Renessans dövründə maşınqayırma
171
gahı ilə müqayisə oluna biləcək bir dəzgahdır (şəkil 1.116). Burada
pardaqlama aləti əvəzinə pardaqlanan silindrin diametrinə uyğun
düzəldilmiş ağac alətdən istifadə edilir. Bu alət yivli şpindelə bərkidilir.
Emal zamanı yağlayıcı mayeni silindrin divarları üzərində paylanması
üçün ağac alətin üzərində yarıqlar nəzərdə tutulur.
Şəkil 1.116. Daxili pardaqlama dəzgahı.
Silindrik gövdə qayka və tutqacların köməyi ilə bərkidilir. Alət
şpindeldə, üzərində dişlər olan, yuxarıda yerləşdirilmiş qaykada
oturdulur. Bu qayka böyük dişli çarxa ilişdirilir. Böyük dişli çarxın bu
və ya digər tərəfə dönməsindən asılı olaraq pardaqlama aləti silindrdə
yuxarıya və ya aşağıya hərəkət etdirilir. Böyük dişli çarx ona bağlanmış
ipin köməyi ilə hərəkət etdirilir. İpin bir ucu yaya bağlandığından çarxı
yalnız bir tərəfə fırlatmaq kifayət edir. Çarxa dolanan ip isə yayın
köməyi ilə geriyə dartılaraq, şpindeli başqa tərəfə fırladır.
Şəkil 1.117.-də göstərilmiş yayma tərtibatı metal lövhəni yaymaq
üçün turbin ötürmə sisteminə malikdır. Güc, vint və dişli çarxların
köməyi ilə ötürülür. Yayılan lövhə dəzgahın vintli oxuna bağlanır. Ox
Renessans dövründə maşınqayırma
172
irəli hərəkət etdikdə lövhə dartılır və öz növbəsində diyircəklə zindanın
arasından keçir. Lövhənin tələb olunan qalınlığı diyircəklə zindanın
arasındakı məsafədən asılı olaraq alınır.
Leonardo ağac emalı üçün iki burğulama dəzgahının cizgisini
vermişdir (şəkil 1.118). Bunlar su quyularında istifadə olunan ağac
boruların deşilməsi üçün üfiqi və uzun pəstahlar üçün şaquli deşmə
dəzgahlarıdır. Birinci dəzgahın rekonstruksiya olunmuş modeli 1939-cu
ildə Milanda sərgidə göstərilmişdir.
Pəstahı bərkitmək və mərkəzləşdirmək üçün tətbiq olunmuş tərtibat
böyük maraq doğurur. Şpindel möhkəm bir gövdənin üzərində alətlə
birlikdə üfiqi vəziyyətdə yerləşdirilir. Deşiləcək ağac patronda sərt
bərkidilir. Patron səkkiz tərəfli flansdan ibarətdir. Flanslarda 4
tənzimləyici bolt yerləşdirilir. Boltların uc hissəsində olan çıxıntılar
ağacın emal zamanı dönməsinin qarşısını alır. Bu tutqaclar eyni
zamanda ağacın mərkəzləşdirilməsini də təmin edirlər. Ağac bərkidilmiş
Şəkil 1.117. Val yayan dəzgah
Renessans dövründə maşınqayırma
173
tərtibat yönəldicilər üzərində hərəkətli bağlanaraq burğuya tərəf hərəkət
etdirilə bilir. Üfiqi burğu dəzgahı da yellənçəkli ötürmə ilə hərəkətə
gətirilirdi. Şaquli burğu dəzgahında isə başqa ötürmə sistemindən
istifadə edilmişdir (şəkil 1.119).
Burada hərəkət insanlar tərəfindən fırladılan dəstəklə yerinə yetirilirdi.
Yonqarın xaric edilməsini asanlaşdırmaq üçün burğulama hərəkəti
aşağıdan yuxarıya aparılırdı. Burğu, tən ortasında deşik olan
platformada qayka ilə hərəkətli yerləşdirilmiş şpindeldə bərkidilir. Alət
işçilər tərəfindən şpindelə eninə keçirilmiş ağac çubuqların köməyi ilə
fırladılırdı. İşin əvvəlində şpindel lap aşağıda yerləşir və tədricən
yuxarıya hərəkət etdirilir. Bu zaman şpindelin yuxarı hissəsindəki ağac
çubuqlar yuxarıdan çıxarılaraq aşağıdakı deşiklərə keçirilir.
Şəkil 1.120-də dəmir lövhəni yaymaq üçün döyəcəkləyən maşın
təsvir edilmişdir. İki diyircək arasında tarım çəkilmiş metallik lövhə
hamarlanmış mərmər daş üzərində iki çəkiclə ardıcıl olaraq
döyəcəklənir. Metal lövhəni daş üzərində hərəkət etdirmək üçün dişli
çarx ötürməsindən istifadə olunur.
Bu ötürmədə tətbiq olunan böyük çarxın yan tərəflərində çəkicləri
Şəkil 1.118. Üfiqi burğulama dəzgahı
Renessans dövründə maşınqayırma
174
qaldırmaq üçün 6 yumruqcuq bərkidilir. Çarx döndükdə, metal lövhənin
verişi ilə uzlaşdırılan çəkiclər qaldırılır və aşağıya buraxılır. Çəkic
lövhəyə zərbə ilə dəyərək onu döyür.
Uçan maşınlar
Sonsuz çeviklik və azadlıq
arzusu ilə yaşayan Leonardo
havaya qalxmaq, səmada quş
kimi uçmaq üçün maşınlar
düzəltməyə cəhd edir [1.82]. O,
öz
dövrünü
qabaqlayan
maşınlar
layihələndirmişdir.
Onun əlyazmalarında quşlar və
başqa
uçan
heyvanlar,
o
cümlədən
uçan
maşınlar
haqqında
sonsuz
sayda
məlumatlar öz yerini tapmışdır.
Leonardonun işlərində təsvir
edilmiş uçma nümunələri bu
günkü baxımdan mənasız görünsə də, onun hava nəqliyyatının inkişafı
üçün əsas istiqaməti müəyyənləşdirdiyi təkzib olunmazdır.
İkarus və Dadalus miflərindəki quşlar haqqındakı əfsanələr
Leonardonun ideyalarının əsasında durmuşdur. Leonardo fikirləşirdi ki,
yarasanın uçma texnikası uçma maşınları üçün ən yararlı formadır. Şəkil
1.121-də belə bir qanadın sxemi verilmişdir. Bu qanad torla
örtülmüşdür. Onun aşağı hissəsində yuxarıya qalxma zamanı hava
axınının nizamlanması üçün ventil yerləşdirilir. Qanad eyni zamanda
həm əl, həm də ayaqla xüsusi mexanizmin köməyi ilə hərəkət etdirilə
bilir.
Şəkil 1.122-də bu qanadla təchiz olunmuş mexanizm təsvir
olunmuşdur. Şəkildə göstərilmiş dəstək (vs) əl ilə itələnərək qanadı yu-
Şəkil 1.119. Şaquli burğulama dəzgahı.
Dostları ilə paylaş: |