Aytən Quliyeva
26
ruh
lu “İncəsənət” jurnalının buraxılması qərara alınanda onun
ən layiqli rəhbəri Anar sayıldı. Jurnalın yeni adının da, konsepsi-
ya
sının da müəllifi Anar oldu. Anarın düşüncəsinin, qeyrətinin,
zöv
qünün məhsulu olan “Qobustan” toplusu uzun illər Azərbay-
can oxucusu
nun məftun edib, ağır şəraitdə milli düşüncəmizin
forma
laşmasında əvəzsiz iz buraxıb. “Qobustan” Sovet dövrün-
də “rəsmiləşmiş dissident” jurnal kimi yaşamaqda davam edir-
di”(43).
Ziyalı sənətkarımızın yaradıcılığının xüsusi bir hissəsini pub-
lisis
tika təşkil edir. Onun bir-birindən maraqlı elmi və ədəbi mə-
qa
lələri, esseləri öz orijinallığı ilə seçilir. O, “Şairin hünəri”,
“Aşıq Ələsgər”, “Anlamaq dərdi”, “Şairin kədəri”, “Sübhün sə-
fi
ri”, “Böyük ömrün bir əsri”, “Yusif Vəzir haqqında söz”, “Kə-
rəm kimi”, “Vurğunluq”, “Çətin yolun yolçusu”, “Nəsrin fəza-
sı”, “Hamımızın dünyası”, “Dünyanın sehri” kimi məqalələrində
an
layan və anladan filoloqdur, “Xalçanın hikməti”, “Heykəl ol-
muş insan”, “Gözəlliyə qovuşmaq”, “Şövkət xanımın qərənfillə-
ri”, “Qa
ra Qarayevə rekviyem” məqalələrində isə incəsənətin
sir
lərinə vaqif olan sənətşünasdır, “Müsibət”, “Şəhidlər dağı”,
“Tor
pağı vətən edənlər”, “Danışa bilmirəm” məqalələrində isə
vətənin ağır dərdlərinə ürəkdən yanan vətəndaşdır.
Anar
xalq və tarix qarşısında cavabdehliyini bütün məsuliy-
yəti ilə duyan, dərk edən, təəssübkeş bir sənətkardır. Onun bə-
dii-
pulisistik əsərlər toplusundan ibarət olan “Dünya bir pəncə-
rədir” kitabında oxucu sənətkarın tədqiqatçılıq istedadını, nova-
tor
luğunu, başlıcası isə vicdanlı ziyalı yanğısını hiss edir, görür.
Ki
taba yazdığı geniş ön sözdə Kamil Vəliyev bildirir: “...Anarın
ye
ni kitabını düşünə-düşünə, duya-duya oxudum. Oxuduqca ilk
növ
bədə yazıçı Anarla esseist Anarın, jurnalist Anarın, alim
Ana
rın eyni adam olduğunu yəqin etdim”(8,3).
“Nəsrində də, publisistikasında da o, xalqın mənəvi həyatının
ən önəmli məsələlərindən söz açır, çətin suallara cavab axtarır.
Bu cavabları qəhrəmanların yerinə deyil, onlarla bir yerdə axta-
rır” (15).
|