161
belə adamlar mənfi qiymət alır. Hər bir kəsin əxlaqi
keyfiyyətlərinə onun əməllərinə və hərəkətlərinə görə qiymət
verilməlidir. Böyük mütəfəkkir əlxaqın digər ictimai şüur
formaları ilə, ilk növbədə elm, incəsənət, din, siyasət və
hüquqla əlaqəsini görüb izləməyə çalışmışdır. O, alimin əxlaqi
keyfiyyətlərinin əhəmiyyətini vurğulayır, qeyd edir ki,
cinayətkarların əlində elm riyakarlıq, yalan, məhvetmə və
xainlik alətidir.
Hüquq və əxlaqın əlaqəsini qeyd edən Füzuli ilk
növbədə feodal dövründə fəaliyyət göstərən məmurları, bəzi
din xadimlərinə ədalət və həqiqət naminə hərəkət etməyə,
çirkin əməllərinə son qoymağa, əxlaqi cəhətdən kamil olmağa
dəvət edirdi. Bütövlükdə Füzulinin əxlaqı ümumbəşəri, altruist
xarakter daşıyır və xeyir və şəri məhz bu mövqedən izah edir.
Bəzi hallarda isə o, insanların faydasına da tərəf çıxır, lakin
bunu egoizm və yaxud müəyyən utilitarizm baxımından qəbul
etmir. O, əsasən fərdi fayda və maraq yox, ümumi faydadan,
cəmiyyətin xeyrindən bəhs edir. Onun yaratdığı Nofəl obrazı
elə altruist etikası nümunəsidir. Nofəl xeyirxah, mərd, əliaçıq
bir insan olaraq Məcnuna dərhal, heç bir şərt qoymadan kömək
əlini uzatdı. Ona köməklik etmək üçün o, öz var-dövlətindən də
keçməyə hazırdır. Beləliklə, hər bir insan öz yaxşı əməlləri ilə
özünə hörmət qazanmalı, xalqa fayda gətirməlidir.
Füzuli öz əsərlərində daim yüksək əxlaqi keyfiyyətlərini
tətbiğ edir (pak, azad və bərabər hüquqlu sevgi, comərdlik,
mətinlik, səmimilik və vicdanlılıq, sədaqət, ailədə qarşılıqlı
hörmət, ata-anaya sevgi və ehtiram, valideyn-övlad hissləri,
əməksevərlik, sadəlik, təvazökarlıq, dostluq və yoldaşlıq,
qadınlara hörmət, qayğıkeşlik və s.), mənfi keyfiyyətləri isə
(tamahkarlıq, hərislik, acgözlük, riyakarlıq, ikiüzlülük, əclaflıq,
qadınlara bayağı
münasibət, yaltaqlıq və s.) ifşa edirdi.
163
öz ləyaqətini qorumalı, əxlaqlı həyat sürməlidir. Sədaqət, vəfa
ən yüksək əxlaqi keyfiyyətlər. İnsan dostluqda sədaqətli olmalı,
dostluq əlaqələrini pozmamalıdır. Qarabaqi real həyatda da
özünün irəli sürdüyü əxlaqi tələblərə sadiq olmağa çalışırdı.
Mirzə Mühəmməd Əli Saib Təbrizi (1601-?) görkəmli
Azərbaycan filosofu, alimi, şairidir. O, öz qəzəllərini,
təzkirələrini fars və azərbaycan dillərində yazırdı. Saib Təbrizi
həm də gözəl xəttat olmuşdur.
Sufi panteizminə müəyyən maraq göstərən S.Təbrizi öz
yaradıcılığında əldə etdiyi zəngin biliklərdən istifadə edir, bədii
ədəbiyyatın bir çox nümayəndələrinin irsinə dönə-dönə
müraciət edirdi. Öz fəlsəfi təlimində Təbrizi Vəhdət-əl-vücud
və mistisizmi birləşdirirdi. Əxlaq haqqında ideyalarını onun
bədii yaradıcılığında da izləmək olur. Təbrizi öz yaradıcılığında
dini mövhumatdan uzaq idi və öz azadsevərliyi ilə fərqlənirdi.
O, hesab edirdi ki, varlığın bütün qlobal problemlərini nə
fəlsəfə, nə də ki irfan (qnostisizm) vasitəsilə həll etmək olmaz.
İnsan yalnız o zaman “mərifət adamı” ola bilər ki, o,
dünyada “nəyin”, “niyə”, “necə” baş verdiyinə cavabı
axtarmayacaq, yəni real dünyadan, onun dərkindən imtina
edəcəkdir. Dünya yaranışı sirlərini yalnız sufi panteizmi
əsasında öyrənmək olar. Bu zaman insan özünü də həmin
dünyanın hissəsi olduğunu gərək dərk etsin.
Allah adi zəka yolu
ilə dərk oluna bilməz. İnsan zəkasından insani hisslər üçün yox,
seyretmə istifadə olunmalıdır.
Saib Təbrizi öz əsərlərində insanları nəfslərini
cilovlamağa, öz istək və arzularını real imkanlar ilə
uzlaşdırmağa dəvət edirdi. İnsan zərurət qarşısında diz
çökməlidir. Eyni zamanda o asketizmə qarşı çıxış edir, bu
dünyanın həzzini, ləzzətini doyunca dadmağa dəvət edir. Dünya
bütövdür, dini münaqişələr isə insanı bu bütövlülük hissindən
məhrum edir. Digər tərəfdən, burada ruhanilərin də mənfi rolu
göstərilməlidir. Bunların çoxunda müdriklik, zəka yoxdur.
Onlar çox vaxt nadanlıq və riyakarlığı özünə rəhbər tuturlar.