61
3.2. Cordano Bruno əxlaq haqqında. M.Monten.
Məlumdur ki, məhz İntibah dövründə siyasət əxlaqdan
ayrılmış, humanizm isə siyasət elminin əsaslarını yaratmışdır.
Əxlaq praktiki olaraq zamanı vaxtın axarı ilə ölçür, insanı
gündəlik fəaliyyətində qiymətləndirir. Deyilənlərdən belə bir
nəticə çıxarmaq olar ki, İntibah dövrü insana seçim imkanları
üçün geniş şərait yaratmış, eyni zamanda kapitalizm
cəmiyyətinin astanasında olan bu sosial həyat mərhələsində
insan hüquqları və azadlıqları tam şəkildə hələ ödənilməmişdi,
buna görə də geriyə, arxaya baxa-baxa formalaşan Renessans
şəxsiyyəti Orta əsrlər dünyagörüşündən hələ tam azad deyildi.
Fəal həyat mövqeyi, bütövləşən dünya mənəvi-əxlaqi
dəyərlərin yeni inkişaf istiqamətini müəyyənləşdirmişdi.
Əxlaq tarixi insan cəmiyyətinin inkişaf tarixidir. Bu
sahəni tədqiq edən mütəxəssislər əxlaqi abstrakt normaları və
insan
davranışında
ifadə
olunan
əxlaqi
dəyərləri
fərqləndirirdilər. Müasir cəmiyyətin əsasını xüsusi mülkiyyət
təşkil edir. İcma münasibətlərinin sinfi cəmiyyətlə əvəz
olunduğu dövrdən etibarən insanlar arasında ünsiyyət tərzi və
formaları daha sərbəst olmuş, fərdiyyətin inkişafı baxımından
əlverişli şərait yaratmışdı.
Yeni dövr əxlaqının tədqiqatçıları (A. Hüseynov və s.)
onu, klassik burjua əxlaqı adlandırılmasına tərəf çıxırlar.
Burada əxlaqi hadisələrin həm təsnifatı, həm də məzmunu
yenidən nəzərdən keçirilir. Hər bir fərdin əxlaqi suverenliyi
əsaslandırılır, tələbatların ödənilməsi ideyası irəli çəkilir.
Əxlaqi qüvvələrin transsedentliyi inkar edilir, əxlaqın
obyektivliyi, ümumiliyi göstərilir. Mənəviyyatda həm istəklər,
arzular, xoşbəxt olmaq tələbatı, həm də ictimai borc və vəzifə,
ləyaqət anlayışları irəli çəkilir. Cavab gözləyən əsas məsələ -
mənəviyyat tək fərddə inkişaf edərək, vacib və məcburi sosial
qüvvəyə necə çevrilir? məsələsidir.
62
Göstərilir ki, burjua etikası əxlaqın xüsusi tarixi tipi
olaraq ictimai qaydaların fərdiyyətçi mahiyyətini göstərməklə
ayrı-ayrı fərdlərin eqoist meyllərini, bir də ziddiyyətlərin
həllində insan zəkasının müstəsna rolunun olmasını inamla
təsdiqləyir
1
.
Burada bir neçə nəzəri model yaranmışdır. Məsələn,
insanın əxlaqi təbiətini xarakterizə edən iki cərəyan meydana
gəlmişdir. Onlardan birincisini N.Makiavelli və T.Hobbs təmsil
edirdilər: göstərilirdi ki, insan təbiəti əzəldən pisdir və
korlanmışdır. Digər istiqaməti T.Mor və J.J.Russo təmsil
edərək, göstərirdilər ki, insan anadangəlmə yaxşı, xeyirxahlıdır.
Bununla belə hamı razılaşırdı ki, real, empirik insanın daxilində
eqoizm güclüdür. Hamı üçün aydın idi ki, cəmiyyət üzvləri
şərə, günaha batmış eqoist məxluqlardır. Klassik burjua
əxlaqında ruh cismaninin bir ifadəsi kimi başa düşülürdü. Ruh
vasitəsilə insan ətraf aləmi dərk edir, özünü ifadə etməyi
bacarırdı.
