Anar – 75
57
yü
nə görə o, vaxtilə Əsmərə sevgisini etiraf edə bilməmiş, illər
öt
məsinə baxmayaraq özünə bir həmdəm tapa bilməmişdir. “Oq-
ta
yın hiss-həyəcanları daha mürəkkəb, qarışıq və təzadlıdır.
Onun mənəvi aləmində Bakının səhər peyzajı, İçəri şəhərin nağıl
dünya
sı, Xəzər, Xan sarayı və “tənhalıq fəlsəfəsi” birgə yaşayır.
Çün
ki Oqtay bizcə, hələ formalaşmamış, qeyri-yetkin bir şəxsiy-
yətdir. O, hələ əsl həqiqətin astanasındadır. Hələ o azır, büdrə-
yir” (25,112).
Əsmər isə bir günlüyə də olsa Moskvadan Bakıya gəlir ki, ilk
məhəbbəti ilə görüşsün, onun ad gününü təbrik etsin. Bu görüş
va
sitəsilə ömrünün ən xoş günlərinə, uşaqlıq, yeniyetməlik çağ-
la
rına, İçəri şəhərə bir günlük də olsa qayıda bilsin.
Biz onun söhbətlərindən anlayırıq ki, Camalla evlənməsi, bu
ev
liliyin nəticəsi kimi ağır, ehtiyac içində keçən uşaqlıq illərin-
dən tamamilə başqa bir aləmə, firavan bir mühitə düşməsi onu
xoşbəxt etməmişdir. Əsmər bu dəbdəbəli güzarana mənən alışa
bil
məmiş, bu aləmin bir əşyası, həm də öz yerini tapa bilməmiş,
narah
atlıqla bu yeri axtaran əşyası olaraq qalmışdır. Çünki əri
Ca
mal ilə onun mənəviyyatı, daxili aləmi heç cür bir-birinə uy-
ğun gəlməmişdir.
Əsmər məktəbdən məzun olduğu il, ilk dəfə Oqtayın onu tak-
si ilə evlərinə ötürdüyü gecə Oqtaydan sevgi etirafı gözləmiş və
hətta bunun üçün onu cəsarətləndirmişdir: “Qapılarının ağzında
ay
rılanda Əsmər birdən diqqətlə (indiki vaxtım olsaydı deyər-
dim ki, işvəylə) mənə baxıb xəbər aldı:–Bəs sən mənə bir şey
de
mək istəmirsən?” (7,146). Oqtay isə bu həlledici məqamda sa-
dəcə susmuş həm özünün, həm də Əsmərin yarımçıq, kədərli hə-
yat sürməsinə səbəb olmuşdur. “Oqtay Əsmərin sifətinə süni ifa-
də vermək, maskalanmaq məharətini dönə-dönə qeyd edir. An-
caq o, görüş günü Əsmərin sifətindəki, gözlərindəki yeni bir
mas
kanın arxasında gizlənmiş həqiqi ifadəyə diqqət yetirsəydi,
ey
ni ilə kinoda gördüyü ölümə məhkum yapon pilotlarının—ka-
mi
kadzelərin uçuşdan qabaq sifətlərinə qonan dəhşət ifadəsini
gö
rərdi. Beləliklə, bu qəribə ad əsərdə dərin, düşündürücü bir
|