Anar – 75
39
lərdən, biri digərinin antonimi olan sözlərdən, təkrarlardan isti-
fa
də, hər bir “çıxış yolu”ndan sonra həyəcanla deyilən “yox” ni-
da
sı, cavabsız suallar... repressiya qurbanının əhval-ruhiyyəsini
ol
duqca dəqiq, aydın əks etdirir”(37,31).
Anarın repressiya dövründə insanların ağır həyatını təsvir
edən digər bir hekayəsi “O gecənin səhəri” adlanır. Burada in-
san
ların səksəkəli vəziyyətdə hər bir insandan, dedikləri hər bir
söz
dən, ən adi bir hərəkətlərindən, səhvlərindən qorxaraq daim
şübhə, qorxu içərisində çırpınmalarından danışılır. Yazıçı gecə
vax
tı həyətlərində dayanan bir maşının səsindən qorxaraq təşvi-
şə düşən bina sakinlərinin keçirdiyi psixoloji halları qələmə alır.
Ma
kinaçı Səkinənin keçirdiyi qorxu dolu dəqiqələrin təsviri ilə
in
sanların hansı dəhşətlər içərisində yaşadığını oxucunun gözü
önü
nə gətirir. “Maşın qapıda dayanan kimi o dərhal oyandı. Ni-
ga
rançılıqla dinləməyə başladı. Addım səsləri onların mənzilinə
ya
naşdığı müddətdə Səkinənin başından əlli iki min fikir keçdi.
...Yax
şı, bircə hərfin üstündə ola bilməz, Əhmədovdan başqa
heç kəs bilmir, Əhmədov heç belə şey edər? Yox-yox, düzdü
söz mühüm sözdü, gərək elə-belə sözdə çaşaydım, andıra qalmış
"z" hərfi gərək elə "p" hərfinin yanında olaydı. Yox, inanmı-
ram, Əhmədov elə şey etməz. Amma adamdı bilmək olmaz, bəl-
kə öz canının qorxusundan... yox, qorxaq adam deyil, yaxşı, axı
ka
binetdə ikimiz idik. Kim bilə bilərdi, bəlkə məndən ürküb”
(5,2
58). Adi bir epizodla yazçı dövrün bütün dəhşətlərini mü-
kəmməl şəkildə qələmə alır. Bina sakinlərinin hər birinin keçir-
di
yi təlatümlü fikirlər, rejimin xalqın başına gətirdiyi faciələr
oxu
cu mənəviyyatına dərindən təsir göstərir.
“Qaragilə” hekayəsini Anar Rübabə Muradovanın xatirəsinə
həsr etmişdir. Hekayədəki hadisələr cənubi Azərbaycanda baş
ve
rir. Əsər ictimai-siyasi məzmunu, dərin bədii təsiri ilə diqqəti
xü
susilə cəlb edir. Yazıçı yaratdığı müxtəlif obrazların vasitəsilə
mənəvi-əxlaqi problemlərə toxunur. İkiyə bölünmüş Azərbaycan
öv
ladlarının faciəsini qələmə alır. Onların simasında vətənə,
azad
lığa, dosta, insanlara məhəbbət hissini aydın duyuruq.
|