Azərbaycanda maşınqayırmanın yaranması
517
1960-cı ildən Azərbaycan Politexnik İnstitutunda açılmış aspirantura
bu sahədə yerli elmi kadrların hazırlanması istiqamətində atılan vacib
addımlardan biri idi. Bu imkandan istifadə edərək onlarla azərbaycanlı
mühəndis elmi dərəcə əldə edərək ali məktəbdə mühəndis hazırlığının
daha təkmil aparılmasına nail olmuşlar. 1950
−
2000-ci illərdə
“Maşınqayırma texnologiyası” ixtisası üzrə 70 texnika elmləri namizədi
və 10 texnika elmləri doktoru yetişdirilmişdir [3.32]. Bu mütəxəssislər
Azərbaycan Texniki Universitetində təhsilin təkmilləşdirilməsi ilə
bərabər, həm də bu ali məktəbin təşkili və idarə olunmasında yaxından
iştirak etmişlər.
Azərbaycan ali texniki məktəbləri istər Sovet dövründə, istərsə də
sonra xarici dövlətlərin ali məktəbləri ilə elmi mübadilədə olmuşlar.
Əsasən Azərbaycan Politexnik İnstitutu və Azərbaycan Neft
Akademiyası bu sahədə Avropanın qabaqcıl ali məktəbləri ilə
əməkdaşlıq etmişlər.
Sovetlər ölkəsi dağıldıqdan sonra yerli
mütəxəssislər qarşısında xaricdə elmi staj
keçmək üçün yeni imkanlar açılır. Əsasən
Almaniyanın Akademik Mübadilə Xidməti
(Deutscher Akademischer Austausch Dienst-
DAAD) öz fəalliyyəti ilə daha da fərqlənir.
Burada, özü ilk azərbaycanlı olaraq 1975-ci
ildə
Almaniyanın
Braunşvayq
Texniki
Universitetində onaylıq elmi staj keçmiş Prof.
Vaqif Mövla-zadənin (şəkil 3.44) azərbaycan
gənclərinin
xarici
səfərlə
bağlı
stimullaşdırılmasında böyük rolu olmuşdur. Vaxtilə AzPİ-nin məzunu
olmuş Prof. Mövla-zadə öz elmi karyerasına bu ali məktəbdə
başlamışdır. O, 35 illik fəaliyyəti dövründə məşğul olduğu pardaqlama
prosesinin optimallaşdırılması sahəsində yeni elmi məktəb yaratmış və
bu sahədə elmi mütəxəssislər hazırlamışdır. Onun müasir gənc elmi
mütəxəssislər formalaşmasında da rolu təkzib olunmazdır. Professor
Şəkil 3.44.
Prof. V. Mövla-zadə.
Azərbaycanda maşınqayırmanın yaranması
518
Mövla-zadə
1987-ci
ildən
rəhbərlik
etdiyi
“Maşınqayırma
texnologiyası” kafedrasında qabiliyyətli gənc alimlərin yetişməsi üçün
böyük imkanlar yaratmışdır.
Hal-hazırda DAAD xətti ilə Almaniyaya getmiş, orada təhsillərini
davam etdirərək, Alman sənayesinin müxtəlif sahələrində aparıcı
vəzifələrdə çalışan azərbaycanlı mühəndislər AzTU-da aldıqları texniki
təhsili daha da artıraraq, maşınqayırmanın müxtəlif sahələrində dəyərli
elmi işlər görürlər. Lazerlə emal, örtükçəkmə, prototiplərin sürətli
hazırlanması,
qaynaq,
mexaniki
emal,
maşın
hissələri,
avtomatlaşdırılmış layihələndirmə, termodinamika həmyerlilərimizin
çalışdıqları
vacib
sahələrdəndirlər.
Bu
gənclər
Azərbaycanın
mühəndislik elmində yeni bir pillənin başlanğıcını qoymuşlar. Dünyada
öz güclü sənayesi ilə məşhur olan Almaniyada aparıcı mühəndis kimi
çalışaraq, həmyerlilərimiz əldə etdikləri elmi bilikləri Azərbaycana
transfer etməklə, mövcud elmi bazanın daha da zənginləşdirilməsində
əhəmiyyətli rol oynayırlar.
Ədəbiyyat
519
Ədəbiyyat
Fəsil I
1.1. De Camp, L., Ritscher, R. Ingenieure der Antike. Verlag: Econ, 1964, 486 S.
1.2. Richard Shelton Kirby. Engineering in History (Dover Books on Engineering).
Verlag: Dover Publications Inc.1990, 530 S.
1.3. Abbott Payson Usher. A History of Mechanical Inventions, Revised Edition.
Dover Publications Inc., 1988, 461 S.
1.4. Döbler, H. 7000 Jahre frühe technische Kultur. Bd. 1. Vom Ackerbau zum
Zahnrad. Verlag: Rowohlt; 1969, 251 S.
1.5. Müller-Karpe, H. Geschichte der Steinzeit. München, 1976
1.6. Grünert, H. u.a. Geschichte der Urgesellschaft. Berlin, 1982
1.7. Feuerstein, Rohstoff der Steinzeit - Bergbau und Bearbeitungstechnik.
Archäologisches Museum der Stadt Kehlheim, Museumsheft 3, 1987.
1.8. Schuldt, E. Technik der Steinzeit. Verlag: Museum für Ur- u. Frühgeschichte,
1963, 83 S.
1.9. Stodiek, U. Paulsen, H. Mit dem Pfeil, dem Bogen. Technik der steinzeitlichen
Jagd. Verlag: Isensee Florian GmbH, 1996, 72 S.
1.10. Lionel Bender. Sehen. Staunen. Wissen. Erfindungen. Vom Handbohrer der
Steinzeit bis zum Superrechner unserer Tage. Verlag: Gerstenberg, 5.Aufl., 2003,
64 S.
1.11. Horn-van Nispen, M.-L. 400 000 Jahre Technikgeschichte. Von der Steinzeit bis
zum Informationszeitalter. Nikol Verlagsges., 2005, 173 S.
1.12. Sonneman, R. Geschichte der Technik. Köln, 1987.
1.13. Troitzsch, U. Technik - von den Anfängen bis zur Gegenwart.Braunschweig:
Westermann, 1982, 640 S.
1.14. Hüseynov, M. Daş dövrü. Dərs vəsaiti. Azərbaycan Dövlət Universiteti, 1975, 164
səh.
1.15.
Hüseynov, M. Uzaq daş dövrü. Gənclik , 1973, 72 səh.
1.16. Schuschardin, S.W. u.a. Allgemeine Geschichte der Technik von den Anfängen bis
1870. VEB Verlag Fachbuchverlag Leipzig, 1981. 334 S.
1.17. Klengel, H. Kulturgeschichte des alten Vorderasien. Akademie-Verlag, Berlin,
1989.
1.18. Awdijew, W.I. Geschichte des alten Orients. Berlin, 1953
1.19. Spur, G. Vom Wandel der industriellen Welt durch Werkzeugmaschinen: Eine
kulturgeschichtliche Betrachtung der Fertigungstechnik. Hanser Verlag,