Orta əsrlərdə Avropada texnikanın inkişafı
144
heyvan güclərinin potensialını daha da artırmışdır. Bu enerji mənbələri
ilə işləyən maşınların ixtira edilməsi onun effektini artıraraq, həm də
onların özlərinin istehsalını asanlaşdırmışdır. Beləliklə, su və külək
dəyirmanlarının yaranması, orta əsrlərdə əl əməyindən maşın
texnologiyasına keçid üçün əsas addım idi.
Maşınlar əsasən fırlanma hərəkəti lazım olunan işlərdə tətbiq
olunurdu. Bu, hər şeydən əvvəl buğdanın üyüdülməsində, mişarlama və
pardaqlamada tətbiq olunurdu. Bəzi hallarda torna dəzgahı da su ilə
hərəkət etdirilirdi. Başqa işlər üçün isə fırlanma hərəkətini irəli-geri
hərəkətə çevirən mexanizm düzəldilməli idi. Bu dirsəkli valların tətbiqi
ilə reallaşdırılırdı. Dirsəkli val fırlanma hərəkətini çevirərək çəkic və
mişarların hərəkət etdirilməsini, metalların əridilməsi üçün tətbiq olunan
hava üfürcəklərinin işləməsini mümkün etmişdir. Enerji istehsal edən
maşınların işçi maşınlarla kombinasiyası əl əməyinə əsaslanan istehsalın
tədricən mexanikləşdirilməsi üçün əsas bünövrə olmuşdur. Buna
baxmayaraq orta əsrlərdə mexanikləşmə lazım olan şəkildə baş
verməmişdir. Bunun səbəbi bir tərəfdən maşınların müəyyən yerlərə
bağlı olduğundan aşağı çevikliyə malik olması idi. Digər tərəfdən
sənətçiliklə məşğul olanların konservativ ənənəyə malik olmaları idi.
Ustalar
mexanikləşdirmənin
tətbiqi
nəticəsində
iş
yerlərinin
itirilməsindən qorxurdular.
X
ΙΙΙ
əsrdə çəkiclə işləyən döymə maşınları geniş yayılmağa başlayır.
İş prinsipinə və quruluşuna görə fərqlənən iki növ çəkic məlum idi.
Çəkic əsasən ağacdan hazırlanmış və ox ətrafında dönə bilən sapaqdan
və onun ucuna keçirilmiş metal üzükdən ibarət idi (şəkil 1.92).
Sapağın digər sərbəst ucu, üzərində dirsəklər olan valın altında
yerləşdirilirdi. Dirsəkli val döndükdə çəkicin sapağını aşağıya itələyir və
beləliklə çəkicin digər ucunun (başının) yuxarıya qalxmasına gətirib
çıxarırdı. Val sapağı sərbəst buraxdıqda çəkic aşağıya hərəkət edərək
zindanın üzərinə qoyulmuş pəstahı zərbə ilə əzir. Bu çəkiclərin döymə
tezliyi dəqiqədə böyüklərdə 60-70, kiçiklərdə isə 150-yə bərabər idi.
Kiçik çəkiclər dəmirçilikdə daha geniş yayılmışdır. Tarixi mənbə-
Orta əsrlərdə Avropada texnikanın inkişafı
145
lərdən məlumdur ki, su enerjisinin pardaq dəzgahlarında tətbiq edilməsi
X
ΙΙΙ
əsrə aiddir. Pardaq dəzgahlarında işlətmək üçün böyük miqdarda su
tələb olunduğundan, onlar az su ilə işləyən döymə maşınları ilə təchiz
olunmuş emalatxanalarda yerləşdirilirdilər.
Şəkil 1.92. Çəkiclə işləyən döymə maşını, XV əsr (Villinqen muzeyi, AFR).
O dövrdə tətbiq olunmuş pardaq dairələrinin quruluşu, hazırlanması
və işləmə prinsipi haqqında ədəbiyyatlarda heç bir məlumata rast
gəlinmir. Ehtimala gorə pardaq dəzgahları dəyirmanların işləmə
prinsipinə uyğun hazırlanırdılar [1.75].
Orta əsrlərdə metal emalı sənətçiliyində məftil emalı əsas yerlərdən
birini tuturdu. Məftil zirehli paltarların hazırlanmasında tətbiq
olunduğundan, ona olan tələbat yüksək idi. X
ΙΙΙ
əsrə qədər məftillər
dəmirçilər tərəfindən çəkiclə döyülərək hazırlanırdı. Ancaq X
ΙΙ
əsrdə
məftilin dartmaqla hazırlanması məlum idi. Bu dövrdə Teofilus (alman
keşişidir) tərfindən yazılmış “Diversarum arium schedula” kitabında
məftilin hazırlanması təsvir olunmuşdur [1.76].
1306-cı ildə Nürnberqli Rudolf kəlbətinlərin köməyi ilə məftilin
matrislərdən dartmaqla hazırlanmasını tətbiq etmişdir (şəkil 1.93). XIV
Orta əsrlərdə Avropada texnikanın inkişafı
146
əsrdə Nürnberq şəhərinin rəhbərliyi bu işlə məşqul olan adamların
şəhəri tərk etmələrinə qadağan qoymasına baxmayaraq, bu üsul tezliklə
başqa ərazilərə də yayılmağa başlayır. 1408
−
1415-ci illərdə Nürnberq
şəhərində ilk dəfə olaraq məftil dartan dəyirman düzəldilir. Bu dəyirman
metaldartma üsulunu mexanikləşdirir. Məftili matrislərdən xaricə dartan
kəlbətin su çarxı ilə fırlanan və üzərində qol olan vala bərkidilirdi
[1.76].
Orta əsrlərdə alət və maşınların inkişafına X
ΙΙΙ
əsrdə barıtın
tapılması və X
Ι
V əsrdə dəmirin tökülməsi ilə təkan verilmişdir. 1320-cü
ildə barıt topları istehsal edilməyə başlayır. Bu yeni istehsal istiqaməti
təkcə hərbi texnikanın deyil, ümumiyyətlə maşınqayırmanın inkişafını
müəyyənləşdirmişir.
Su pərləri ilə işləyən hava üfürcəkləri metal emalında yüksək
temperaturun alınması üçün şərait yaratmışdır. Bununla bərabər
sobaların təkmilləşdirilməsi nəticəsində dəmirin əridilməsi üçün lazım
olan ərimə temperaturunu əldə etmək mümkün olmuşdur. Ancaq
metalda karbonun miqdarını azaltmaq üçün onu ikinci dəfə əritmək la-
Şəkil 1.93. Məftildartma, XV əsrdə.