Antik dövrdə maşınqayırma
91
miş xətlərlə üst–üstə düşən halda əsas lövhə taraz vəziyyətə gətirilir. Bu
nivelirin küləkli havada tətbiqi üçün, qurğunun yüklərinin külək
tərəfindən tərpənməsi zamanı xətaların yaranmasını nəzərə alaraq,
Vitruvi əlavə olaraq əsas lövhənin ortasında su tökmək üçün uzunluğu
1750 mm, eni 18,5 mm və dərinliyi 28 mm olan dördkünc yuva nəzərdə
tutur. Bu yuvaya su tökdükdən sonra, suyun səviyyəsi əsasında lövhəni
tarazlamaq olur.
Vitruvinin X kitabında sözü gedən “Maşınqayırmaya” keçməzdən
əvvəl onu qeyd etmək lazımdır ki, o dövrdə “maşınların hazırlanması”
bizə hal-hazırda məlum olan maşınqayırma qədər məhdud olmamış və
ağacdan hazırlanmış maşınlarla bərabər, ağac karkaslar və başqa gövdə
konstruksiyalarının hazırlanmasını özündə cəmləşdirən sahələri də əhatə
etmişdir.
Kitabın girişində Vitruvi tikinti haqqında muqavilə bağlanması və
onun uğurla həyata keçirilməsi üçün təlimatlar haqqında yazır və
sonuncu abzasda maşınların bu müqavilələrin həyata keçirilməsində
rolunu qeyd edir [1.42]: “ Bu təkcə şəxsi evlərin tikilməsində yox, həm
də məmurlar tərəfindən təşkil edilmiş, gecikmə hallarına yol verilməyən
və hər şeyin tələsik şəkildə aparıldığı bayram oyunlarında, haradakı,
qladiatorların forumda çixişları və ya teatrda xalq üçün çixişlar zamanı
oturacaqları və çətirləri çəkmək üçün qurğuların düzəldilməsi və
ümumiyyətlə səhnədə maşınların köməyi ilə xalqa təqdim olunan
dekorativ qurğuların düzəldilməsi zamanı da belə olmalıdır. Bu işləri
görmək üçün dərin düşüncəyə və savada malik bir şəxsə ehtiyac var,
maşınların tətbiqi haqqında məlumatlara və xususi biliklərə malik
olmadan bunların hazırlanması mümkün deyil...Və nə qanun, nə də
vərdiş göstərişləri bunu məcbur edə bilər. Hər il Petarlar və Aedilen
oyunları (döyüş səhnələri) maşınlarla düzəldilmiş qurğuların köməyi ilə
hazırlandığından, mənə elə gəlir ki, nəhayət mən əvvəlki kitablarda
binalar haqqında bəhs etdiyimdən, bu kitabda ümumi əsərin yekunu
olaraq maşınqayırmanın əsaslarını uyğun ardıcıllıqda göstərişlərlə izah
edim”.
Antik dövrdə maşınqayırma
92
Vitruvi kitabın I fəslində o dövr üçün tipik olan, yalnız ağacdan
hazırlanmış maşınlara tərif verməklə başlayır:”Maşın bir-biri ilə
əlaqədar olan, ağacdan düzəldilmiş və yüklərin qaldırılmasında böyük
üstünlüyə malik olan yığımdır. O, yunanların Kikle Kinesis
adlandırdığı çevrə formalı süni fırlanma hərəkətinə gətirilir. Qaldırıcı
maşınların ilkin forması yunanca “Akrobatikon” adlandırılır, ikinci
növü
yunanca
“Pnevmatikon”
adlanan
hava
ilə
hərəkətə
gətirilənlərdilər, üçüncü növ isə yunanca “Barilkon”adlanan yuk
qaldıran maşınlardır”.
Maşınların qısa tərifindən sonra bu fəsildə daha yeni bir tərifə,
“alət”in tərifinə rast gəlinir. Burada maşınların daha mürəkkəb olması
və bir neçə mexaniki hərəkəti yerinə yetirə bilməsi və bunun üçün bir
neçə işçi qüvvəsinin tətbiq olunması qeyd olunur, məsələn, ballistlər,
preslər və s. Alətlər isə mütəxəssislər tərəfindən yalnız bir işçi
qüvvəsinin təsiri ilə məqsədli tətbiq edilir. Alətlərin tətbiqi kimi, torna
dəzgahında çarxın tətbiqi, kotan, araba və gəmi misal gətirilir.
