Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə27/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   23   24   25   26   27   28   29   30   ...   90
2013-2444

Aytən Quliyeva

 

 



32 

Yazıçı  özünü  “ziyalı”  hesab  edən  bir  ailənin  timsalında  bu 

qəbildən olan digər “mədəni ailə”ləri, özünü savadlı göstərmək 

üçün ilk növbədə öz dilini unudan, ona xor baxan, bu dildə da-

nışmaqdan utanan  ayrı-ayrı  insanları  səciyyələndirən  xüsusiy-

yətləri göstərir: “Yəni ki, bu mənimçün təzə bir məsələ deyildi. 

Mən çox gözəl bilirdim ki, bir çox mədəni ailələrdə başqa dildə 

da

nışmaq  dəbdir,  ələlxüsus  da  belə  ailələrin  gəncləri  üçün  öz 



dil

lərini bilmək mandır. Bilirdim ki, bəzi ailələrdə cavan oğlan-

lar  öz  ana  dillərində  yeddimərtəbə  küçə  söyüşündən  qeyri  heç 

bir söz bilmirlər və cavan qızlara isə söyüş söymək əyib və ya-

raşmayan  bir  iş  olduğundan  öz  dillərini  öyrənməyə  də  heç  bir 

ehti


yac qalmır və bu səbəbdən də işti-şayət təsadüfən bir yerdə, 

məsəlçün azərbaycanca şeir oxunduğun eşidəndə bu onlara Afri-

ka meşələrində yaşayan buşmenlərin dili qədər əcaib gəlir və on-

lar  qulaqlarını  tutub  qaçırlar.  Bəli,  bunlar  hamısı  öz  yerində, 

bun

ların heç biri mənimçün təzə xəbər deyil. Məni ən çox təəc-



bə gətirən bu idi ki, Fərhad da bu işə zərrə qədər təəccüblən-

mədi”(5,203). 

Öz ana dil

ini,  adət-ənənələri  bəyənməyən  bu  insanlar milli 

mu

siqimiz olan muğama da biganədirlər. Radioda muğam səslə-



nən zaman ailə üzvlərinin hərəsi bir bəhanə ilə otağı tərk edir. 

A

ta isə sanki bütün bu hadisələrə etiraz olaraq sona qədər muğa-



mı dinləyir: “Sən öləsən, ömrümdə muğamata belə ləzzətlə qu-

laq asmamışdım. Hərdənbir ev yiyələri gah o qapını, gah bu qa-

pını  açıb  otağa  boylanırdılar.  Bilmirəm da nəyi  yoxlayırdılar, 

mu

ğamatın qurtarıb-qurtarmadığınımı, yoxsa ki, mən getmişəm, 



ya yox?”(5,205). M

uğam bitdikdən sonra ata bu “ziyalı” ailə ilə 

vidalaşır. 

Əsərin süjetini tamamlayan, qayəni oxucu üçün daha da ay-

dınlaşdıran epizodlardan biri dilənçi ilə bağlı olan hadisədir. Hə-

lə oğlunun sevdiyi qız və onun ailəsi ilə tanış olmayan ata yolda 

di

lənçi bir qadın görür. Ona yardım üçün pul vermək istəyir, la-



kin görür ki, cibində təzə qohumlarına hədiyyə almaq üçün ayır-

dığı 50 manatdan başqa pulu yoxdur. O, bir anlıq düşünür: “Heç 





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə