Antik dövrdə maşınqayırma
70
Şəkil 1.35. Öz-özünə tənzimlənən lampa.
qulpdakı deşik barmaqla tutularaq, ilkin töküləcək maye qabın üst
tərəfindəki kameraya tökülür. Əgər qulpdakı deşik barmaqla tıxanaraq
saxlanarsa, onda qabdan yalnız üst tərəfdə olan maye axacaq. Bundan
sonra barmaq götürülərsə, onda aşağıdakı hissəyə hava daxil olaraq
mayenin axması üçün şərait yaradacaq və maye yuxarıdakının dalınca
axacaq. Deşik başdan açıq olarsa onda mayelər bir birinə qarışaraq
axacaq.
a)
b)
Şəkil 1.34. Hidravlik qurğular.
Daha maraqlı bir qurğu öz-özunə sazlanan neft lampasıdır (şəkil
1.35). Lampanın daxilində yerləşmiş mexanizm vaxt keçdikcə qısalan
fitilin uzunluğunun avtomatik sazlanmasına xidmət edir. Bunun üçün
lampanın daxilində, üzərində dişlər bərkidilmiş valın (
η
) ətrafına fitil
dolanır. Bu val öz oxu
ətrafında fırlana bilir.
Sonra lampanın içərisinə
öz oxu ətrafında dönə
bilən bir dişli çarx (
ε
)
yerləşdirilir.
Bu
dişli
çarx üzərində fitil olan
dişli valla əlaqələndirilir.
Belə ki, dişli çarxın
dönməsi valda fırlanma
Antik dövrdə maşınqayırma
71
yaradır. Lampaya neft tökmək üçün onun orta hissəsində qapaq vardır.
Qapağın altinda şaquli oxdan sərbəst asılmış kiçik qapalı qab elə
bərkidilir ki, o dişli çarxla kontaktda olsun. Bu qab lampadakı neftin
içərisində üzür. Neftin səviyyəsi lampanın daxilində aşağı düşdükcə o
dişli çarxı döndərir, bu da eyni zamanda uzərində fitil olan valı
döndərərək fitili lampanın ağzına tərəf itələyir.
Bizə, bu günə qədər gəlib çatmış və tibbdə geniş tətbiq olunan şprisin
ilk quruluşu və işləmə prinsipi də Heronun kitabında öz əksini
tapmışdır. Heronun “Piuleus” adlandırdığı qurğu bir-birinin içərisinə
keçirilmiş iki borudan ibarətdir (şəkil 1.36). Boruların diametrləri elə
seçilir ki, biri o birinin içərisinə keçə bilsin. Kiçik diametrli borunun bir
ucuna pardaqlanmış lövhə (
γ
) və digər ucuna tutqac bərkidilir. Eyni
qayda ilə böyük diametrli borunun ucu tıxanır. Burada ancag bir deşik
nəzərdə tutulur və bu deşiyə ucluq (
υ
) keçirilir. Əgər bu alətlə hər hansı
maye götürülməsi lazım gələrsə, onda ucluq bu mayeyə batırılır və
tutqac çəkilir. Əgər bunun əksinə, hər hansı bir mayeni püskürtmək
lazım gələrsə, onda alətin içərisinə doldurulmuş maye tutqacı
itələməklə püskürdülür.
Şəkil 1.36. Piuleus.
Bu oyuncaqlarla bərabər Heron məişət üçün lazımi texniki maşınlar
da işləyib hazırlamışdı. Onun əsərlərində, ümumi də olsa küləklə işləyən
çarxlar haqqında ilk dəfə olaraq mülahizələr söylənmişdir. Başqa
maraqlı qurğu yanğın söndürən su nasoslarıdır. Heron kitabının bu
hissəsində Ktesibiosa məxsus olan su nasoslarının işləmə prinsipini
təsvir edir. Su nasoslarının bu yaxınlara qədər Avropada yanğın
söndürmək üçün tətbiq olunduğu bizə məlumdur. Nasoslar əl ilə daşına-
Antik dövrdə maşınqayırma
72
Şəkil 1.37. Su nasosu.
bilən çənlərdən və çənin üzərində bərkidilmiş iki silindrdən ibarətdir
(şəkil 1.37). Suyu püskürtmək üçün qabda silindrlərin köməyi ilə təzyiq
yaradılır. Təzyiq altındakı su püskürdücülərin köməyi ilə yanğına tərəf
yönəldilir. Tarixi dəlillərə əsasən, birinci əsrdə bu nasoslar böyük
şəhərlərdə geniş yayılmışdır. O dövrdə quldarlıqdan azad edilmiş
adamlardan ibarət yanğınsöndürən dəstələr mövcud idi. Bəzi şəhərlərdə
bu işi əsgərlər görürdülər.
Heronun ən məşhur ixtirası, 18-ci əsrdə buxar maşının əsası sayılan
buxar püskürdücü maşın olmuşdur (şəkil 1.38). O, öz “Pnevmatika”
kitabında bu maşının işləmə prinsipini belə izah edir: “ Ocağın üstünə
bir qazan qoy; iki tutqac arasında bərkidilmiş kürə fırlanacaq.
İçərisində su olan və üstü qapaqla örtülmüş qazanın altında ocaq
yandırılır. Kürə qazanla, əyilmiş boru vasitəsilə əlaqələndirilir. Boru-
Antik dövrdə maşınqayırma
73
Şəkil 1.38. Buxar maşını.
nun ucları tutqacda hərəkətli yerləşdirilir, onun digər ucu qazanla
birləşdirilir. Kürəyə, bir- birinin əksinə yönəlmiş iki əyilmiş boru
bərkidilir. Borular tutqacları birləşdirən müstəviyə perpendikulyar
yerləşdirilir. Qazan qızdıqda görmək olur ki, borular vasitəsilə kürəyə
daxil olan buxar əyilmiş borulardan xaricə püskürdülür və kürə , rəqs
edən fiqurlarda olduğu kimi fırlanmağa başlayır!”
Heronun düzəltdiyi buxar
kürəsi “Aeolipile” adlanan,
bizə məlum olan buxar
maşınının işləmə prinsipi ilə
eyni
olmuşdur.
Heron
malik olduğu bilik əsasında
buxar maşınını düzəltməyə
qadir olmuşdur. Ancaq onun
düzəltdiyi
bu
qurğular
oyunçaqdan başqa bir maraq
doğurmamışdır. Onun işləri
uzun müddət çox kiçik
oxucu
dairəsinə
məlum
olduğuna baxmayaraq bu
günə
kimi
gəlib
çata
bilmişdir.
Heron
Orta
əsrlərdə, Avropada renes-
sans dövründə mühəndislər
tərəfindən
çox
böyük
maraqla öyrənilməyə başlamışdır. XVII əsrin 70-ci illərində, uzun
müddət Çində, Pekində missioner kimi səyahətdə olmuş Ferdinand
Verbiest 60 sm uzunluğunda buxar arabası hazırlamışdır. Onun arabası
bir neçə santimeter olsa da yol qət edə bilmişdir. Vorçesterli Markiz
(ingl. Marquis of Worcester) də Heronun buxar maşınının işləmə
prinsipinə istinad edərək su üzərində hərəkət edə bilən buxar maşını
düzəltməyə cəhd etmişdir.