Anar – 75
41
ilk əvvəl Əyyubun “aya, ulduza, yağışa, küləyə, günəşə öz dilin-
də ay, ulduz, yağış, külək, günəş demək haqqı üçün, ömrü boyu
bel
lərini büküb qara torpaqdan başqa heç bir şey görməyən in-
san
ların başını qaldırıb günəşə, aya, baxa bilmələriyçün mübari-
zə etmək lazımdır”(5,238) kimi fikirləri ilə Kazımı mübarizəyə
ça
ğırdığını görürük. Lakin Kazım həbsdən çıxdıqda Əyyubla
gö
rüşü zamanı Əyyubun tamamilə dəyişdiyinin, satıldığının şa-
hi
di oluruq. “Əyyub indi fars dilində ruznamə buraxır. Günəş
əvəzinə "şəms", yağış əvəzinə "baran" yazır və isbat eləməyə ça-
lışır ki, gec-tez hamı belə deyəcək. ...Arvadı Şəmsiyyə xanım
fars idi, özü də yüksək rütbəli Tehran məmurlarından birinin qı-
zı idi. Əyyubun gənclik büdrəmələrindən sonra onun taleyi üçün
bu nigahın əhəmiyyəti çox böyük idi. Xoşbəxtlikdən Şəmsiyyə
xa
nım məhdud milli hisslərdən çox yüksəkdə dururdu. Onun
üçün azəri və fars anlayışları yox idi və məhz buna görə də o,
uşaqlarını fars dilində tərbiyələndirirdi”(5,247).
Kazımın prinsiplərində möhkəm olan, vətənin azadlığı, dili
uğrunda sonuna qədər mübarizə aparan yoldaşları isə Əyyub ki-
mi yalnız pafoslu sözlərlə danışan, yalançı millət təəssübkeşi
olan insanla
rın əksinə son gülləyə qədər vuruşmuş, son gülləni
isə ələ keçməmək üçün öz gicgahlarına sıxmışlar. Mihindən isə
heç kəsin xəbəri olmamışdır.
Bütün bunlardan sonra tamamilə bədbinləşən Kazımın həya-
tında dönüş baş verir. O, Mihinin radioda doğma dilində oxudu-
ğu “Qaragilə” mahnısını eşidir. Bu səs onun bütün mənəviyyatı-
na, hisslərinə hakim kəsilir. Kazımın qəlbi yenidən ümidlə do-
lur. O düşünür ki, bu mahnını Mihin məhz onunçün oxuyur:
“Vəsiqəsiz, vizasız radio dalğaların diliylə intizarlı Mihin sər-
hədsiz fəzalardan itkin sevgilisini haraylayırdı, təsəlli axtarır, tə-
səlli verirdi... Bədbin olma, kimsəsizləşmə, Kazım. Bax eşidir-
sənmi, mən oxuyuram, günəşə günəş, torpağa torpaq, sevgiyə
sev
gi, ayrılığa ayrılıq deyən bir dildə oxuyuram. Sən yaşamalı-
san, Kazım” (5,255).
Baş verənlər Kazımı yenidən həyata qaytarır. Onun yaşama-
|