Avtomatlaşdırmanın yayılması
482
Şəkil 3.24. Diyircəklərdə oturan sürüşmə yastığı.
Dəzgahlarda tətbiq olunan güclü ötürmə sistemləri dəzgahın bütün
komponentlərinin
statik,
dinamik
və
termiki
xassələrinin
yaxşılaşdırılmasını tələb edirdi. Bundan əlavə, yonqar nəql edən
mexanizmin yaxşılaşdırılması, müxtəlif soyuducu-yağlayıcı mayelərin
tətbiqi və ölçü-nəzarət sistemlərinin tam izolə olunması vacib
məsələlərdən idilər.
İdarə sistemlərinin inkişafı dəzgahların texniki imkanlarını artırmaqla
bərabər, yeni texnoloji imkanlara malik dəzgah funksiyaları da
yaratmışdır. Beləliklə, 50-ci illərin sonunda emal mərkəzləri yaradılır və
1960-cı ildə ilk dəfə olaraq Çikaqo dünya sərgisində nümayiş etdirilir.
Bu yeni dəzgah konstruksiyasında inteqrasiya olunmuş alət seçimi
sistemi, alət maqazinindən avtomatik alət və pəstah dəyişdirilməsi kimi
yeni funksiyalar mövcud idi. Yeni tipli dəzgahda torna, frez və
burğulama əməliyyatları avtomatik olaraq aparılırdı [3.14].
Sərgidə mütəxəssislərin böyük marağına səbəb olan emal mərkəzi,
idarəetmə sistemləri və dəzgahların hazırlanması ilə məşğul olan
firmaları öz tətbiq sahələrinin genişləndirməsinə həvəsləndirmişdir.
Avtomatlaşdırmanın yayılması
483
Sonralar hər hansı kiçik bir əlavə funksiyaya malik olan NC dəzgahı
emal mərkəzi adlandırılmağa başlayır.
1967-ci ildə Hannoverdə keçirilən sərgidə nümayiş etdirilən emal
mərkəzlərindən, artıq Avropa istehsalçılarının hazırladıqları NC
dəzgahlarının ABŞ-da istehsal olunanlarla eyni səviyyədə, bəzi
sahələrdə isə hətta müəyyən texnoloji üstünlüyə malik olmaları aydın
görünürdü [3.15]. Buna misal olaraq, alət dəyişdirilməsinin mexaniki
aparılmasını göstərmək olar (şəkil 3.25).
Şəkil 3.25. CNC-emal mərkəzi.
Bir çox dəzgahlar pəstahların mexaniki dəyişdirilməsinə imkan verən
tərtibatlara malik idilər. Dəzgahdan kənarda, diyircəkli stolun üzərində
yerləşdirilmiş müxtəlif hissələrin hər biri ayrılıqda kodlara malik idilər.
Pəstah dəzgaha verildikdən sonra idarəetmə sistemi koda uyğun olaraq
rəqəmli proqramlardan istifadə edirdi.
Rəqəmli idarəetmə sistemindən geniş istifadə olunması robotların
inkişaf etdirilib, sənayedə tətbiqinə imkan yaratmışdır. Əvvəllər yalnız
mövqe idarəetməyə malik olan robotlar əl ilə yerinə yetirilən birdəfəlik
Avtomatlaşdırmanın yayılması
484
hərəkətləri təkrar-təkrar yerinə yetirirdi. Rəqəmlə idarə olunan köməkçi
avtomatların tətbiqi çevik istehsal sistemlərinin yaranmasında ilk addım
idi.
Verilmiş sayda hissələrin, əl əməyinin müdaxiləsi olmadan tam
avtomatik emal olunması üçün emal mərkəzlərinin texniki imkanları
hələ kifayət etmirdi. Bu məsələnin həlli istiqamətində ilk addım 60-cı
illərin ortalarında atılaraq, transfer xətlərində bir-birinin ardınca
qoşulmuş dəzgahlar tətbiq olunur. Bu, ilk dəfə olaraq ABŞ-da fəaliyyət
göstərən İnternational Harvester şirkətində tətbiq olunur. Pəstahların
ayrı-ayrı yerlərdə emalı bir mərkəzi kompyüter tərəfindən nəzarət
olunurdu.
İri seriyalı istehsalda böyük sayda pəstahın hazırlanması
avtomatlaşdırılmış texnologiya ilə uğurla həyata keçirildiyi halda, kiçik
seriyalı istehsalda bu texnologiyaların tətbiqi əlverişli deyildi. Kiçik
seriyalı istehsalda avtomatlaşma dərəcəsini artırmaq üçün emal
mərkəzləri və transfer xətlərinin sintezindən ibarət texnoloji prosesin
əsasları işlənməli idi.
Kiçik və orta seriyalı istehsalda proseslərin avtomatlaşdırılması üçün
1970-ci ildə Ropol və Doletsalek yeni çevik istehsal sistemlərinin
işlənməsini təklif edirlər.
Onlar yeni istehsal sistemində avtomatlaşdırılmış emal prosesini
yerinə yetirmək məqsədilə informasiya, enerji və material axınının
maşın sistemində cəmləşdirilməsini nəzərdə tuturdular. Bu, o demək idi
ki, ayrı-ayrı dəzgahlar ümumi texnoloji sistemin tərkib hissəsi olub,
prosesin ümumi informasiya və material axınına inteqrasiya olunur.
Emal mərkəzlərindən fərqli olaraq, burada tətbiq olunan dəzgahlardan
yalnız öz imkanlarını mövcud texnoloji prosesdə iştirak edən başqa
dəzgahlara uyğunlaşdırılması tələb olunurdu [3.16].
İnteqrasiya olunmuş çevik istehsal sistemləri bir neçə emal
mərkəzindən ibarət olub, həm də ölçü və təmizləmə maşınları və termiki
emal avadanlıqlarını özündə cəmləşdirir. Avtomatik nəqledici sistemlər
emal olunan hissələri bir əməliyyat yerindən başqasına aparır. Prosesin