Antik dövrdə maşınqayırma
66
lama elementləri bərkidilmiş ağac lövhə bərkidilir. Silindrin aşağı
tərəfinə yarımkürə formasında dişli çarx bərkidilir. Dişli çarxın köməyi
ilə işçi lövhə tənzimlənir. Dişli çarx eyni zamanda şaquli ox ətrafında
fırlana bilən və irəli-geri hərkətə malik dördkünc lövhə üzərində
yerləşdirilir. Bu mexanizmin köməyi ilə iki kəsişən ox istiqamətlərində
nivelirin işçi lövhəsinin hərəkətini təmin etmək mümkündür. Heronun
düzəltdiyi ölçmə alətləri o dövr üçün mürəkkəb olduğundan onların
hazırlanması və tətbiqi mümkün olmamışdır.
“Ölçmə alətləri” əsərində Heron nivelir ilə bərabər, qət edilən
məsafəni ölçmək üçün ixtira etdiyi Odometri təsvir edir (şəkil 1.31). Bu
cihaz arabaya quraşdırılmış, bir-biri ilə dişli çarxların köməyi ilə
əlaqədə olan, sonsuz vintlərin köməyi ilə təkərin dönməsini sayğaca
ötürən mexanizmdən ibarətdir. Araba irəliyə hərəkət etdiyi zaman
təkərin aldığı fırlanma hərəkəti bir neçə dəfə ötürülərək sayğacın ölçmə
əqrəbinə verilir. Cihazda qeyd edilmiş vahidin (addım, metr və s.)
sayından asılı olaraq qət edilən məsafəni hesablamaq olurdu. Böyük
məsafələri ölçmək üçün ötürmə ədədinin qiyməti artırılırdı. Bu qurğu
indiyə qədər öz aktuallığını itirməmişdir.
Şəkil 1.31. Məsafə ölçən maşın (Odometer).
Antik dövrdə maşınqayırma
67
Şəkil 1.32. Su avtomatı.
Heronun işləri arasında ən məşhuru onun müasir maşınqayırmanın
yaranmasına və inkişafına təkamül vermiş “Pnevmatika” əsəridir.
Kitabın əvvəlində Heron da Ktesibios kimi təbiətdə boş məkan olmadığı
haqqında fərziyyə söyləyir. Heron, görünür ondan qabaq pnevmatik
problemlərlə məşğul olmuş Ktesibios və Filonun işlərinin təsirindən bu
sahəyə müraciət etmişdir. Onun fikrincə təbiətdə olan məkan muxtəlif
əşyalarla doludur. Boş qalan yerlər isə hava ilə tutulub. Bunu sübut
etmək üçün Heron boş stəkanı suya batırmaqla apardığı sınağı numayiş
etdirir. Bununla o, sübut etməyə çalışır ki, su ilə doldurulmuş qabdan
hava sıxışdırılaraq çıxardılır. Əgər stəkan ağzı üstə suya batırılırsa onun
içindəki hava çıxmağa macal tapmadığından oraya suyun girməsinə
mane olur.
Ümumiyyətlə, təbiətdə olan boşluqların hava ilə dolu olmasını
mülahizə edən Heron, işığın havada, suda və istiliyin cisimlərdən
keçməsini də bu cisimlərin tərkibindəki kiçik boşluqların hava ilə dolu
olması kimi izah edir. Heron “Pnevmatika”
kitabında pnevmatika və hidravlikaya aid
apardığı çoxlu sayda sınaqların nəticələrini
təsvir etmişdir.
Əsərin əsas hissəsində o, öz xüsusi
metoduna uyğun olaraq təzyiq altında
işləyən qurğular haqqında yazmışdır. Onun
pnevmatik
qurğulardan
olan
məşhur
ovsunlanmış su avtomatı, fit çalan quş, öz-
özünə açılan qapılar və s. böyük maraq
kəsb edən, mexaniki qanunları özündə əks
etdirən mexanizmlər idilər. Bu qurğuların
böyük
əksəriyyəti o dövrdə böyük
hakimiyyətə malik olan keşişlər uçun
düzəldilmişdir.
