Maşınqayırmanın tarixinə dair



Yüklə 20,63 Mb.
Pdf görüntüsü
səhifə20/159
tarix15.07.2018
ölçüsü20,63 Mb.
#55970
1   ...   16   17   18   19   20   21   22   23   ...   159

Antik dövrdə maşınqayırma 

53

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1.23. Qədimdə yüklərin diyircəklərlə daşınması. 



 

güman edilir [1.41].   

Bu  vintin  işləmə  prinsipi  çox  sadədir.  Arximed  vinti,  indi  bizə 

məlum  olan  sonsuz  vintdən  başqa  bir  şey  deyildir.  Sonsuz  vint  bir 

ucundan aşağıda yerləşən su çənində hərəkətli yerləşdirilir, o biri ucu isə 

müəyyən  hündürlükdə  yerləşən  çəndə  hərəkətli  bərkidilir  (şəkil  1.24). 

Vintə  fırlanma  hərəkəti  verildikdə  vintlər  arasında  qalan  su  kütləsi  hər 

dəfə  yeni  götürülən  suyun  hesabına  yuxarıya  sıxılaraq  hərəkət  etdirilir. 

Vintin  ixtirasından  sonra  o,  qaldırıcı  maşında,  presdə  və  böyük  qüvvə 

tələb  olunan  başqa  maşında  da  bu  günə  kimi  geniş  tətbiq  edilir.  Bu 

günkü maşınqayırmanın inkişafını vintlərsiz təsəvvür etmək çətin olardı.   

Yüklərin maili müstəvidə yivli boltun köməyi ilə yuxarıya daşınması 

Arximedin  dövründə  böyük  texniki  inqilab  idi.  Belə  bir  fərziyyə  də 

mövcuddur  ki,  Arximed  vintli  hərəkəti  maili  müstəvi  üzərindəki 

hərəkətdən  almışdır.  Başqa  bir  fərziyyəyə  görə,  vinti  Arximed  Misirə 

səfəri  zamanı  Nil  çayından  əkin  sahələrini  suvarmaq  üçün,  suyu 

yuxarıda  yerləşən  sahələrə  qaldırmaq  üçün  ixtira  edib.  Bu,  bir  fərziyə 

olsa da, tarixi tapıntılar vintin Orta Asiyada tətbiq olunmasını sübut edir. 

 



Antik dövrdə maşınqayırma 

54 

 

Vitruvi b.e.ə. 16-13-cü illərdə yazdığı “Memarlıq haqqında on kitab” 



əsərində  o  dövrdə  ilbis  adlandırılan,  su  qaldıran  vint  haqqında 

yazmışdır.  O,  bu  əsərdə  vintin  hazırlanma  texnologiyasını  ətraflı  təsvir 

etmişdir [1.42].  

  

 



 

 

 



 

 

 



 

Şəkil 1.24. Arximed vintinin sxematik təsviri və “METALL ATELIER“ 

firmasının (AFR)  hazırladığı modeli. 

 

Texnikada  Arximedin  əsas  işlərindən  biri  də  hidrostatika  elminin 



təməlini  qoyması  ilə  bağlıdır.  Hidrostatikada  Arximed  qanunu  ilə  o, 

pioner  olaraq  ilk  dəfə  materialların  xüsusi  çəkisi  haqqında  anlayışı 

vermişdir. Arximedə görə, suya batırılan yükün çəkisi qabdan sıxışdırıb 

çıxardığı suyun həcmi ilə mütənasibdir. Bu qanunu o 

ΙΙ

 Heronun verdiyi 



tapşırıq  üzərində  düşünən  zaman  kəşf  etmişdir.  Vitruvinin  yazdığına 

görə  şah  üçün  qızıldan  hazırlanmış  tacın  saflığını  yoxlamaq  üçün 

Arximed uzun  müddət fikirləşəndən sonra, hamamda suya girən zaman 

tənəkədən  tökülən  suyun  onun  çəkisinə  bərabər  olduğunu  aşkar  edir. 

