Müsəlman elmi
131
Fil saatı müsəlman texniki elminin gözəl nümunələrindən biridir.
Mütəxəssislər tərəfindən bu saata da astronomiyada istifadə edilən
qurğular kimi yüksək qiymət verilmişdir.
Onun uzunluğu 4 və 6 ayaq (1 ayaq
≈
0,3 m) arasında
qiymətləndirilir. Bu cizgidə həm də saatın işləmə prinsipi və
konstruksiyası təsvir olunmuşdur. Bu saatda tətbiq olunmuş müxtəlif
hissələrə müasir avtomobillərdə istifadə olunan ayrı-ayrı idarə
sistemlərinin işləmə prinsipində rast gəlmək olur.
Hər saatdan bir tamam olmuş vaxtı göstərmək üçün Əl-Cəzari quş
səslərindən istifadə edən avtomatik qurğunu tətbiq etmişdir. Saatın
işləməsi qravitasiya qüvvəsinə əsaslanır. Saat əsasən iki mexanizmdən
ibarətdir. Birinci mexanizm saatın alt hissəsində yerləşdirilib və
içərisində su olan qabdan və süzgəcdən ibarətdir. Süzgəc alt hissəsində
dəqiq kalibrlənmiş bir deşik olan içi boş qabdan ibarətdir. Qabın üst
tərəfi açıq olur. Süzgəc suyun üzərində üzəndə, onun altındakı deşikdən
qaba su daxil olur. Suyun daxil olma sürəti elə tənzim olunur ki,
süzgəcin suda tam batması bir saatı əhatə edir. Qaba dolan su onu
tədricən suda batmağa məcbur edir. Süzgəcə bir zəncir və bir ip
bağlanır. İp qurğunun yuxarı hissəsində yerləşdirilmiş, içərisində kürələr
qoyulmuş mexanizm ilə əlaqələndirilir. Bu, saatın ikinci əsas hissəsini
təşkil edir. Üzgəc suyun dibinə endikdə bu iplə mexanizm aktivləşir.
Bunun nəticəsində, mağaza dönərək onun altında yerləşmiş ilanın
ağzına bir kürə buraxır. Kürənin ağırlığından ilanın sərbəst bərkidilimiş
başı aşağıya əyilir. İlanın başı aşağıya əyilərək, müəyyən bucaq
dönəndən sonra kürəni sərbəst buraxır. Kürə aşağı hissədə yerləşdirilmiş
vaza düşür və əks əlaqə mexanizmini işə salır. İlanın başı əvvəlki
vəziyyətə qayıtdıqda o, özü ilə süzgəclə əlaqədə olan zənciri dartır.
Süzgəc yuxarı qaldırılır və eyni zamanda döndərilir. Beləliklə, onun
içərisində olan su boşaldılır. Boş qab yenidən suyun üstündə sərbəst
buraxılır və onun altındakı deşikdən daxilinə su dolmaqa başlayır.
Beləliklə tsikl mağazada kürələrin sayından asılı olaraq təkrar olunur.
Əgər ilanın ağzından xaric olunan kürə vazaya düşməzsə, yəni proses
Müsəlman elmi
132
qırılarsa, onda ilanın başı əvvəlki vəziyyətə qayıdaraq növbəti kürəni
götürür.
Əl Cəzari kitabının sonuncu fəslində dörd dilli qapı kilidinin təsvirini
verir [1.66]. Onun təsvirinə görə kilidin dilləri ağacdan və ya dəmirdən
hazırlanaraq qapının arxa tərəfinə dörd istiqamətdə hərəkətli bərkidilir
(şəkil 1.84). Bu dillər açar vasitəsilə itələnərək bağlanır və açılır. Dilin
biri yuxarıya, biri sağa, biri aşağıya, digəri isə sola açılır. Bu dillər
qapının arxasında elə bərkilir ki, oraya oğruların əli çatmasın. Kilid
üçün nəzərdə tutulmuş açarsız, qapını açmaq mümkün deyil. Bununla
bərabər Əl-Cəzari kilitin hissələrinin hazırlanmasına aid də məlumatlar
vermişdir.
Şəkil 1.84. Qapı kilidinin cizgisi və modeli.
Müsəlman elmi
133
Tağıyəddin
T
ağıyəddin 1525-ci ildə Dəməşqdə anadan olmuş və 1585-ci ildə
Türkiyədə vəfat etmişdir. Fəaliyyətinin əvvəlində o, müsəlman teoloqu
kimi müəyyən kitablar yazır. Bu kitablardan biri, ona dünya şöhrəti
gətirən, 1551-ci ildə Dəməşqdə yazılmış, “Ruhani maşınların tətbiqi”
(ərəb. Əl-Turuq Əl-saniyya Fi l-alat ar-ruhaniyya) adlı əlyazmasıdır. Bu
əlyazma İrlandiyanın Dublin şəhərinin kitabxanasında saxlanılır. Əl-
Həsən bu kitabı təhlil edərək, müxtəlif alət və maşınları cizgilər, fotolar
və mühəndislərin həyatı haqqında məlumatlarla birlikdə çap etdirmişdir
[1.53, 1.66]. Bu iş müxtəlif alimlər tərəfindən araşdırılmış və orada
təsvir olunmuş saatlar, tərəzilər,
nasoslar, su turbinləri və başqa
maşınların
konstruksiyaları
öyrənilmişdir. Tağıyəddinin bu
kitabında təsvir olunmuş bir
nasosun
müasir
avtomobil
mühərriklərinin yaranmasındakı
rolu onun işləmə prinsipini
araşdırdıqda
aydın
görünür.
Şəkil 1.85-də altı silindrli su
nasosunun
sxematik
təsviri
verilmişdir. Bu nasosu hərəkət
etdirmək üçün enerji mənbəyi
kimi
axar
sudan
(çaydan)
istifadə edilmişdir. Axar suya
salınmış
pərlər
fırlanaraq
dirsəkli valı hərəkət etdirirlər.
Dirsəkli val döndükdə onunla
əlaqədə olan qolları aşağıya
itələyir.
Bu
qollar
onların
altında yerləşdirilən dayaq ətra-
Şəkil 1.85.
Tağıyəddinin kitabından
fraqment.