Avtomatlaşdırmanın yayılması
475
keçirici inteqral sxemlər öz kiçik qabaritləri ilə idarəetmə sistemlərində
tətbiq olunaraq yeni sistemlərin yaranması üçün şərait yaratmışdır. Bu
yeni elektron sistemi yüksək dayanıqlığa malik olduğundan prosesləri
problemsiz aparmaq olurdu.
Getdikcə güclü elektron hissələrin idarəetmədə tətbiqi nəticəsində, bu
sistemlərin məhsuldarlığını artırmaqla bərabər, hesablama texnikasının
istehsal prosesləri, layihələndirmə, nəzarətetmə və idarəetmədə tətbiqi
mümkün olmuşdur. Beləliklə, 60-cı illərin ortalarında Adaptiv Control
(AC- adaptiv idarəetmə), Direct Numerical Control (DNC – birbaşa
rəqəmli idarəetmə) və Computerized Numerical Control (CNC –
kompyüterlə rəqəmli idarəetmə) sistemləri yaradılıb istehsalda tətbiq
olunurlar.
1970-ci ildə ilk AC
sistemləri tətbiq olunur.
Prosesə
təsir
edən
çoxsaylı
parametrləri
ölçmək üçün dəzgahda
əlavə
ölçü
cihazları
quraşdırılmalı idi. Bun-
lar əlavə xərclə bərabər,
proses zamanı texniki
problemlər
yaratdı-
ğından AC sistemləri
praktikada geniş tətbiq tapa bilmir.
Elektronikanın inkişafı nəticəsində hesablama texnikasının gücünün
artması bu texnikanın, həm də proqramlaşdırmada tətbiq olunması üçün
zəmin yaratmışdır. Bununla əməktutumlu perfolentlərin hazırlanmasını
aradan götürmək üçün dəzgahların birbaşa kompyüterdən idarə
olunmasına cəhd edilir. 1971-ci ildə Milan sərgisində Jerard Dülen
(ingl. Gerard Duelen) tərəfindən nümayiş etdirilən CNC torna dəzgahı
ilk mini kompyüterdən idarə olunan dəzgah hesab olunur.
Minikompyüterlərin üstünlüyü ondan ibarət idi ki, burada idarə sistemi
Şəkil 3.20. Perfolentləri hazırlayan maşın.
Avtomatlaşdırmanın yayılması
476
çevik olaraq istənilən dəzgah üçün proqramlaşdırma yolu ilə
uyğunlaşdırıla bilirdi. Bundan əlavə, bu sistemlərlə təchiz olunmuş
dəzgahlarda işçi proqramları düzəliş etmək imkanı ilə insan-maşın
dialoquna şərait yaranmışdı. Bu sistemlərin çatışmayan əsas cəhəti
onların baha olması idi.
1975-ci ildə mikroprosessorların tətbiqi ilə dəzgahların idarə
olunmasında yeni bir texniki mərhələnin başlanğıcı qoyulur. Cəmi bir
neçə millimeter ölçüyə malik kiçik mikroprosessorlar minlərlə kiçik
tranzistorları özündə cəmləyərək böyük gücə malik idilər (şəkil 3.21).
3.21. Mikroprosessor, Intel firması.
Intel firmasının 1971-ci ildə yaratdığı və bazara çıxartdığı ilk
mikroprosessor 2300 tranzistordan ibarət olub saniyədə 60000
əməliyyat yerinə yetirə bilirdi. İntel firmasının apardığı sonrakı tədqiqat
işlərinin nəticəsində mikroprosessorlar daha da inkişaf etdirilərək, 8
BİT, 16 BİT, 32 BİT mikroprosessorları yaradılmışdır. Bu yeni
arxitekturaya malik prosessorlar əvvəlki nəsilə aid olanlardan öz gücü
ilə fərqlənirdilər. Prosessorların qiymətinin getdikcə aşağı düşməsi
maşınlarda bir neçə prosessorun quraşdırılmasına imkan yaratmışdır.
Nəticədə güclü idarəetmə sisteminə malik CNC dəzgahlarda nəinki
rəqəmli proqramlara düzəliş etmək, həm də emal prosesi zamanı paralel
olaraq yeni proqramların işlənməsi mümkün olmuşdur. Dəzgahların
dəqiqliiyi və sürətinin artması sayəsində CNC dəzgahlarında
məhsuldarlıq artmışdır.
Mikroprosessorlarla işləyən idarəemə sistemi bu gün CNC dəzgahla-
Avtomatlaşdırmanın yayılması
477
rının sənayedə uğurla tətbiq olunması üçün zəmin yaratmışdır.
Kompyüter texnikasının tətbiqi ilə əlaqədar olaraq idarəetmə
sistemlərinin proqramlaşdırılmasında daimi inkişaf mövcud idi.
Mürəkkəb həndəsəyə malik olan səthlərin emalından məlum olan
praktiki
təcrübələr
göstərmişdir
ki,
belə
hissələrin
emalının
proqramlaşdırılması həddindən çox əmək və vaxt tələb edirdi. Ona görə
də, mütəxəssislər bu istiqamətdə əsas rasionallaşdırma potensialını,
əsasən yeni və məhsuldar proqramlaşdırma üsullarının yaradılmasında
görürdülər. Çətin emal olunan deşiklərin açılmasında və mürəkkəb
frezləmə
işlərinin
aparılmasında,
bir
çox
torna
işlərinin
proqramlaşdırılmasında böyük hesablama maşınları tətbiq olunurdu.
İnsanlar üçün sadə başa düşülən dildə, qısa şəkildə tərtib olunmuş emal
proqramlarına ehtiyac getdikcə artırdı.
Proqramların tərtib edilməsi problemyönlü dillərin köməyi ilə yerinə
yetirilirdi. Belə hazırlanmış informasiya NC postprosessorlarda
dəzgahın idarəetmə sisteminə uyğun şəkildə dəyişdirilirdi. Bu məqsədlə
tətbiq olunan, ABŞ-da 1950-ci ildə işlənmiş APT proqramlaşdırma dili
mürəkkəb, üçölçülü frezləmə əməliyyatının layihələndirilməsi üçün
nəzərdə tutulmuşdu. Fortran proqramlaşdırma dilinə əsaslanan bu dilin
köməyi ilə istənilən dəzgah üçün idarəetmə proqramının işlənməsi
mümkün idi. Çatışmayan cəhəti ondan ibarət idi ki, o alətin kinematikası
və kəsmə parametrləri kimi texnoloji informasiyanı özündə əks
etdirmirdi. Bu parametrləri əl ilə daxil etmək lazım idi.
Bu problemi aradan qaldırmaq üçün Pittler firması 1963-cü ildə
AUTOPİT - dəzgaha uyğunlaşdırılmış proqram dilini işləyir.
Perfolentlərin maşınların köməyi ilə avtomatik hazırlanması və texnoloji
problemlərin hesablama texnikasının köməyi ilə həll olunması Autopit
dilinin tətbiqi ilə nisbətən aradan götürülür. Sistemdə NC dəzgahı
texnoloji prosesin layihələndirilməsi və aparılmasında işlədilən
informasiya axınının tərkib hissəsi kimi göstərilirdi.
Proqramlaşdırma sistemlərinin getdikcə inkişafı texnoloji prosesləri
optimallaşdırmaq imkanı verdiyindən iki istiqamətdə – həndəsiyönümlü