Müsəlman elmi
110
O, mineral və daşlar, onların quruluşu və tətbiqi haqqında kitab
yazmışdır. İbn Sina mexanika ilə də maraqlanmış və bəzi cəhətlərdən
Aristotelin hərəkət anlayışını tənqid etmişdir. Aristotel, cismə təsir edən
qüvvə yox olduqda, cismin sonra da hərəkətini davam etdirməsini
mümkün edən amil kimi havanı göstərir. Digər tərəfdən Aristotel havanı
hərəkət edən cismə müqavimət göstərən bir amil kimi də
səciyyələndirir.
İbn Sina, bu ziddiyyəti araşdırmış, apardığı müşahidələr nəticəsində
hava ilə küləyin güclərini müqayisə etmiş və Aristotelin haqlı ola
bilməsi üçün havanın təsirinin küləyin təsirindən güclü olması
nəticəsinə gəlmişdir.
Bu isə adi təbiətdə müşahidə olunan hallardan, məsələn bir ağacın
yaxınından ötüb keçən bir ox ağacda və yarpaqlarda ən xırda bir
tərpənmə meydana gətirmədiyi halda, küləyin, ağacları silkələməsi və
hətta kökündən qopara bilməsi aydındır. Elə isə havanın gücü cisimləri
daşımaq üçün kifayət deyil.
İbn Sinanın əsas işləri tibb sahəsinə aiddir. İbn Sina, ilk növbədə
həkim olmuşdur və bu sahədəki tədqiqatları ilə məşhurdur. Tibblə
əlaqəli bir çox əsər qələmə almışdır, bunlar arasında xüsusilə ürək-
damar sisteminə aid olanlar diqqətə layiqdir. İbn Sinanın monumental
“Tibb dərsliyi” XII əsrdə latın dilinə tərcümə olunmuş və Avropada
yayılmağa başlamışdır. Bundan sonra İbn Sina Avropada “Avisenna”
adı ilə məşhurlaşır. Onun kitabı Qərb ölkələrində XVI və Şərq
ölkələrində XIX əsrin əvvəllərinə qədər oxunmuş və istifadə edilmişdir.
Beş kitabdan ibarət bu ensiklopedik əsərin birinci kitabı, anatomiya
və qoruyucu həkimlik, ikinci kitabı adi dərmanlar, üçüncü kitabı
patologiya, dördüncü kitabı dərmanlar və cərrahi metodlarla müalicə,
beşinci kitabı isə müxtəlif dərman tərkibləri ilə əlaqəli təfsilatlı
məlumatlardan bəhs edir. İbn Sinanın bu əsəri araşdırıldıqda,
mövzuların sistematik bir formada tədqiq edildiyi nəzərə çarpır. Tarixdə
ilk dəfə tibb və cərrahiyyəni iki ayrı qayda-qanun kimi qiymətləndirən
İbni Sina, cərrahi müalicənin düzgün aparılması üçün anatomiyanın va-
Müsəlman elmi
111
cibliyini xüsusi vurğulamışdır. Həyat təhlükəsi çox yüksək olduğu üçün
dəbdə olmayan cərrahi müalicəyə dair nümunələr vermiş və
əməliyyatlarda istifadə etmək üçün bəzi alətlər təklif etmişdir.
Tarixdə iz qoymuş ərəb alimlərindən biri, Şərqdən Andalusiyaya
köçmüş Abbas İbn Firnas (888 ildə vəfat etmişdir) idi. O, uzun müddət
Florensiyada yaşamışdır. Buraya musiqi öyrənmək üçün gələn Firnas
sonralar riyaziyyata meyl göstərir. Az sonra uçmaq xəyalına düşən
Firnas mexanika ilə məşğul olur. O, ağacdan və quş lələklərindən özünə
qanad düzəldərək uçmağa cəhd edir. Xoşbəxtlikdən o, bu sınaqdan
salamat çıxır. Sonralar Firnas müxtəlif kristalların strukturunun
öyrənilməsi ilə məşğul olur və süni kristall hazırlamaq üçün
texnologiyanın əsasını qoyur.
