Antik dövrdə maşınqayırma
98
dəyirman daşlarından fərqli
olaraq, burada axar suyun
enerjisindən istifadə olun-
muşdur.
V
Ι
fəsildə Vitruvi su nəql
emək üçün istifadə edilən
“su vinti” və ya Arximed
vinti (bax s. 54) adlanan
qurğunun hazırlanmasından
bəhs
edir.
O,
vintlərin
ağacdan kəsilməsini ətraflı
izah edəndən sonra, fəslin
sonunda düzbucaqlı üçbu-
cağın tapılmasında Pifaqora
istinad etdiyni qeyd edir:
“Pifaqor bizə göstərir ki,
düzbucağı hər hansı bir ustanın əl işinə ehtiyac olmadan tapmaq olar və
ustaların bucağın qiymətini dəqiq təyin edə bilmədikləri halda,
düzbucaq, əgər verilən göstərişə uyğun hesablanarsa asanlıqla və
xətasız təyin edilə bilər. Bunun üçün birinin uzunluğu təxm. 90 sm, o
birininki 120 sm və üçüncününkü 150 sm olan 3 xəttkeş götürülür. Bu
xəttkeşlər bir-biri ilə üçbucaq formasında birləşdirildikdən sonra tam
xətasız düzbucaq əmələ gələcək.”
Sonra Vitruvi V
ΙΙ
və V
ΙΙΙ
fəsillərdə Ktesibiosa məxsus olan,
Heronun işlərindən məlum olan su nasosunun və orqanın quruluşunu və
işləmə prinsipini verir. Bu konstruksiyalar haqqında məlumatlar
Heronun
işlərində
verildiyindən
burada
bir
daha
baxılması
məqsədəuyğun deyil.
Ι
X fəsildə Vitruvi məsafəni ölçmək üçün istifadə edilən bir qurğunu
təsvir edir. Bu qurğu Taksameter (yun.
Taxameter) adlanır (şəkil 1.63).
Onun Heronun Odometrindən fərqi ondan ibarətdir ki, bu qurğunun
köməyi ilə gedilən məsafəni həm quruda, həm də suda ölçmək müm-
Şəkil 1.62. Su dəyirmanının sxemi.
Antik dövrdə maşınqayırma
99
Şəkil 1.63. Taksameterin quruluşu.
kündür.
Bu haqqda Vitruvi yazır: “
Əgər söhbət arabadan gedirsə onda
təkərin diametri 1,2 m olmalıdır, belə ki, bir dövrdə təkər 3,5 m yol qət
edir. Təkərin oxuna içəri tərəfdən bir dişi olan və oxla birlikdə fırlanan
çarx
tərpənməz
keçirilir.
Bundan
əlavə
arabanın
üzərinə
qutu
qoyulur.
Qutunun yan tərəfinə öz oxu
ətrafında fırlana bilən 400
dişi olan çarx yerləşdirilir. Bu
dişli çarx arabanın oxuna
keçirilmiş
dişli
çarxla
birləşdirilir. 400 dişdən əlavə
bu çarxa yan tərəfdən bir diş
bərkidilir.
Qutunun
üst
tərəfində
üfiqi
vəziyyətdə
üçüncü
bir
dişli
çarx
yerləşdirilir və o yan tərəfdəki çarxın tək dişinə ilişdirilir. Üst tərəfdəki
çarxda hər dişin arxasında bir deşik açılır və bu deşiklərin içərisinə
kiçik daşlar qoyulur. Qutunun üst tərəfində bir deşik açılır və buradan
boru keçirilir. Bu boru çarxın deşiyi ilə üst-üstə düşdükdə çarxa
qoyulmuş daş bu deşikdən keçərək qutunun içərisindəki bürünc qaba
düşür....Oxdakı kiçik dişli çarx 400 dəfə döndükdə üst tərəfdəki çarx bir
dəfə dönür, beləliklə 1 Mil (1 Mil =1,48 km) yol qət edilmiş olur.
Arabanın içinə düşən hər daşdan hər qət edilmiş Mil bilinir. Qutuya
tökülmüş daşların ümumi sayına əsasən bir gündə qət edilmiş yolu
hesablamaq olur.
Gəmilərdə də gedilən yolun tapılması bu üsula kiçik bir dəyişiklik
etməklə həyata keçirilir. Bunun üçün ağac valın ücüna üzərində pərlər
olan çarx keçiriulir. Bu çarx suya bataraq hərəkət zamanı fırladılır”.
Bu çarxla isə yuxarıda, quruda məsafəni ölçmək üçün təsvir olunmuş
aparat birləşdirilir.
Antik dövrdə maşınqayırma
100
Vitruvi kitabın X fəslindən başlayaraq kitabın sonunadək yazdığı
işləri müharibədə istifadə olunan döyüş maşınlarına və onların
məqsədəuyğun tətbiqinə həsr etmişdir.
Döyüş maşınları kimi onun
əsərində
katapultların,
skorpionların
və
ballistlərin
konstruksiyalarının detalları və
ölçülərlə
verilmişdir.
Katapultların ölçüləri istifadə
olunan oxun diametrindən (d)
və onun 9 mislini təşkil edən
uzunluğundan
asılı
olaraq
hesablanır
(şəkil
1.64).
Yönəldici lövhənin qalınlığı
d,
eni 1,5d və uzunluğu 19d
olmalıdır. Yayın qolları 17d
uzunluğunda və d qalınlığında
hazırlanır. Yönəldici lövhənin
üzərində
oxu
istiqamətlən-
dirmək üçün kanal açılır. Əsas
lövhənin sonunda uzunluğu 4d
olan val bərkidilir. Bu val
iplərin köməyi ilə yayın qolları ilə birləşdirilir. Katapultun qollarını
çəkmək üçün istifadə olunan iplər əsasən insan saçlarından (saçları
burmaqla) hazırlanırdı. Valı fırlatmaqla yay gərilir. Katapultun başlığı
qabaq və yan tərəflərdən metal lövhə ilə örtülür və mismarla bərkidilir.
Yerdən gövdənin ayaqlarının hündürlüyü 8d, eni 0,5d və qalınlığı
7/16d-yə bərabər hazırlanır (şəkil 1.65). Vitruvi kitabında bu
mütənasibliyin pozulmasını məsləhət görmür. Əks təqdirdə katapultun
işləməsi əlavə işçi qüvvəsi tələb edir.
X
Ι
fəsildə katapultlar ilə oxşar olan, daş atmaq üçün nəzərdə tutulan
ballistlərin konstruksiyası izah olunur. Onu da nəzərə çatdırmaq lazım-
Şəkil 1.64. Ox atan katapult.