun
hündürlüyü
qabın
hündürlüyünün 2/3-ni təşkil edir.
Şəkil 1.45. Su soran lampa.
Şəkil 1.46. Qəhvədan.
Antik dövrdə maşınqayırma
83
Qabın içərisinə doldurulan suyun səviyyəsi borunun ən hündür
nöqtəsindən aşağıda qalır. Əgər qabın aşağı hissəsindən suyun axması
lazım gələrsə, onda qaba lüləkdən güclü
hava üfürülür. Suyun axmasını kəsmək
üçün isə havanı sormaq lazımdır. Şəkil
1.47-də başqa bir qab
−
şərab qabı təsvir
olunmuşdur. Ağzı kip bağlanmış şərabla
dolu olan qabdan (c) maye lülək (k)
vasitəsilə aşağıdakı d qabına o qədər axır
ki, hf borusunun ucu maye ilə bağlansın.
Ondan sonra c qabına hava daxil ola
bilmir. Əgər d qabından bir kasa şərab
götürülərsə, onda o qab yenidən götürülən
miqdarda şərabla dolur. Burada Filon onu
nəzərə almır ki, maye d qabında borunun ağzına qədər çatdıqda oradan
hf borusunun içərisinə daxil olur və beləliklə c qabından axan mayenin
həcminə uyğun tarazlığa gəlir.
Filonun
düzəltdiyi
pnevmatik
qurğulardan bir çoxu “avtomatlara” aid
olaraq bu və ya digər prosesin
tənzimlənməsi üçün istifadə olunurdu.
Şəkil 1.48-də özü tənzimlənən bir
lampanın konstruksiyası verilmişdir.
Bunun üçün içinə neft tökülən bir qab
götürülür. Qabın ortasında bir boru
yerləşdirilir. Sonra qabın periferiyası üzrə tac şəklində lampalar
quraşdırılır. Qabın ortasındakı boruya yumurta formalı bir çən keçirilir.
Bu çəndən hər lampaya tərəf bir deşik açılaraq oraya lüləklər taxılır.
Çənə doldurulmuş neft böyük qaba o qədər axır ki, çənin aşağı
hissəsindəki deşik neftlə tutulur və çənə hava daxil ola bilmir. Lampalar
yandıqda qabdakı neftin səviyyəsi aşağı düşür. Bu zaman çənin altındakı
deşik açılaraq çənə hava daxil olur və bunun nəticəsində lüləklərdən
Şəkil 1.48. Lampa (en kəsiyi).
Şəkil 1.47. Şərab qabı.
Antik dövrdə maşınqayırma
84
lazımi miqdarda neft axır. Bu proses, neft tamamilə yanana qədər davam
edir.
Başqa bir avtomat əl
yumaq üçün quraşdırılmışdır.
Şəkil 1.49-da onun umumi
quruluşu
verilmişdir.
Bu
qurğu hündürlük istiqamə-
tində iki qutudan ibarətdir.
Yuxarıdakı
qutunun
arxa
hissəsində
eni və uzunu
qutunun ¼-ə bərabər olan
çən yerləşdirilir. Çənin üst
tərəfində qıf, qabaq hissəsinin
alt
tərəfində
isə
lülək
bərkidilir. Lüləyin altında tə-
rəzi oxuna bərkidilmiş qaşıq
yerləşdirilir. Uc hissəsində
qaşıq bərkidilmiş qolun o biri
ucuna yük bağlanır. Bu yük
qaşıq boş olduqda onu yu-
xarıya qaldırır. Qaşığa su
dolduqda isə yük ona aşağı
dönməyə imkan verir. Qaşıq
aşağıya
hərəkət
etdikdə
dönərək içərisindəki suyu altındakı qaba tökür. Yuxarıdakı qutuda, çənlə
üzbəüz digər tərəfdə hərəkətli ox yerləşdirilir. Bu oxa ağac tir bərkidilir.
Tirin bir ucuna ağacdan düzəldilmiş əl quraşdırılır. Tirin o biri ucuna əli
həmişə yuxarı vəziyyətdə saxlamaq üçün yük bağlanır. Əlin üst
hissəsində, onun bərabərində bir kanal yerləşdirilir. Knala sabun kürələr
qoyulur. Kanalın sonunda sərbəst açıla bilən qapılar bərkidilir. Qapılar
ipin köməyi ilə ucunda qaşıq olan tirin yük olan tərəfinə bağlanır. Qaşıq
boş olduqda yük qolu döndərərək qaşığı yuxarıya qaldırır və qapıları
Şəkil 1.49. Əl-üz yuyan avtomat.
Dostları ilə paylaş: |