Müsəlman elmi
126
kitabından bir neçə maraqlı qurğunun işləmə prinsipi izah edilir.
Şəkil 1.79-da sorucu su nasosu təsvir olunmuşdur. Buradan
göründüyü kimi nasos sinxron işləyən iki silindrdən ibarətdir. Sağ və
sol tərəfdə təsvir olunmuş silindrlərin kolbaları bir-biri ilə üzərində
dişlər olan oxla sərt bərkidilir, belə ki, bu ox sola hərəkət etdikdə
sağdakı
silindrdə
sorma,
soldakında
isə sıxma baş verir.
Əksinə
hərəkət
etdikdə silindrlərdə
əks proses baş verir.
Bu
oxu
hərəkət
etdirmək üçün ona,
ortasında deşik olan
yastı
lövhə
elə
bağlanır ki, o dönə
bilsin. Bu lovhənun
altında,
uzərində
silindirik çıxıntı olan
dişli
çarx
yer-
ləşdirilir. Dişli çarxın
ustündəki bu çıxıntı
kolbaların
oxuna
bərkidilmiş lövhənin
ortasındakı deşiyə keçirilir. Lövhə ilə dişli çarx birlikdə çarxqolu-
sürgüqolu mexanizmini yaradırlar (şəkil 1.80). Belə ki, dişli çarx
fırlandıqda o lövhəni sağa və sola itələyir və uyğun olaraq kolbalar
hərəkət edirlər. Dişli çarxı hərəkət etdirmək üçün Əl-Cəzari axar
sulardan istifadə etmişdir. Ucuna pərlər bərkidilmiş valın digər ucuna
başqa bir çarx bərkidilir. Bu dişli çarx nasosun kolbaları ilə dolayı yolla
təmasda olan çarxa ilişdirilir. Su pərləri fırlandıqda dişli çarxlar hərəkətə
gələrək kolbaları gah sağa, gah da sola itələyir.
Şəkil 1.79. Sürgüqolu ilə işləyən su nasosu.
Müsəlman elmi
127
Suyun axmasını tənzim etmək üçün kolbalar yerləşdirilmiş
silindrlərin dibindəki deşiyin ağzına xüsusi ventillər qoyurlar.
Bu ventillər suyun yalnız bir tərəfə, yəni nasosun içərisinə
sorulmasına imkan verir. Kolbalar dartıldıqda silindrdə vakuum yaranır
və su sorulur. Kolba sıxıldıqda isə ventil su gələn yolu bağlayar, onu
başqa yolla hərəkət etməyə məcbur edir. Beləliklə, su şəkil 1.80-da
göstərildiyi kimi, sağ və sol tərəflərdəki borularla aşağıya yox, yuxarıya
itələnir. Hər iki tərəfdən ardıcıl vurulan su, yuxarıya qalxan suyun
aramsız axmasını təmin edir.
Əl Cəzarinin daha bir su nasosu şəkil 1.81-də verilmişdir. Bu nasos
da axar suyun enerjisindən istifadə edərək suyun yuxarıya qaldırılması
üçün istifadə edilir. Şəkildən göründüyü kimi nasos iki hissədən
ibarətdir: aşağı və yuxarı hissələr. Aşağı hissədə (otaqda) üzərində
pərlər bərkidilmiş val yerləşdirilir. Pərlərin üzərində, iki mərtəbəni bir-
birindən ayıran tavanda deşik nəzərdə tutulur. Yuxarı mərtəbəyə axan su
bu deşikdən axaraq pərlərin üzərinə tökülür və onları fırladır. Fırlanma
hərəkəti bu pərlər bərkidilmiş valdan düz bucaq altında dişli çarxlarla
Şəkil 1.80. Su nasosunun modeli.
Müsəlman elmi
128
birləşdirilmiş şaquli vala verilir. Beləliklə, hərəkət aşağı mərtəbədən
yuxarı mərtəbəyə ötürülür. Şaquli valın yuxarı mərtəbədə yerləşən
hissəsində bir dişli çarx bərkidilir. Yuxarı mərtəbədə bundan əlavə,
suyun qaldırılacaq hündürlüyündən asılı olaraq bir üfiqi val da
yerləşdirilir. Bu üfiqi val dişli çarxın köməyi il şaquli valla
əlaqələndirilir. Sonra üfiqi valdan suyu qaldırmaq üçün üzərində mis
qablar bərkidilmiş bir zəncir asılır. Val fırlandıqda bu zəncirin üzərində
olan qablar ardıcıl olaraq suya bataraq dolur və suyu yuxarıya
götürürlər.
Şəkil 1.81. Su qaldıran nasos.
Müsəlman elmi
129
Qablar yuxarı nöqtəyə çatdıqda dönərək suyu oradakı su kanalına
tökürlər və su lazım olan yerə ötürülür. Onu da qeyd etmək lazımdır ki,
Əl Cəzari nasosda istifadə olunan valları misdən hazırlamışdır.
Əl-Cəzarinin düzəltdiyi konstruksiyalardan biri də “Fil saatı”
adlanan saat konstruksiyası idi.
Şəkil 1.82. Fil saatının sxematik təsviri.
Müsəlman elmi
130
Şəkil 1.83. Əl-Cəzarinin kitabından fraqment: „Fil saatı“.