ΙΙ
fəsil qaldırıcı maşınların təsviri ilə başlayır. Öncə o, qaldırıcı
maşınların düzəldilməsi ardıcıllığını izah edir. “
Qaldırılan yükə uyğun
olaraq yuxarıya iki ağac tir qaldırılır, bunların yuxarı ucları bir-biri ilə
birləşdirilir. Tirlərin aşağı ucları bir-birindən müəyyən qədər
aralanaraq, ayaq üstə qoyulur və kəndirlərin köməyi ilə yuxarı ucundan
bağlanaraq dörd istiqamətdə yerlə bərkidilir (şəkil 1.55). Yuxarıdan
dördkünc çərçivənin içərisində oxda hərəkətli yerləşən diyircəklər
(polipast) asılır. Kəndir ortadakı diyircəyə dolanaraq aşağıdakı
diyircəyə keçirilir. Sonra kəndir yuxarıdakı diyircəyə dolanaraq sərbəst
ucu tirlər arasından aşağıya dartılır. O biri ucu isə yükü bərkitmək üçün
nəzərdə tutulan üzüyə bağlanır. Dördkünclü tirlərin arxa tərəfində
ayaqların bir-birindən çox aralı olan yerində sağanaq bərkidilir və bu
sağanaqda val oturdulur. Valda kəndiri keçirmək üçün iki deşik nəzərdə
tutulur. Kəndirin digər ucuna ikibaşlı metallik çəngəl, onun dişləri isə
öz növbəsində qaldırılacaq daşın üzərindəki deşiklərə keçirilir. Əgər
kəndirin o biri ucu vala sərt bağlanaraq val əl ilə fırladılırsa, onda kən-
Antik dövrdə maşınqayırma
93
Şəkil 1.55. Qaldırıcı kran.
dir vala dolanaraq gərilir və yükü yuxarıya lazım olan yerə qaldırır. Bu
növ, 3 diyircəklə işləyən qaldırıcı maşınlar Trispastos (üç pilləli)
adlanır. Əgər aşağı tərəfdə iki diyircək və yuxarıda üç diyircək
bərkidilərsə, onda belə maşınlara “Pentaspastos” (beş pilləli) deyilir.”
Sonra Vitruvi iri
həcmli
yükləri
asanlıqla qaldırmaq
üçün
işlədilən
maşınların
saz-
lanması metodunu
təsvir edir. Bunun
üçün
yuxarıda
təsvir
olunmuş
krandan
fərqli
olaraq ucundan yük
asılmış kəndir əl ilə
fırladılan vala yox,
onun
uzərindəki
çarxa bağlanır (şəkil 1.56). Yunanlar bunu Ampirion adlandırırlar. Bu
çarx öz növbəsində kəndirin köməyi ilə iri qolu olan vala bağlanır.
Birincidən fərqli olaraq Vitruvi burada qoşa diyircəklərdən istifadə
olunmasını təsvir edir. Kəndiri 3 cərgədə yerləşmiş qoşa diyircəklərdən
müəyyən ardıcıllıqla keçirdikdən sonra, ağır yükün qaldırılmasına tətbiq
edilən işçi qüvvəsini bir neçə dəfə azaltmaq mümkün olur (şəkil 1.56).
Daha bir variant yüklə bağlanmış kəndirlə əlaqədə olan valı fırlatmaq
üçün bu vala iri diametrli barabanın bərkidilməsindən ibarətdir.
Barabanın içərisindəki adam irəliyə hərəkət etdikdə, onun ağırlığının
təsirindən baraban fırlanır və nəticədə kəndir vala dolanaraq
diyircəklərin köməyi ilə ağır yükü asanlıqla qaldırmağa imkan verir
(şəkil 1.56). Bundan əlavə Vitruvi konstruksiyaca sadə olan qaldırıcı
qurğunun təsvirini verir. Burada bir tirdən və 4 ötürməli diyircəklərdən
istifadə edilərək nisbətən kiçik həcmli yükləri qaldırmaq olur.