Müsəlman elmi
134
fında dönür (şəkil 1.86). Qolların digər ucları nasosun kolbaları ilə
əlaqədə olur. Qol döndükdə, yəni aşağıya itələndikdə o, kolbaya
bərkidilmiş yükü yuxarıya qaldırır. Yüklə bağlı olan kolba yuxarı
qaldırıldıqda silindrdə vakuum yaranır və silindrin dibindəki deşikdən
su sorulur.
Təsvir olunmuş su nasosu öz dövrü üçün ən təkmil və mütərəqqi bir
mühəndis fikrinin məhsulu idi. Bu mexanizmin işləmə prinsipi sonralar
Avropada ixtira edilmiş buxar maşınlarında və daha sonra daxiliyanma
mühərriklərində tətbiq edilmişdir.
Tağıyəddinin işlərində pnevmatik qurğularla bərabər yükqaldıran
mexanizmlərə də yer verilmişdir. Burada Tagıyəddin polipastın o dövr
üçün ən inkişaf etmiş növünü təsvir edir. Bu polipastla oxşarlığı olan
mexanizmə sonralar Leonardo da Vinçinin işlərində rast gəlinir.
Kitabda özünə yer almış, dişli çarxlarla işləyən yükqaldıran qurğu da
böyük maraq kəsb edir. Burada Tağıyəddin dişli çarx ötürməsinin üstün-
Şəkil 1.86. Altı silindrli su nasosu.
Müsəlman elmi
135
lüyündən istifadə edərək kiçik qüvvə tətbiq etməklə böyük yükü
(təxminən 1450 kq) qaldırmaq üçün mexanizm təklif etmişdir (şəkil
1.87).
Şəkil 1.87. Yükqaldıran qurğu.
Orta əsrlərdə Avropada texnikanın inkişafı
136
1.6. Orta əsrlərdə Avropada texniki sənətçilik və maşınların
tətbiqi (V
ΙΙΙ−
XV əsrlər)
G
ermanların Romanı zəbt etmələri ilə antik dövr başa çatır. Bu dövr
çox vaxt tarixçilər tərəfindən incəsənətdə reqres dövrü kimi
qiymətləndirilsə də, texniki sahələrdə müəyyən irəliləyişlər baş
vermişdir. Orta əsrlərdə dönən oxlu araba, külək dəyirmanı, oynaqlı
birləşmə, dəmir əridən soba, çuqun, odlu silah, kitab çapı kimi tarixdə
mühüm rol oynayan texniki vasitələr yaranmışdır. Elmdə də inkişaf
nəzərə çarpır. Professional bilik verən təhsil ocaqlarının yaranması baş
verir.
German-Roma hökmranlığı dövründə mədəniyyət mərkəzi tədricən
şimala sürüşməyə başlamışdır. Yeni mədəniyyətə malik xalqlar antik
dövrün texniki vasitələrini mənimsəyərək onları yeni dövrün tələblərinə
uyğunlaşdırmışdılar. Bu yeni mədəniyyət mərkəzlərinin cəmləşdiyi
ərazilər ənənəvi olaraq bu texnikaya bağlı idilər.
İtaliyada texniki inkişaf yadelli işğalçılara qarşı müdafiə olunmaq
üçün istifadə edilən texniki vasitələrin, silahların təkmilləşdirilməsi ilə
müşaiət olunurdu. Qəsəbələrdə müdafiə tikililəri kəndlərdən axan
insanların hesabına inkişaf etməkdə idi. Əhalinin qalalarla əhatə
olunmuş yaşayış məntəqələrində cəmləşməsi, yaxınlıqda yerləşən
torpaqların qiymətinin artmasına gətirib çıxarmışdır. Divarlar arxasında
yaranan şəhər cəmiyyətində orta əsr sənətçiləri formalaşmaqda idi.
Artıq X əsrdə yük daşıyan heyvanların ayaqları nallanmağa başlanır.
Bu, atların kənd təsərrüfatında tətbiqini mümkün etmişdir və çətin
şumlanan torpaqların yararlı hala salınmasına şərait yaratmışdır. Bunun
nəticəsində əkinçilik canlanmağa başlayır. X
Ι
əsrdə atlar və öküzlərdə
istifadə edilən boyunduruğun onların kürək hissəsində yerləşdirilməsi
dartma qüvvəsinin təxminən 4 dəfə artmasına imkan vermişdir. Bir neçə
yük heyvanlarının birgə qoşulması enerjini daha da artırmışdır. Bu eyni
zamanda əvvəlkinə nisbətən yeni tipli, çarxla işləyən, daha ağır və
bunun nəticəsində torpağı daha dərin şumlaya bilən kotanların tətbiqinə
Orta əsrlərdə Avropada texnikanın inkişafı
137
şərait yaratmışdır [1.13].
X
ΙΙΙ
−
X
Ι
V əsrlərdə Avropada tətbiq olunan kimya Ərəbistandan
gəlmişdir. Tarixi qaynaqlardan məlum olur ki, kimya orta əsrlərdə
Avropada hərtərəfli biliklərin tətbiqini tələb edən bir elm kimi
öyrənilməyə başlanır. Burada İsgəndəriyyə məktəbinə mənsub olan,
Avropa monastırlarında saxlanılan əlyazmalar böyük rol oynamağa
başlayır. İlk zamanlarda ərəblərdən Avropaya daxil olan kimyagərlık bir
müddət əyləncə məqsədləri üçün istifadə olunur. Sonralar bu sahələrdə
onların öz təcrübələri yarandıqdan sonra, kimya elm səviyyəsində
öyrənilməyə başlanır [1.70, 1.71].
Orta əsrlərdə döyüş texnikası da müəyyən dəyişikliklərə məruz qalır.
Ümumiyyətlə, döyüş texnikası hər bir tarixi dövrün istehsal
texnologiyasını qiymətləndirmək üçün meyyar kimi qəbul edilir.
Müharibə texnikasının inkişafı həmişə döyüş zamanı üstünlüyə imkan
verən texniki vasitələrin əldə edilməsinə yönəlir. Orta əsrlərdə bu
sahədə inkişaf əsasən məlum olan döyüş maşınları və silahların
təkmilləşdirilməsindən ibarət idi.
Zirehli paltarların hazırlanmasına, ox, nizə və qılıncların kütləvi
istehsalından fərqli
olaraq başqa tələblər qoyulurdu. Silahın
keyfiyyətinin artırılması, onun düzəldilməsi üçün lazım olan maliyyənın
artırılmasını tələb edirdi. Digər tərəfdən keyfiyyətli döyüş texnikası ilə
təchiz olunmuş ordu daha geniş taktiki imkanlara malik olurdu. Döyüş
texnikasının hazırlanmasında tətbiq olunan istehsal proseslərində
innovasiya silahın tətbiqi zamanı əldə edilən təcrübələr əsasında baş
verirdi. Çox zaman konstruktiv təkmilləşmə ilə bərabər, yeni
materialların tətbiqi də, onların keyfiyyətcə dəyişməsinə kömək edirdi
[1.71].
Zirehli
paltarlar
bir-birinə
keçirilmiş
metallik
üzüklərdən
düzəldilirdi. Bu zirehdən baş və boyun nahiyəsini və ayaqların yuxarı
hissəsini qorumaq üçün istifadə edilirdi. Orta əsrlərdə döyüş və ov üçün
döşə qoyulan yaylar – Arbaletlər geniş yayılmışdılar (şəkil 1.88). Bu
silahın işləmə prinsipi antik dövrdə, Vitruvinin işlərində təsvir olunmuş