Мцгяддимя



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə71/90
tarix23.02.2022
ölçüsü0,77 Mb.
#84013
1   ...   67   68   69   70   71   72   73   74   ...   90
2013-2444

Anar – 75  

 

75 



pad

şahın hər dediyi saatı təsdiqləyir. Padşah mənəviyyatca xud-

bin, rəzil adamdır. Özü gecələr yata bilmədiyi üçün, rəiyyətinə 

də yatmağı, yuxu görməyi qadağan edir. Və yalnız bundan sonra 

ilk dəfə sakit və rahat yatır. 

 

“Yaxşı padşahın” simasında nasir bir çox mənəvi-əxlaqi mə-

sələrə toxunur, çatışmazlıqları tənqid edir. Bunlardan biri şeirə, 

şairə  olan münasibətdir.  Nadan  padşah  özündə  şairlik istedadı-

nın olduğunu sanır. Şeirlərini vicdanlı, mənəvi cəhətdən zəngin, 

əsl  şairə  oxuyur.  Bəyənilmədiyini  görüb  şairi  həbs  etdirir, zü-

lüm

lərə  düçar  edir.  Buna  dözməyib  intihar  edən  şairə  heykəl 



qoy

durur, qəzetlərdə şəkillərini çap etdirir. Bu epizodla əsl şai-

rin, yazıçının, sənətkarın belə bir nadan mühitdəki əzab dolu hə-

ya

tı göstərilir.



 

Hekayənin sonunda padşah babasının qadağan etdiyi güzgüyə 

ba

xıb  özü-özünü  ifşa  edir.  “Əşi,  bunun  küt  sifətini  görmürsən, 



gör

mürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir. 

Özünü xeyirxah göstərir, amma hamıya kin bəsləyir. Kin bəslə-

yir,  ona  görə  ki,  bədbəxtdir.  Bədbəxtdir,  ona  görə  də  hamını 

bədbəxt etmək istəyir, əşi bunun hay-hayı gedib, vay-vayı qalıb. 

Bu gün sabah gor-

bagor olacaq. Belə bir gorbagorun üstündə qa-

nını qaraltmağa dəyərmi?!” (10,94).  

Görkəmli ədəbiyyatşünas Pənah Xəlilov “Yaxşı padşahın na-

ğılı”  haqqında  yazır:  “Bu  əsərdə  Anar  eybəcərliyi  “bəzəmək”, 

şüurlu “böyütmək”, daha qabarıq verib onu hər səmtdən göstər-

mək üsulundan, xüsusən qroteks üçün vacib olan vasitələrdən is-

ti

fadə etmişdir” (52).   



 

Anarın “Dörd cahar”, “Dağ dağa rast gəlməz” hekayələrində  

na

dan, məsuliyyətsiz, çirkin mənəviyyatlı insanlar tənqid atəşinə 



tutulur.  

“Dörd cahar” hekayəsində yazıçı, iki müəllim obrazı yaradır. 

Onlardan biri—

Zəki müəllim nə qədər saf, təmiz mənəviyyatlı, 

əxlaqi cəhətdən yetkin insandırsa, Murtuz tamamilə onun əksi-

dir. Zəki müəllim ona təklif olunan maşına görə öz təmiz əqidə-

sin

dən dönmür. Kamil mənəviyyatlı bir insan kimi ədaləti qoru-





Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə