Aytən Quliyeva
36
də bu sistemin növbəti qurbanına çevrilmiş bir insanın etirafları
üzərində qurulmuşdur.
Hadisələr Moskvada bir mehmanxanada baş verir. Əsərin
qəhrəmanı tanımadığı bir insanın qapısını döyərək onunla danış-
maq istədiyini deyir. Yazıçı onun xarici görünüşünü belə təsvir
edir: “Saqqalını görünür təzə qırxdırmışdı, lakin alnında və yor-
ğun çöhrəsində dərin qırışlar, əzab izləri onun sifətini qoca gös-
tərirdi. İztirab izləri sönük gözlərində daha çox qalmışdı”
(12,15). Bu sətirlərdə sənətkar ustalıqla obrazının bədii portre-
tini yaradır.
Bu təsvirlər qəhrəmanın keçdiyi ağır həyat yolu oxucuda mü-
əyyən təsəvvür yaradır. Qəhrəmanın daxili dünyasındakı əzab-
la
r, psixoloji vəziyyətindəki sarsıntılar onun hərəkətlərində özü-
nü aydın büruzə verir. “Bayaq qapıda durduğu vaxt üzünün
utan
caq ifadəsiylə indi əsəbi ifadəsi arasında sonsuz bir kontrast
var
dı. Bütün axşam ifadəsi min dəfə dəyişən bu adamın üzü san-
ki təzadlardan yapılmışdı. Gah uşaq kimi utancaq, gah dəli bir
eh
tirasla yanan, gah mehriban, gah qəzəbli, gah kinli, gah yal-
taq, gah xoş, gah məsum, gah məğrur, gah yazıq”(12,15). Bir-bi-
rin
dən ağır günahlar etdiyinə görə iztirablar içində, vicdan əzabı
ilə çırpınan, heç olmasa kiməsə ürəyini boşaltmaq istəyən və öz-
özü
nü ifşa etməklə vicdani rahatlıq tapacağını düşünən bu insa-
nın monoloqları olduqca təsiredicidir.
O, gah törətdiyi ağır cinayətlərdən, o dövr üçün “günahkar”
sa
yılan insanlara qarşı etdiyi iyrənc hərəkətlərdən danışır, gah
insan
lara olan dərin sevgisindən, onlara verdiyi yüksək dəyərdən
söh
bət açır. Bu haqda N. Əliyeva yazır: “Əsərdəki bu daxili mü-
rəkkəblik, psixoloji situasiyaların tez-tez və gözlənilmədən
əvəzlənməsi onu göstərir ki, Anar elə ilk yaradıcılıq nümunələ-
rin
dən başlayaraq sadəlikdən, bəsitlikdən qaçmağa çalışmış, da-
ha doğrusu, həyatdakı ən sadə situasiyalarda belə, mürəkkəblik-
lər, çalpaşıq ziddiyyətlər axtarıb tapmağa can atmışdır”(32,7).
Gənc ədib Sənanın dili ilə bir çox mənəvi-əxlaqi məsələlərə
to
xunur. Sovet dövründəki insana qarşı süni qayğıkeşliyi, zahiri
|