VIII-XV əsrlərdə müsəlman dünyası riyazi tədqiqatqlar mərkəzi idi.
Bir çox müsəlman alimlərinin dəyərli işləri tarixdə özünə yer almışdır.
Riyaziyyat elimində Abu Abdallah Məhəmməd ibn Musa əl-Xorəzmi
(780
−
835
ci
illər)
“Müxtəsər
etməklə
hesablama və bərabərlik” (ərəb. Əl-kitab əl-
müxtəsər fi hesab əl-cəbr va-l-muqabala) adlı
riyazi əsəri ilə insaniyyətə əvəzolunmaz bir
töhvə vermişdir. Əl Xorəzmi (şəkil 1.71)
riyaziyyatın bir sahəsi olan “Cəbrin “ əsasını
qoyaraq ona bu adı vermişdir. Bu kitab
qaydalar və nümunələrdən ibarətdir. Xorəzm
xətti və qeyri xətti tənliklərin həllində
tamamilə yeni məntiqi bir üsul təklif etmişdir.
Onun kitabı X
ΙΙ
əsrdə bir neçə dəfə latın dilinə
tərcümə edilmiş və tərcümədə kitabın adındakı
“Cəbr” sözü bu yeni sahə üçün əsas anlayışa
çevrilmişdir. Onun işləri nəinki Şərqdə, həmçinin Avropada riyaziyyat
elminin öyrənilməsinə böyük təkan vermişdir. Xorəzmin işlədiyi yeni
riyazi məntiq ardıcıllığı, tərcümələrdə onun adının təhrif olunmuş
formada yazılmasından alınan “Alqoritm“ kimi yayılmışdır.
Şəkil 1.71. Əl Xorəzm.
Müsəlman elmi
112
Bundan əlavə Xörəzm hind rəqəmlərindən istifadə olunması
haqqında kitab yazaraq, onluq say sisteminin əsasını qoymuşdur.
Sonralar hind rəqəmləri ərəblərdən Avropaya keçmiş və yanlış olaraq
ərəb rəqəmləri kimi adlandırılmışdır.
Araşdırmalar göstərmişdir ki, müsəlmanlar nəzəri məsələlər ilə
bərabər, praktiki məsələlərə də böyük maraq göstərmişlər [1.51, 1.52,
1.55]. İspaniyadan Çinə qədər böyük bir ərazini tutumuş ərəblər texniki
vasitələri effektiv tətbiq etmək üçün üsulların inkişafı ilə məşğul
olmuşlar. Suvarma sisteminin təkmilləşdirilməsi, kanalların tikilməsi,
hidravlik maşınların işlədilməsi kimi məsələlər də öndə dururdu. Əl
Həsən yazır ki, texniki məsələlər o dövrdə fəlsəfənin tərkib hissəsi kimi
öyrənilirdi və mühəndislər cəmiyyətdə xüsusi yer tuturdular. Müsəlman
mühəndisləri texniki avadanlıqların layihələndirilməsi və hazırlanması
metodları ilə məşğul olmuşlar. Müsəlmanlar həndəsə və ölçmə ilə
bərabər döymə, tökmə və qaynaq kimi emal üsullarına da maraq
göstərmişlər.
Müsəlman alimləri fizikanı
bizə
məlum
olan
formada
tanımırdılar. Fizika ilə adətən
təbiət
fəlsəfəsində
Aristotel
nəzəriyyəsinə
əsaslanaraq
məşğul olunurdu. Antik atom
nəzəriyyəsinə
dair
müsəlman
elmində çoxlu diskusiyalara rast
gəlinir. Burada Biruninin və Əl
Hətəmin işləri diqqətə layiqdir.
İlk dəfə olaraq IX əsrdə, əslən
özbək olan Biruni (şəkil 1.72)
cisimlərin sıxlığını təyin edən
cihaz düzəldir və “Xüsusi çəki”
kitabında onu təsvir edir. Bu xüsusi qab olub, içərisinə salınan cismin
həcminə uyğun çıxarılan suyun həcmini dəqiq ölçmək üçün nəzərdə tu-
Şəkil 1.72. Biruni.
Dostları ilə paylaş: |