Antik dövrdə maşınqayırma
88
qədər uzanaraq, sonra yana dönür və burularaq yuxarıya qaldırılır.
Borunun bu ucunda yandan başqa bir boru birləşdirilir. Qutu suyun
üstünə qaldırıldıqdan sonra o hava ilə dolur və suya atıldıqdan sonra
qutudakı hava borunun uc hissəsindən boruya daxil olaraq, xaric olmağa
cəhd edir. Amma eyni zamanda yan tərəfdəki deşikdən boruya su daxil
olmağa başlayır. Bu qutu suda l dərinliyinə çatana qədər baş verir. Bu
zaman qutudakı havaya su tərəfindən olan təzyiq artır və bunun
nəticəsində suyun boruya dolması dayanır. Boruya artıq daxil olmuş su
sonra qutuda artan hava təzyiqi nəticəsində yuxarıya püskürdülür və
borunun uc hissəsindən çıxaraq oradakı qaba tökülür. Suyun axması
qutudakı hava qurtarana qədər davam edir. Sonra qutu yenidən suya
atılır və proses təkrarlanır.
Filonun düzəltdiyi bu mexanizmlər o dövrdə “oyunçaqlar” kimi
baxılsa da, onlar sonralar ixtira edilən bir çox enerji maşınlarının əsasını
qoymuşlar. Antik dövrdə Filonun işləri onun davamçıları tərəfindən
yüksək qiymətləndirilmişdir. Belə ki, məşhur Yunan mexaniki Heron
bir neçə əsr sonra yazir:” ...biz ondan əvvəlkilərin işləri arasında
Filonun işlərindən yaxşısını tapa bilmədik....” Filon bəzi sınaqlarını
Ktesibiosun işlərindən göturərək təkmilləşdirilmiş formada təkrar
etmişdir. O başqalarından fərqli olaraq ilk dəfə “qarşılıqlı asılılıq”
(cisimlərin strukturunda) haqqında nəzəriyyəni irəli sürmüşdür. Burada
cisimlərin kiçik hissəciklərdən ibarət olması və bu hissəciklər bir-biri ilə
qarışdırıldıqda, onların arasında bir əlaqənin yaranması fərziyyə edilir.
Filon səhv olaraq izah edir ki, hissəciklər bir-birinə qarışdıqda onlar
arasinda yaranan cazibə gucu kifayət edir ki, hava ilə suyun
qaldırılmasını və Klepsidranın işləməsini izah etmək mümkün
olsun. Buna baxmayaraq, Filon antik dovrdə mövcud olan platonik
fikirlərdən fərqli olaraq öz ideyalarını praktikada sınaqdan keçirmiş və
bununla “klassik” Yunanıstanda mövcud olan atom, vakuum
ve astronomiya əleyhdarlarına ilk dəfə olaraq açıq-aşkar cavab
vermişdir.
Antik dövrdə maşınqayırma
89
Romalı Vitruvi ( b.e.ə. 16-cı il)
B
izim eranın əvvəlində yaşamış yunan yazıçıları onu sadəcə olaraq
Vitrivius adlandırmışlar. XV əsrdən sonra onun tam adı ilə bağlı
müxtəlif mülahizələr çap olunmağa başlamışdır. Ona görə də, onu çox
vaxt Faventinin göstərdiyi kimi Vitrivius Pollio adlandırırlar. Roma
imperatorları Sezar və Avqustun dövründə yaşamış Vitruvi böyük
hökmdarlar üçün döyüş maşınlarının hazırlanmasına, vacib tikintilərin
layihələndirilməsi və həyata keçirilməsinə rəhbərlik etmişdir. Ömrünün
sonuna kimi Vitruvi sarayla yaxın münasibətdə olaraq imperatorun
maliyyə yardımı ilə yaşayıb yaratmışdır. Onun yazdığı “Memarlıq
haqqında on kitab” (yun. De architectura libri decem”) antik dövrdən
bizə qədər gəlib çatan, öz dövrü üçün bu sahədə yeganə kitab olub,
mühəndislik elminin əsaslarını müəyyən qədər özündə cəmləşdirən
əsərdir [1.42]. O da məlumdur ki, Vitruvinin əlyazmasında onun tərtib
etdiyi cizgilər toplusu itmişdir. Yalnız XV əsrdən sonra, onun işlərinə
maraq artdığı dövrdə tərcüməçilər tərəfindən kitabda təsvir olunan
qurğular mətn əsasında rekonstruksiya edilmişdir.
Vitruvi birinci kitabın III fəslində memarlıq haqqında yazır:
“Memarlıq üç hissədən ibarətdir: tikinti, saatların düzəldilməsi və
maşınların qurulması”. O,
Ι
−
Ι
X kitablarda tikinti sənətinin incəlikləri,
su saatlarının düzəldilməsi və astronomiya haqqında öz fikirlərini təsvir
etmişdir. Vitruvi X kitabda maşınların hazırlanmasından bəhs
etdiyindən maşınqayıranlar üçün böyük maraq kəsb edir.
V
ΙΙ
kitabda o yazır: ” ...
Maşınqayırma haqqında həmçinin Diades,
Architas, Arximed, Ktesibios, Nimphodoros, Bizanslı Filon, Difilos,
Democles, Karita, Polidos, Pirrhos, Aqesistaros (qədim yunan
alimləridir) yazmışlar. Bunların kitablarından mən öz əsərim üçün
gərəkli olan şeyləri götürərək, ümumi bir formada tərtib etmişəm,
əsasən ona görə ki, yunanlardan mənim həmyerlilərimə nisbətən daha
çox əsər çıxıb”. Bununla o göstərir ki, romalılar o dövrdə maşınqayırma
sahəsində heç bir orijinal şey ixtira etməmişlər, sadəcə olaraq bunları
Antik dövrdə maşınqayırma
90
yunanlardan öyrənmişlər.
V
ΙΙΙ
kitabında Vitruvi içməli suyun tapılması və su kəmərinin
şəhərlərə çəkilməsindən bəhs etsə də, bizə onun V fəsildə təsvir ediyi
nivelir cihazı haqqında informasiya maraqlıdır. O yazır: “Mən indi Sizə
su kəmərlərinin şəhər və evlərə necə çəkilməsindən bəhs edəcəyəm. İlkin
iş nivelirləmədir. Nivelirləmə Diopter, su tərəzisi və ya da Korobatla
(Chorobat) aparılır. Bunlardan ən dəqiqi Korobatdır, çünki, o biriləri
qeyri dəqiq işləyirlər”. Sonra kitabda Korobatın quruluşu təsvir olunur.
6 m uzunluğunda olan tarazlayıcı ağac əsas lövhə ştativ üzərində
yerləşdirilir (şəkil 1.54).
Şəkil 1.54. Korobatın Valter Ruffa əsasən təsviri (1548).
Bu lövhənin hər ucunda perpendikulyar olaraq bir qol yerləşdirilir və
əlavə çubuqların köməyi ilə əsas lövhəyə sərt bərkidilir. Şaquli
vəziyyətdə olan qolların üzərinə yan tərəfdən əsas lövhəyə
perpendikulyar olan xətlər çəkilir. Bu xətlər uzrə əsas lövhədən, iplər
vasitəsilə hər iki tərəfdən qurğuşun yüklər asılır. Yüklərin ipləri çəkil-