Renessans dövründə maşınqayırma
163
olan çarxla yaradılır. Bu çarx bir istiqamətdə dönməni vala ötürür, digər
istiqamətdə isə dəstəyin sərbəst fırlanmasına imkan yaradır. Sonsuz vint,
xarici dişli çarxın üstündə yerləşdirilmiş dil vasitəsilə valın geriyə
dönməsinin qarşısını alır. Tərtibatda F və m hissələrindəki yivli ötürmə
dəstəyin qolunun və orta oxun uzunluğunun lazım olan ölçüdə tənzim
olunması üçün nəzərdə tutulmuşdur.
Heronun işlərində təsvir olunmuş nasoslarla eyni işləmə prinsipinə
malik olan su nasosu şəkil 1.104-də təsvir olunmuşdur. Burada silindrin
hərəkəti əl ilə deyil, ox ətrafında yırğalanan yükün köməyi ilə yerinə
yetirilir. Yuxarı hissədə oxdan asılmış gəmi formalı qab daşla
doldurulur. Gəmi yırğalandıqca onun döndərdiyi dişli çarxla əlaqədə
olan silindrlər iplərin köməyi ilə ardıcıl olaraq yuxarı-aşağı hərəkət
etdirilir.
Əyilmiş silindrli nasos şəkil 1.105-də verilmişdir. Qövs şəklində olan
borunun daxilində iki əyri kolba yerləşdirilir. Kolbaların ucları yarım
silindr formalı çarxa bərkidilir.
Şəkil 1.403. Tərtibat.
Şəkil 1.104. Su nasosu.
Renessans dövründə maşınqayırma
164
Şəkil 1.106-da ekskavator təsvir
olunmuşdur. Suyun dibini qazmaq üçün
iki qayıq arasında, ox ətrafında fırlana
bilən çarpaz şəkilli qutular bərkidilir. Bu
qutuların bərkidildiyi ox, dişli çarxların
köməyi ilə əlaqədə olan çarxqolu (f) ilə
hərəkətə
gətirilir.
Suyun
dibindən
çıxarılan qum/torpaq yük qayıqlarına
tökülür.
Üzərində
çənlər
yerləşdirilmiş
qayıqların hərəkətinin qarşısını almaq
üçün onlar iplərin köməyi ilə quruda
pərçimlənmiş tirə (m) bağlanır. Qazmanı
aparmaq üçün lazım olan dərinliyin təyin edilməsi xüsusi tərtibatın
köməyi ilə yerinə yetirilir.
Şəkil 1.107-də irəli-geri hərəkəti fırlanma hərəkətinə çevirən
mexanizm təsvir edilmişdir. Fasiləsiz fırlanan valın uc hissəsinə dişli
çarx ötürməsi bərkidilir. Bu ötürmə valın ucuna keçirilmiş şlislərdən və
bu şlislərə hər iki tərəfdən ilişmiş, üzərində dişli tac bərkidilimiş
çarxlardan (həlqələrdən) ibarətdir.
Şəkil 1.505. Əyilmiş silindirli
nasos.
Şəkil 1.606. Leonardonun ekskavatoru.
Renessans dövründə maşınqayırma
165
Bu dişli çarxlar oxda sərbəst yerləşdirilir və hər iki tərəfdən oxda
sərt bərkidilmiş qapaqlarla örtülür. Dişli tacın (həlqənin) iç tərəfində
başqa maili dişlər bərkidilir. Sol və sağ tərəfdəki tacların (həlqələrin)
daxilindəki dişlər müxtəlif istiqamətlərə yönəlmiş olur. Ötürmənin
ortasında, oxboyu, irəli-geri hərəkət edən silindrik lövhənin üzərində,
sağ və sol tərəfdə uyğun olaraq bir diş bərkidilir.
Ötürmənin oxuna
bərkidilmiş dəstəyi
irəli-geri
hərəkət
etdirdikdə
ortada
yerləşmiş lövhənin
üzərindəki diş gah
sağdakı,
gah
da
soldakı dişli çarxı
(həlqəni)
hərəkətə
gətirir.
Bu
dişli
çarxlar
isə
öz
növbəsində ucunda
şlislər
olan
valı
fırladaraq yükü qaldırır. Dişli çarxlar müxtəlif istiqamətlərdə
fırlandığından val həmişə bir tərəfə döndərilir.
Şəkil 1.108-də yeyilməyə qarşı diyircəklərlə təmin olunmuş vintli
çarx ötürməsi verilmişdir. Bu vintli çarx hər iki tərəfdən bucaq altında
ilişmənin köməyi ilə hərəkəti sağ və sol tərəfdə yerləşmiş üyüdücü
dəyirmanlara ötürür. Dişli çarx ilişməsində yaranan sürtünməni
azaltmaq üçün Leonardo böyük çarxın üzərindəki dişlərin aşağı
tərəfində kürələr qoyur. İlişmə zamanı kürə diş boyu yuxarıya diyirlənir
və diş ilişmədən çixdıqda, o yenidən aşağıya qayıdır. Beləliklə, ilişmədə
yaranan sürtünmə azaldılmış olur.
İstiliyin təsirilə kabab döndərən mexanizm şəkil 1.109-də təsvir
olunmuşdur. Ocağın istiliyindən yuxarı qalxan hava, yuxarı hissədə
yerləşən pərləri fırladır. Fırlanan pərlər bərkidildiyi valı hərəkətə gətirir.
Şəkil 1.707. Mexaniki ötürmə.
Renessans dövründə maşınqayırma
166
Bu isə öz növbəsində dişli çarx ötürməsi ilə əlaqədə olan, üzərində
kabab keçirilmiş oxu döndərir.
Şəkil 1.110-də fasiləsiz fırlanan hərəkəti
irəli-geri
hərəkətə
çevirmək
üçün
mexanizm təsvir olunmuşdur. Sonsuz
vintin köməyi ilə val fırladılır. Valın
üzərinə
bir-birindən
180°
dönmüş
şəkildə
yerləşmiş
çəngəl
formalı
lövhələr bərkidilir. Lövhələr fırlandıqda
sol tərəfdə yerləşdirilmiş dönən lingi
itələyir. Lövhə kontaktdan çıxdıqdan
sonra
ling
yenidən
öz
əvvəlki
vəziyyətinə gətirilir. Beləliklə, lövhələr
fırlandıqca, sıra ilə lingi itələyir və lingə
bərkidilmiş ox irəli-geri hərəkət edir.
Şəkil 1.808. Dəyirman.
Şəkil 1.909. Kabab maşını.
Şəkil 1.1010. Mexaniki ötürmə.
Dostları ilə paylaş: |