Aytən Quliyeva
46
ori
jinal bir ifadə tərzi ilə hekayənin daşıdığı məna yükünü ay-
dınlaşdırır: “Teatra, iclasa gedəndə qış günlərində nə qədər pal-
tar
asan qadına və kişiyə palto verib-almışıq. Çox vaxt kiminlə
mü
nasibətdə olduğumuzun fərqinə belə varmamışıq. Halbuki,
“Asılqanda işləyən qadın” bizi nəinki yaxşı tanıyır, hətta bizimlə
ma
raqlanır və dərdimizi də çəkir. Sarı, mixəyi və qara paltoların
al
tında döyünən insan qəlbini, onun sevinc və iztirablarını du-
yur, düşünür. Bu hekayə Anarın ilk əsərlərindəndir. Bahar müj-
dəsi gətirən bir hekayədir”(61).
Anarın ilk hekayələrindən olan “Keçən ilin son gecəsi” üç in-
ki
şaf mərhələsindən, üç janr mərhələsindən keçmiş əsərlərdən
biridir. 1960-
cı ilin yanvarında qələmə alınan bu hekayə, 1966-
67-
ci illərdə pyes şəklində işlənmiş, yazıldığından 23 il sonra isə
M
oskva Mərkəzi Televiziyasının sifarişi ilə həmin hekayə və
pyes əsasında tam metrajlı film çəkilmişdir.
“Keçən ilin son gecəsi” ilk dəfə hekayə formasında qələmə
alınmış, sonrakı inkişaf mərhələlərində isə süjetə bəzi obrazlar,
ye
ni inkişaf xətləri də əlavə olunmuşdur. Hekayə Anarın oxucu-
lar arasında ən çox sevilən əsərlərindəndir.
Hekayədəki hadisələr yeni il axşamı cərəyan edir. Süjetin
mərkəzində övladlarını, ailəsini dərin məhəbbətlə sevən, qayğı-
keş bir ana obrazı dayanır.
Həmidə xala artıq yeddi ildi ki, həyat yoldaşını itirmiş və
bun
dan sonra heç vaxt yeni il axşamı övladlarını bir süfrə arxa-
sına toplayıb bayramı onlarla birlikdə qeyd edə bilməmişdir. Biz
bu
nu Həmidə xalanın tez-tez xəyalında canlandırdığı xatirələr-
dən görürük: “Qəzənfər sağ olanda onların evlərində yeni il hay-
küylə qarşılanardı. Çoxlu adam olardı. Qəzənfər öləndən sonra
ailə iki il yeni ili qeyd eləmədi. Ailə deyəndə, Gülarə ilə Rüstəm
dost
ları, yoldaşlarıgilə gedərdi. Həmidə xala, balaca Dilarə və
To
fiq isə axşamdan yıxılıb yatardılar. Sonralar yeni il axşamları
Di
larə də getməyə başladı. İndi də Tofiqin növbəsi çatmışdı. La-
kin bu gecə hamı evdə idi. Gülarədən başqa. Gülarəgil yəqin ki,
qay
natasıgildə olacaqdılar. Bir də Qəzənfər yox idi. O, yeddi ildi
|