Müsəlman elmi
116
lılardan götürmələrinə baxmayaraq onlar bu texniki vasitələrdə
əhəmiyyətli dərəcədə təkmilləşdirmə və yeniləşmə aparmış, seqmentli
dişli çarxları, müəyyən avtomatik tənzimləmə sistemləri və hidravlik
qurğuları tətbiq etmişlər. Onların işlərinə həmçinin müxtəlif saatlar və
alətlərin, qənd istehsalı və bitki yağlarının çıxarılması üçün maşınlar aid
idilər. Bu maşınlardan bəziləri bu günə kimi bizə gəlib çatmışdır. O
dövrdə körpü və su bəndlərinin tikintisi geniş yayılmışdır. Çaylar
üzərində qurulmuş su dəyirmanları su enerjisindən istifadə edərək
müxtəlif məqsədlər üçün istifadə edilirdi. Bu məqsədlə ilin
mövsümündən asılı olaraq suyun səviyyəsini sabit saxlamaq üçün su
bəndlərindən istifadə edilirdi. Arxeoloji tapıntılar göstərir ki, bu
enerjidən hətta ağacların mişarlanmasında da istifadə olunmuşdur.
Külək dəyirmanlarının tətbiqi hələ xəlifə Ömərin (634
−
44 cü illər)
hökmranlıq
etdiyi
dövrdə
məlum
idi.
Avropada
isə
külək
dəyirmanlarının tətbiqinə aid ilk dəfə olaraq 1105-ci ildə bir dini icmaya
külək dəyirmanının hazırlanması üçün verilən icazəni göstərən fransız
aktında rast gəlinir. Əl Qəzvin öz kitabında Seyistanda (indiki
Əfqanıstanda) daimi hərəkətdə olan belə bir külək dəyirmanın
tətbiqindən yazır. Bu dəyirmanlar əsasən iki hissədən ibarət idilər. Aşağı
hissədə, yəni otaqda pərlər bərkidilmiş val, yuxarı otaqda isə daşlar
yerləşdirilirdi. Yelkənin oxu üfiqi, daşların valı isə şaquli yerləşirdi. Bu
vallar bir-biri ilə dişli çarxların köməyi ilə birləşdirilmişdilər. Bu
dəyirmanların qalıqlarına indi də rast gəlmək olur [1.68, 1.69] .
Qədim müsəlman dünyasında bir çox məşhur mühəndislər olmuşlar.
Bunlardan Əl Qaracı (XI əsr) “Gizlənmiş suyun çıxarılması” (ərəb.
İnbat Əl Miyah Əl-kəfiyyə) adlı kitabında həndəsənin tətbiqi və
hidrologiyada riyaziyyatın tətbiqini təhlil etmişdir. O, su mənbələrinin
tapılması, quyuların qazılması, yeraltı borulardan istifadə edilməsini
təsvir etmişdir.
Ən məşhur müsəlman mühəndisləri kimi Tağı Əl Din, Əl Zərqəli,
Banu Musa və Əl Cəzari sayılırlar. Təəssüf olsun ki, bu mühəndislərin
işləri az tədqiq olunduğundan onlar haqqında texniki ədəbiyyatlarda az
Müsəlman elmi
117
məlumata rast gəlinir.
X
Ι
əsrdə İspaniyada yaşamış Əl-Muradinin avtomatlar haqqında
yazdığı kitab bizə gəlib çatmamışdır. Bu kitabda ilk dəfə olaraq
təkmilləşdirilmiş dişli çarxların (seqment və elipsik dişli çarxlar) böyük
fırlanma momentini ötürmək üçün tətbiqindən bəhs edilmişdir. Bu dişli
çarxlar Avropada 1365-ci ildə italiyalı Covanni (ital. Giovani de´Dondi)
tərəfindən saatların hazırlanmasında ilk dəfə tətbiq edilmişdir.