Məsələn,
keşişlərin
camaatdan ovsunlanmış su üçün pul
yığmasını asanlaşdırmaq üçün Heron bizə
Antik dövrdə maşınqayırma
68
Şəkil 1.33. Tilsimli qapılar.
hal-hazırda məlum olan samovara oxşar bir avtomat düzəltmişdir (şəkil
1.32). Bu su verən avtomata adamlar ovsunlanmış su üçün nəzərdə
tutulmuş pulu atdıqdan sonra, lüləkdən nəzərdə tutulmuş miqdarda su
axır. Avtomatın işləmə mexanizmi lüləyin tıxacına bərkidilmiş qolla (
ρ
)
bağlıdır. Avtomatın üst deşiyindən atilan pul onun içərisindəki qola
dəyərək qolu aşağıya hərəkət etdirir. Qol eyni zamanda lüləyin (
µ
)
deşiyini açır və suyun axmasına imkan yaradır. Sonra qol yavaş-yavaş
öz əvvəlki vəziyyətinə qayıdır. Müəyyən vaxtdan sonra lülək yenidən
tıxanır. Suyun həcmi pulun çəkisi, qolun uzunluğundan asılı olaraq təyin
olunur. Samovardan suyun öz-özünə axması o dövrdə adamlar arasında
ilahi bir quvvənin təsiri kimi qəbul edilirdi.
Daha maraqlı bir qurğu qurban verən zaman mehrabın qapılarının
öz-özünə açılmasıdır. Bu mexanizmin təsviri şəkil 1.33–də verilmişdir.
Qapı şaquli vəziyyətdə mehrabda yerləşdirilmiş iki silindik dirəkdən
asılır. Bu dirəklərin uzunluğu qapının uzunluğundan təxminən iki dəfə
Antik dövrdə maşınqayırma
69
böyükdür. Dirəklərin artıq qalan hissəsi mehrabın altindakı boş otaqda
yerləşdirilir və yerlə hərəkətli olaraq bərkidilir. Bu dirəklər kəndir
vasitəsilə içərisi yarıya qədər su ilə doldurulmuş qabla birləşdirilir.
Sonra bu qab
∩
formalı boru vasitəsilə onun yaxınlığında yerləşdirilmiş
kürə (şəkildə sağ tərəfdə göstərilib) ilə əlaqələndirilir. Əyri borunun ucu
kürənin içərisinə salınaraq onun dibinə qədər endirilir. Qapının
bərkidildiyi dirəklərin yerin altındakı otağın içərisində qalan hissəsinə
kəndirlər dolanaraq sol tərəfdə diyircəkdən asılmış yüklə əlaqələndirilir.
Bu yükün məqsədi dirəkləri fırladaraq qapını bağlamağa çalışmaqdan
ibarətdir. Digər tərəfdən bərkidilmiş kəndir isə su ilə doldurulmuş qabla
əlaqəndirilir. Əgər qabda su yoxdursa onda, qab o biri tərəfdən asılmış
yükdən yüngül olur. Bu halda qapı bağlı olur. Əgər mehrabdakı ocaq
yandırılırsa, onda, alovun altındakı çəndə yerləşən hava istidən
genişləndikdə kürədəki suyu sıxışdıraraq boru vasitəsilə kəndirdən
asılmış qaba axmağa məcbur edir. Su ilə dolu qabın çəkisi əks tərəfdə
təsir edən yükdən ağır olduqda dirəklər döndərilərək qapıları açır.
Beləliklə, keşişlər onların ilahi quvvəyə malik olmalarını itaətkarlara
sübut etməyə çalışırdılar. Alov söndükdən sonra soyuyan hava qabdakı
suyu geriyə soraraq qapıları bağlayırdı.
Onun “oyunçaq” adlandırılan qurğularından ikisi aşağıdakı şəkildə
təsvir olunmuşdur. Şəkil 1.34, a-da bir-biri ilə boru vasitəsilə
birləşdirilmiş iki qabdan ibarət sorucu qurğu göstərilmişdir. Borunun
ucuna armuda bənzər qab keçirilir. Bu qabın aşağı tərəfindəki deşik
öncə əl ilə tutulur və su ilə doldurulur. Eyni zamanda yuxarıdakı qaba
da su doldurulur. Sonra aşağıdakı qabın üst tərəfindəki deşik əl ilə
tutularaq aşağı tərəfi açılır. Bu zaman axan su yuxarıdakı qabda olan
suyu da özü ilə çəkib aşağıya aparır. Şəkil 1.34, b - də “Prochyta”
adlanan xususi qab göstərilmişdir. Bu qabın daxilində düzəldilmiş
kanalların və ayırıcı divarın köməyi ilə qaba tökülmüş iki müxtəlif
mayeni istənilən ardıcıllıqla və ya da qarışıq şəkildə tökmək olur. Öncə
sonuncu töküləcək maye qabın dibindəki kameraya doldurulur və bu
zaman qabın qulpundakı deşik açıq qalır ki, oradan hava çıxsın. Sonra
Dostları ilə paylaş: |