Rasionallığa malik ruh vasitəsilə insan öz daxili
imkanlarını ifadə edə bilir. Şərin qabağını tutmaq üçün insan
ağıllı və fəal olmalıdır. İnsan təbiəti kifayət qədər zəngindir ki,
öz daxili imkanlarını açıqlaya bilsin. Ağıl ehtirasları
tənzimləyir və insana öz taleyini idarə etmək fürsətini verir. Bu
dövrün etikası optimist sayıla bilər. Eqoist mahiyyətinə malik,
şər daşıyıcısı olan insan ağlının gücünə özünü kamilləşdirə
bilər. İntellekt gücü hesabına insan digər insanlarla ünsiyyət
yaradaraq qarşılıqlı fayda zəminində özünü kamilləşdirir.
İndi ayrı-ayrı tədqiqatçıların yaradıcılığına müraciət
edək. Cordano Bruno (1548-1600) öz əxlaqi ideyalarını
materialist panteizm üzərində qurur. İlk növbədə o, Allahın
deoloji anlamına qarşı çıxaraq, onu təbiətə, dünya prosesinə xas
olan bir bütövlülük kimi qiymətləndirir. Burada Bruno antik
dövrün atomistik fəlsəfəsinə, Platonun panteizm mövqeyindən
qiymətləndirilmiş təliminə, neoplatonizmə və mistikaya
1
Гусейнов А.А., Иррлиц Г. Краткая история этики. М.: 1987
63
müraciət edir. Brunonun fikrincə, təbii proseslərin əsas tərəfləri
bir-birinə əks olsa da, bütövlükdə vəhdət təşkil edir. Əxlaqi
dəyərlər də təbiətin inkişafının ayrılmaz bir hissəsidir.
Məlumdur ki, hələ Platon dövründən başlayaraq əxlaqi
davranış dünyanın teoloji mənzərəsinə daxil edilirdi. Bruno isə
ön plana səbəbiyyət prinsipini çəkirdi. Teoloji yanaşma
(məqsədyönlülük) insan fəaliyyətinin özünəməxsusluğunu heçə
endirirdi. İnsan cəmiyyətdə fəaliyyət göstərir, bu müstəqil bir
sahədir, insanın ictimai varlığı, onun tarixi təcrübəsidir.
Brunonun əsərlərində fərd və cəmiyyət vəhdət şəklində
götürülür və öyrənilir. Bu əlaqələr fərdin və ümuminin
vəhdətində özünü göstərir.
Məlumdur ki, Yeni dövrdə, eynilə İntibah dövründə fərd
hərtərəfli inkişaf etmiş, mədəni, azad bir şəxs kimi
qiymətləndirilirdi. Fərdin tələbatları, maraq və mənafeləri
zəngin idi və onun eqoizmini də bildirirdi. Brunonun etikasında
həmin fərd yaradıcı şəxsiyyət kimi öyrənilir və təhlil olunur.
Eqoistik fəaliyyəti seçmə insanların, qəhrəmanların yaradıcı
fəaliyyətindən fərqləndirmək lazımdır. Belə insanları o, Allaha
bənzədir.
Panteist yanaşmanın vacib tərəflərindən biri də subyekt-
obyekt münasibətlərin vəhdət şəklində götürülməsidir. İnsan,
subyekt olaraq qəhrəmanlıq zirvəsinə necə ucala bilər? Əsas
şərt – ruhun öz eqoist maraq və mənafelərindən uzaqlaşaq
cəmiyyətin maraqlarına doğru istiqamətlənməsidir. Brunonun
fikrincə insan fəaliyyəti əsasən üç mərhələdən keçir: hissi
qavrayışdan təxəyyülə, ondan ağlına, ağlından intellektə və
sonra – xalis təfəkkürə. Sonuncu mərhələdə ruh Allaha doğru
istiqamətlənir, vəhy dərəcəsinə qədər ucalır.
İnsanın yaradıcı fəaliyyətində eyni zamanda fərdi və
ictimai maraqlar uzlaşır. Əsil, real ictimai əlaqələr özgələşmiş
şüurun aradan qaldırılmasına səbəb olur. İradə və ağlın düzgün
tətbiqi ilahi başlanğıcı insanlarda daha möhkəmləndirir. Əxlaqi
cəhətdən kamil insan daima mübarizədə olur, yeniləşir, irəliyə
Dostları ilə paylaş: |