Aytən Quliyeva
38
cə mədəni, nəzakətli, həmişə bir qulağı ayıq, xoş təbəssümlü,
kos bəbəkli adamlardır. Bəziləri hətta bu kos bəbəklərini bir an-
lığa bir nöqtədə saxlayıb insanların gözlərinin içinə düz baxmağı
da vərdiş etmişlər. Tramvaya minəndə qoca kişiyə yol verir, qa-
dınlara yol göstərirlər, uşaqlara qalxmağa kömək edirlər. Lakin
ora gələndə həmin bu mədəni, nəzakətli, sağlam və güclü gənc-
lər cəld üst paltarlarını, vətəndaş paltarlarını çıxarır, öz iş forma-
la
rında qalır və işə başlayırlar. Onlar küçədə yol verdikləri qoca-
la
rı yumruqla vurub yerə sərir, təpikləyib küncə itələyir”(12,35).
O, kütləvi cinayət əməlləri törədən, insanlara acımadan müxtəlif
əziyyətlər verən şər qulluqçularının daxili mahiyyəti böyük usta-
lıqla qələmə alır.
Bu ilk yazılarında Anar sənətkarlıq nöqteyi-nəzərindən tama-
mi
lə yetişmiş bir qələm sahibi təsiri bağışlayır. Hekayədəki də-
rin psixologizm, qəhrəmanın haldan-hala, dondan-dona girmə-
sin
dəki inandırıcılıq, orijinal və yaddaqalan obrazlar, dil və üs-
lub sərrastlığı deyilənlərin tutarlı təsdiqidir.
Anarın əsərlərinin dil, üslub keyfiyyətlərini araşdıran S. Əs-
gərova yazır: “...Anarın dili, həqiqətən, dövrünün dil-üslub özü-
nəməxsusluğunu əks etdirir; yazıçı istər hekayələrində, istərsə
də povest və romanlarında çox zaman dramatik, bir həyat yaşa-
yan insanları, onların hiss-həyəcanlarını təsvir edir. Ona görə də
Ana
rın dili həm də dramatik, emosional bir dildir. Məsələn, rep-
ressiya döv
rünün mürəkkəb ovqatından, hər an həbs olunmaq
təhlükəsi ilə yaşayan insanların qeyri-adi psixologiyasından
bəhs edən “İztirabın vicdanı” hekayəsinin qəhrəmanı bu cür dü-
şünür: “Bir-birindən dəli fikirlər başımda atlanıb–düşürdü. Qa-
pını açmamaq, sındıranacan gözləmək. Yox, pəncərədən atıl-
maq, xurd–
xəşil olub ölmək. Yox, ağır kağızbasanı içəri girən
bi
rinci adamın başına çırpmaq. Yox, əlimə nə keçsə qapıya vı-
yıldatmaq, sonra yenidən əlimə nə keçsə girənlərin başına çırp-
maq, yox... bəs nə etmək, nə etmək?... “Olum, ya ölüm” dilem-
ma
sı qarşısında keçirilən bu mürəkkəb psixoloji ovqatın ifadəsi
üçün çox mü
rəkkəb olan daxili monoloq, sintaktik parelelizm-
|