Antik dövrdə maşınqayırma
94
Şəkil 1.57. Dönən kranlar.
Bu maşınların tətbiqinə gəlincə Vitruvi yazır:” Yuxarıda təsvir edilən
maşınlar yalnız qeyd olunan formada yox, həm də bəzən şaguli, bəzən
isə üfiqi vəziyyətdə kran döndərən lövhənin üzərinə bərkidilərək
gəmilərin yüklənib- boşaldılmasında istifadə olunur. Göstərilmiş
mexanizmin köməyi ilə gəmilərin quruya çıxarılması da əhəmiyyət kəsb
edir”.
Buradan göründüyü kimi o dövrdə kranlar yalnız tərpənməz şəkildə
yox, həm də dönən lövhə üzərində bərkidilərək, onların çevikliyi artırıl-
Şəkil 1.56. Ağır yüklərin qaldırılması üçün kranlar.
Antik dövrdə maşınqayırma
95
Şəkil 1.58. Yüklərin daşınması.
mışdır. Müxtəlif mənbələrin verdiyi cizgilərə əsasən bu lövhələr şəkil
1.57-dəki kimi 4 yastıqda yerləşdirilir. Üfiqi vəziyyətdə yerləşmiş
kranın sxematik təsviri şəkil 1.57, a-da verilmişdir. Gövdə tərpənməz
olaraq gəmilərdə və ya divarlar üzərində bərkidilir. Kran başlığı isə üfiqi
müstəvi
üzrə
dönmək
imkanına malikdir. Vitruvi
fəslin sonunda iri diametrli
diyircəklərin yüklərin daşın-
masında tətbiqindən bəhs
edir. Döyüş meydanlarındakı
kələ-kötürlüklərin hamarlan-
masında tətbiq edilən diyir-
cəklərə istinad edərək, o ağır
yüklərin nəqlində tətbiq olunan diyircəklərin təsvirini verir. Məsələn,
böyük daşları daşımaq üçün onun hər iki tərəfinə çarxlar birləşdirilərək
xüsusi çərçivəyə keçirilir (şəkil 1.58). Çərçivənin önündəki çəngəllərə
öküzlər qoşularaq çəkilir. Beləliklə, öz oxu ətrafında fırlanan daş
asanlıqla bir nöqtədən başqa nöqtəyə nəql edilir. Vitruvinin işlərindən
həm də məlum olur ki, o dövrdə küçələrin diyircəklərlə hamarlanması
geniş yayılıbmış.
ΙΙΙ
fəsildə Vitruvi Aristotelin “
Mexaniki problemlər” əsərinin bir
hissəsini “Bütün hərəkətlərin elmindən, düz xətt və çevrə” adı altında
yenidən araşdırdıqdan sonra IV fəsildə su nəql edən maşınlardan bəhs
edir. O yazır: “ Mən indi su nəql etmək üçün ixtira edilmiş maşınları
təsvir etmək istəyirəm. Öncə su götürən maşın haqqında danışmaq
istəyirəm. Bu maşın suyu yuxarı qaldırmasa da, suyu tez və böyük
miqdarda götürür. Ağac val torna dəzgahında yonulur və hər iki
tərəfinə dəmir ox keçirilir. Bu valda, üzərinə bir-birinə taxılmış
hücrələrdən ibarət olan baraban oturdulur (şəkil 1.59). Ağac val
dirəklərin üzərinə qoyulur və dəmirlə örtülür. Barabanın içərisinə,
valdan barabanın doğuranına qədər uzanan arakəsmələr keçirilərək
onu 8 bərabər hissəyə bölürlər.
Antik dövrdə maşınqayırma
96
Şəkil 1.59. Su götürən çarx.
Barabanın silindrik doğu-
ranını
əmələ
gətirən
hücrələrin dibi yarım ayaq
ölçüsündə açıq olur ki,
buradan barabanın içəri-
sinə su keçə bilsin. Sonra
mərkəzi oxun ətrafında,
barabanın daxilindəki ara-
kəsmələrə uyğun olaraq 8
deşik açılır. Barabanlar
gəmilərdə
olduğu
kimi,
insanların ayaqları ilə fır-
ladılır və silindrin xarici
səthindən daxilə dolan su
ox ətrafındakı deşiklərdən çıxaraq lazım olan yerə axır. Beləliklə,
bağların suvarılması üçün böyük miqdarda su verilir.
Əgər suyu hündür yerə qaldırmaq lazımdırsa,
onda həmin üsul aşağıdakı kimi dəyişikliyə məruz
qalır.
Aparıcı
valın
ətrafına lazım olan
hündürlüyə uyğun olaraq baraban bərkidilir və
onun yan tərəfində ağzı aşağıya yönələn, mumla
kipləşdirilmiş kub formalı qutular bərkidilir.
Çarx ayaqla fırladılan zaman su ilə dolu qutular
yuxarıya qaldırılır və su tökülür, qutular yenidən
aşağıya hərəkət edərək su çənindən suyu götürür.
Əgər suyu daha hündür yerə qaldırmaq lazım
gələrsə onda vala iki cüt dəmir zəncir bağlanır və
aşağıya, suya qədər sallanır (şəkil 1.60).
Bu zəncirdən bürüncdən, hər birinin həcmi
3,28 l olan vedrələr asılır. Val fırlandıqda
zəncirdə bağlanmış vedrələr suya bataraq dolur və yuxarıya qaldırılır.
Bu vedrələr valın üzərindən keçdikdə aşmağa məcbur edilir və onun
Şəkil 1.60.
Zəncirli
su maşını.
Antik dövrdə maşınqayırma
97
içərisində olan su yuxarıda yerləşdirilmiş çənə tökülür.”
V fəsildə su çarxı belə təsvir olunur: ”Çaylarda, yuxarıda təsvir
olunmuş üsulla su götürən çarxlar qurulur. Bu çarxların xarici səthində
axar su tərəfindən hərəkətə gətirilərək çarxı fırlanmağa məcbur edən
pərlər bərkidilir. Beləliklə, onlar qutularla suyu götürərək, işçilər
tərəfindən hərəkətə gətirilməsi lazım olmadan yuxarıya qaldıraraq
lazım olan miqdarda suyu verir (şəkil 1.61).
Şəkil 1.61. Mörendorf (AFR) yaxınlığında rekonstruksiya olunmuş
qədim su götürən maşın.
Bu üsulla, həmçinin su dəyirmanları hazırlanır, haradakı hər şey
yuxarıda olduğu kimi qalır, yalnız valın bir ucuna dişli çarx keçirilir
(şəkil 1.62). Sonra bu dişli çarxa ikinci, üfiqi yerləşdirilmiş çarx
ilişdirilir. Beləliklə, su ilə fırlanan vala keçirilmiş çarx üfiqi yerləşmiş
çarxın dişlərini hərəkətə gətirməklə dəyirmanın daşlarını fırladır. Bu
maşınlarda taxıl yuxarıda asılmış ağızlıq vasitəsilə daşların altına
verilir və onun fırlanması nəticəsində üyüdülür”.
Vitruvinin təsvir etdiyi bu dəyirmanlarda yenilik ondan ibarətdir ki,
o dövrdə artıq məlum olan heyvanlar və ya qullar qoşulmaqla fırladılan