Əl-Zərgəli (X
Ι
əsr) sənətçi ailəsində anadan olmuşdur. O, həssas
alətlərin ustası kimi tanınmış, Toledolu (İspaniya) Qadi ibn Sənginin
şagirdi olmuşdur. Əl-Zərgəli 1062-ci ildə Toledo üçün su saatını
layihələndirir. Su saatı su ilə doldurulmuş iki qabdan ibarət idi. Qablar
vaxtdan asılı olaraq öz-özünə boşalırdılar. Bu saatlar 1133-cü ilə qədər
tətbiq olunmuşlar. V
ΙΙ
Alfons (1104
−
1157-ci illər) saatın işləmə
prinsipini öyrənmək üçün onu sökməyə göstəriş verir. Ancaq üstalar
sonra bu saatı geri yığa bilmirlər. Əl-Zərqəli vəfat etmiş, onun cizgiləri
isə artıq itmişdir. Bu saat o dövrdə ay təqviminə əsaslanan dəqiq su saatı
idi. Zərqəlinin düzəltdiyi su saatı XV
ΙΙ
əsrdə yayılmış planetar təqvim
qurğusunun öndəri hesab olunur.
Bu mühəndislərdən fərqli olaraq Banu Musa, Əl-Cəzarinin və
Tağıyəddinin kitabları bizə qədər gəlib çatmışdır. Ona görə də sonrakı
bölmədə bu şəxslər və onların işləri barədə müəyyən qədər ətraflı
məlumat verilir.
Müsəlman elmi
118
Banu Musa
B
anu Musa kimi tanınan Məhəmməd, Əhməd və Əl-Həsən
qardaşları, Xəlifə Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin
övladları olmuşlar (İX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif
tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim Əl-Musabiyə tapşırılır.
Uşaqların
təhsili
ilə
Bağdad
şəhərində fəaliyyət göstərən,
İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, “Hikmət
evi” kitabxanasında tərcüməçiliklə məşğul olan Yəhya ibn Abu Mansur
məşğul olur. Bu qardaşlardan böyüyü Məhəmməd həndəsə və
astronomiya, ortancıl qardaş Əhməd mexanika və kiçik qardaş Həsən
həndəsə uzrə təhsil alırlar.
Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla
müsəlman elminin inkişafına güclü təkan vermişlər.
Ümumiyyətlə, müsəlman dünyasında texnikanın inkişafı Əhməd
Banu Musanın kitabı ilə başlayır [1.56, 1.58, 1.60, 1.63, 1.67]. Bu
tanınmış kitab 850-ci ildə yazılmış “Texniki qurğular kitabı”dır (ərəb.
Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi
Heronun işləri ilə tanış olmuşdur. Öz kitabında o, 100-ə yaxın qurğunun
izahını verir. Bu qurğulardan böyük əksəriyyəti Heronun və Filonun
işlərindən götürülüb. Buraya quyulardan suyun çıxarılması, müxtəlif
növlü su qabları, bulaq lampaları və çirkli quyularda istifadə olunan qaz
maskaları aiddirlər. O, bu qurğuların işləmə prinsipini izah etmək üçün
hidrostatika və aerostatikanın elmi əsaslarından istifadə etmişdir. Banu
Musa avtomatik ventil, tənzimləmə qurğusu və onun tətbiqi haqqında
yazmışdır. O ilk dəfə olaraq dirsəkli vallardan istifadə etmişdir. Halbuki
bu valların Avropada tətbiqi 500 il sonraya təsadüf edir.
Düzəltdiyi tənzimləmə sistemlərində Banu Musa ilk dəfə olaraq
drossellərdən istifadə edir. Tənzimlənən parametrin yuxarı və aşağı
həddini nəzərə almaqla işləyən nəzarət sistemi böyük maraq kəsb edir.
Bu sistemlərdən hal-hazırda da maşınqayırmada geniş istifadə edilir.
Videmanın işlərində verilmiş su qablarında suyun həcmini tənzimlə-
Dostları ilə paylaş: |