Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə28/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   24   25   26   27   28   29   30   31   ...   90
2013-2444

Anar – 75  

 

33 



in

safdı ki, mən indi qonaq getdiyim adamlara, yəni ki, canım-ci-

yərim bircə oğlumun canı-ciyəri olan adamlara əlli manatlıq hə-

diy


yə almaq istədiyim bir halda heç tanımadığım bir dilənçini də 

la

yiq görüm həmin məbləğə? Yox, əlbəttə, yox!”(5,205).  



Lakin  atanın  qonağı  olduğu  ailədə  qarşılaşdığı  hadisələr, 

adət-ənənəmizə, dilimizə, mənəvi sərvətimiz olan muğama biga-

nə  münasibət fikrini dəyişir. Sonda o, bu insanları özünə hətta 

çədə gördüyü dilənçidən də uzaq hesab edərək hədiyyə üçün 



ayırdığı pulu tənha bir küçədə dilənən qadına verir.  

Bu əsəri ilə yazıçı öz milli mənsubiyyətini unudub, ona xor 

ba

xan, özünü başqalarına  oxşatmaq fikrində olan insanlara ibrət 



dərsi verir.  

“Nisbət nəzəriyyəsi” haqqında Anar deyir:  “Mənim  ilk he-

ka

yələrimdən biri “Nisbət nəzəriyyəsi” adlanır. İndi mən cildlə-



rim

ə  də  salmışam  onu,  ilk  hekayələrimdən  biridir.  Onda  mənə 

qədim  Misir  mətni  təsir  etmişdi.  Əlimə  qədim  bir  Misir  mətni 

keç


mişdi, rus dilində oxudum. Bir hökmdarın və onun təbəəsi-

nin söhbəti idi. O vaxt mənə çox təsir eləmişdi”(17). 

Bu hekayə öz fəlsəfi məzmunu ilə seçilir. Əsərdəki hadisələr 

zi

yalı bir ailədə baş verir. Əsərin baş qəhrəmanı Hikmət və onun 



həyat yoldaşı Nəimə elmi işlə məşğuldurlar. Hikmət bir roman 

haq


qında yazılmış tənqidi məqaləni oxuyur. Bir tənqidçi bu ro-

ma

na  müsbət  yanaşsa  da,  digəri  əsərin  yarıtmazlığını  göstərir. 



Hik

mət hər iki tənqidçini müəyyən mənada haqlı sayır. Digər bir 

situasiy

ada  o,  bacısı  Zəhra  ilə  qarşılaşdırılır.    Hikmətin  bacısı 

dai

ma onu tənqid edir, danlayır. “Zəhra deyirdi:  



-

Camaat  arasına  çıxa  bilmirəm.  Hamı  sənin  biqeyrətliyini 

mənim başıma qaxır. Vallah, billah, binamus qardaşın bacısı ol-

maqdansa ölüm min yol yax

şıdır. Hikmət sakit və etirazsız qu-

laq asırdı. Zəhra daha da özündən çıxırdı” (12,55). Bütün bu təh-

qi

ramiz  sözlərə  baxamayaraq,  Hikmət  özündən  çıxmır,  bir ba-



xımdan  Zəhraya  haqq  verir.  “Hikmət  Zəhranın  niyə  gəldiyini, 

nədən danışacağını yaxşı bilirdi. Onun bu barədə danışmağa heç 

bir  həvəsi  yox  idi.  Amma  o  bilirdi  ki,  Zəhra  bu  barədə  söhbət 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə