Antik dövrdə maşınqayırma
78
Şəkil 1.42a. Pnevmatika kitabının latın dilində I fəslindən fraqment,
Bavariya dövlət kitabxanası, Münxen.
Antik dövrdə maşınqayırma
79
Şəkil 1.42b. Pnevmatika kitabının latın dilində IX fəslindən fraqment,
Bavariya dövlət kitabxanası, Münxen.
Antik dövrdə maşınqayırma
80
üzərində apardığı işlərdən yazmışdır. İkinci kitabında Filon linglər
haqqında (yun.
Mochlica), o dövrdə məlum olan ümumi bilikləri təsvir
etmişdir. Bunun ardınca yazdığı başqa kitabında o, limanlar (yun.
Limenopoiica) haqqında tətbiqi elmin nəticələrini təsvir etmişdir. Döyüş
maşınları, onların quruluşuna düzəlişlər və istismarı Filonun
“Belopoiica” kitabında öz əksini tapmışdır [1.49]. Bu kitabda Filon
nizələri atmaq üçün qurğuların quruluşundan bəhs edir. O yeni bərkidici
və atıcı düyüm ixtira edərək, katapultların hazırlanması üçün miqyas
ölçülərini verir. Bu kitabda dəmir yaylardan və sıxılmış havadan istifadə
etməklə oxların atılması ilə bərabər ilk dəfə olaraq, Filon “avtomatik”
yüklənən katapult təklif edir. Bu katapult XVIII əsrdə Galtingin
düzəltdiyi avtomatik tüfəngə oxşayırdı.
Döyüş texnikasının hazırlanması texnologiyasından əlavə, o, atıcı
maşınlar, qala divarları və qüllələrin tikilişi və mühasirədə döyüş
taktikasından da yazmışdır. “Parasceuastica” kitabında Filon müdafiə
və “Poliorcetica” kitabında isə mühasirə taktikalarını təsvir edir.
Arxeoloqlar tərəfindən sonralar tapılmış, beş statik enerji haqqında
yazılmış “Automatopoiica” kitabının da Filona məxsus olduğu sübut
edilmişdir [1.48]. Bu kitabda onun işləri əsasən teatr səhnələri üçün
düzəldilmiş “oyunçaqlar“a istinad edir.
Beşinci kitabında Filon “Pnevmatika” haqqında yazmışdır. Bu
kitabında o, hava və su ilə işləyən 78 qurğunun konstruksiyasını verir.
Bu qurğulardan bir neçəsinin işləmə prinsipi aşağıda ətraflı
araşdırılmışdır.
Filon bu qurğuların layihələndirilməsində oz müəllimi Ktesibiosun
işlərinə istinad edir. Onun apardığı ilk sınaq Ktesibiosa görə havanın
materiya olması anlayışına əsaslanırdı. Havanın bir “cism” olmasını
sübut etmək üçün o boş qabı ağzı üstə suya salmaqla sınaq aparır. Qabı
suya saldıqda onun içərisindən hava çıxmağa macal tapmadığından
oraya su daxil ola bilmir. Hava çıxdıqda isə onun yerinə su dolur. Başqa
bir sınaqda qabın dibində açılmış deşik mum ilə tutulur. Qab ağzı üstə
suya salındıqda, yuxarıda olduğu kimi burada da qaba su daxil ola bil-
Antik dövrdə maşınqayırma
81
mir. Bunu qabın içərisinin quru qalmasından görmək olur. Əgər qab
bütünlükdə suya batırılarsa və sonra tıxac kənarlaşdırılarsa, onda suyun
tədricən qaba daxil olması və oradan sıxışdırılan havanın çixması sudakı
köpüklərdən aydın görünür. Havanın hansı
gücə malik olmasını bir daha göstərmək üçün
Filon, düzəltdiyi birləşmiş qablardan ibarət
sınaq qurğusunda, havanın köməyi ilə suyu
sormağı nümayiş etdirir. Qurğunun quruluşu
şəkil 1.43-də verilmişdir. Uc hissəsində deşik
olan bir öküz buynuzu (a) götürülür. Onun
enli hissəsinə ağızlıq keçirilərək qapanır.
Buynuz içərisində su olan qaba (b) salınır. Bu
qabın yanında aşağıda yerləşmiş başqa bir
qab (c) qoyulur. Böyük qabla (c) buynuzun
yuxarı hissəsi boru (e) ilə birləşdirilir. Böyük qabın (c) üst hissəsindəki
deşikdən (f) qaba su tökülür. Bu qabın aşağı hissəsində yerləşmiş
lüləkdən (d) istənilən miqdarda su buraxmaq olur. Lülək açıldıqda
oradan axan su buynuzdakı (a) havanı sorur. Buynuzdan sorulan
havanın yerinə b qabındakı su daxil olur. Bu qabdakı su qurtardıqdan
sonra buynuzun aşağı hissəsindən qapalı sistemə hava daxil olur. Böyük
qabdakı su axıb qurtardıqdan sonra oraya hava daxil olduğundan
buynuzun içindəki su yenidən b qabına axır. Ancaq Filon bu sınaq
zamanı havanın genişlənməsi və qablarda olan suyun səviyyəsi
haqqında heç nə yazmır.
Filon havanın istiliyin təsirindən
genişlənməsi haqqında da fikir söyləyir.
Bu prosesin fizikasına varmadan o, belə
bir
sinaq
aparır.
Qurğuşundan
hazırlanmış yumurta formalı qabda
deşik açılaraq oraya boru keçirilir
(şəkil 1.44). Boru yumurtanın içərisinə
elə keçirilir ki, onun ucu qabın dibinə
Şəkil 1.43. Sınaq qurğusu.
Şəkil 1.44. Sınaq qurğusu.