Bununla  o,  məsələnin  həllini  tapmış  olur  və  hamamdan  çıxaraq 

Heureka,  heureka!  “(yəni,  tapdım)  deyə-deyə  qışqıraraq  qaçır.  Bu 

kəşfdən sonra Arximed şahın tacının çəkisinə uyğun qızılı suya salır və 

sıxışdırılıb  çıxarılan  suyun  həcmini  ölçür. Sonra  tacı  suya  salır  və  axan 

suyun  həcmini  təyin  edir.  Bu  yolla  Arximed  tacın  qızıldan  olmadığını 

təyin edir.    

Bundan əlavə, qədim  salnaməçilərdən  Çeç və Polibi də öz əsərlərin- 



Antik dövrdə maşınqayırma 

55

 

də  Arximedin  ballist  və  başqa  döyüş  maşınlarını  romalılarla  döyüş 



zamanı tətbiq etməsindən bəhs edirlər [1.38, 1.39, 1.43].  

Arximed  mühəndis  kimi  II  Pun  müharibəsində  Sirakusi  şəhərinin 

müdafiəsində  iştirakından  sonra  daha  da  məşhurlaşır.  Düzəltdiyi  hərbi 

maşınlarının  köməyi  ilə  Sirakusi  şəhərini  alınmaz  qalaya  çevirən 

Arximed romalı sərkərdə Marçellinin (ingl. Marcelli) əzəmətli ordusunu 

iki il şəhər qalasına yaxın buraxmamışdir.  

Leontin  şəhərini  asanlıqla  alan  Roma  ordusu  bütün  gücünü 

toplayaraq    Sirakusiyaya  hücuma  keçmişdir.  Sərkərdə  Marçellinin 

planına  görə  şəhər  asanlıqla  bir  neçə  günün  ərzində  ələ  keçirilməli  idi. 

Ordunu  quruda  və  suda  şəhərə 

yaxınlaşdıran 

Marçelli 

çoxsaylı 

əsgərlərin  hesabına  şəhəri  5  günün 

içərisində  tam  mühasirəyə  alır. 

Ancaq  Roma  ordusu  Arximedin 

rəhbərliyi  altında  şəhərin  daxilində 

gedən  hazırlıqdan  xəbərsiz  idi. 

Romalılar 

şəhərə  öncə  sudan 

hücuma  keçməyə  cəhd  göstərirlər. 

Marçelli  60-a  yaxın  beş  yelkənli 

gəmilərin  köməyi  ilə  şəhər  qalasına 

sudan  hücuma  keçir.  Tam  silahlanmış  əsgərlərlə  dolu  gəmilər  hücum 

üçün  traplarla  təchiz  olunmuşdular.  Bu  hücumun  qarşısına  Arximedin 

düzəltdiyi  mərmi  atan  maşınlar  çıxarılır.  Göydən  yağdırılan  mərmilərin 

altinda  Roma  gəmiləri  köməksiz  qalaraq  heç  nə  edə  bilmirlər. 

Mərmilərin  uzağa  düşdüyünü    görən  Arximed  yaxın  məsafəyə  daş  atan 

maşınları  işə  salır.  Romalıların  qurudan  hücumu  zamanı  divarlara 

dırmaşan  əsgərlərin  qarşısını  almaq  üçün  qalada  gizlənmiş  maşınlar 

çıxarılır. Onlardan bir hissəsi  çəkisi 250 kq olan daşlar, digərləri böyük 

qurğuşun  parçalar  gətirirdi.  Gəmilərdən  divara  uzadılmış  ağac 

nərdivanlar  kranlarla  tutularaq  yuxarıya  qaldırılır,  sağa-sola  hərəkət 

etdirilərək aşağıya buraxılırdı. Bunun dalınca atılan daş aşağıda, gəmidə 

 

Şəkil 1.25. Gəmilərin müharibədə                         



kranlarla tutulması. 


Yüklə 20,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə