203
olan münasibətinin əsasını, insanın dünyagörüşünün, həyati
fəallığının motivasiyasının özəyini, “həyatın fəlsəfəsini” təşkil
edir.
M.Rokiç terminal (fərdi varlığının hansısa son məqsədi
layiqdir ki, ona can atım) və instrumental (fərdin hər hansı bir
hərəkəti və yaxud mövqeyi, keyfiyyəti istənilən vəziyyətdə
üstündür) dəyərlər siniflərini fərqləndirir. Bu bölgü dəyərlər-
məqsədlər və dəyərlər-vasitələr bölgüsünə uyğun gəlir.
Sorğu iştirakçısına iki siyahı verilir, hər birində dəyərlər
göstərilir. Hər dəyərə ranq nömrəsi verilir, əgər dəyərlər
kartoçkalara yazılıbsa, onda həmin kartoçkalar ranqına uyğun
olaraq əhəmiyyətinə uyğun olaraq, yerləşdirilir. Əvvəl terminal,
sonra isə instrumental dəyərlər göstərilir.
Təlimat: indi Sizə üstündə dəyərin adı yazılan 18
kartoçka veriləcək. Onları həyatda rəhbər tutduğunuz
prinsiplərə uyğun olaraq düzün.
Hər bir dəyərin adı ayrı vərəqədə qeyd olunub. Diqqətlə
onlara baxın, və hansı daha əhəmiyyətlidirsə, onu birinci yerə
qoyun. Sonra qiymətinətinə görə ikinci olan dəyəri seçin və onu
birincinin ardınca yerləşdirin. Bu qayda ilə bütün kartoçkaları
yerləşdirin .Ən əhəmiyyətlisi sona qalacaq və 18 –ci yeri
tutacaq.
Tələsmədən, düşünərək işləyin. İş prosesi zamanı siz öz
fikrinizi
dəyişsəniz,
kartoçkaların
yerlərini
dəyişərək
cavablarınızda düzəliş edə bilərsiniz. Son nəticə sizin həqiqi
mövqeyinizi əks etdirməlidir.
STİMULLAŞDIRICI MATERİAL
A siyahısı (terminal dəyərlər)
- fəal həyat (dolğun və emosional həyat)
- həyati müdriklik (həyat təcrübəsindən irəli gələn kamil
mühakimə və sağlam düşüncə)
204
- sağlamlıq (fiziki və psixi)
- maraqlı iş
- təbiətin və incəsənətin gözəlliyi (təbiətdə və
incəsənətdə olan gözəlliklərdən mütəəssir olmaq)
- məhəbbət (sevdiyin insanla mənəvi və fiziki yaxınlıq)
- maddi cəhətdən təmin edilmiş həyat (maddi
cətinliklərin yoxluğu)
- yaxşı və sadiq dostların olması
- cəmiyyətin rəğbəti (ətrafdakıların ,kollektivin,iş
yoldaşlarının hörməti)
- dərk etmə (öz təhsilini, dünyagörüşünü, umumi
mədəniyyətini,intellektual inkişafını genişləndirmək imkanı)
- məhsuldar həyat (öz imkanlarından, güc və
qabiliyyətlərindən tam istifadə)
- inkişaf (öz üzərində çalışma, daim fiziki və mənəvi
təkmilləşmə)
- əyləncələr (xoş və yorucu olmayan vaxt keçirmə,
öhdəçiliyin yoxluğu)
- azadlıq (müstəqillik, düşüncə və hərəkətlərdə
sərbəstlik)
- xoşbəxt ailə həyatı
- başqalarının səadəti ( başqa insanların, bütün xalqın,
bəşəriyyətin firavahlığı, inkişafı və təkmilləşməsi)
- yaradıcılıq (yaradıcı fəaliyyət imkanı)
- özünə inam (mənəvi tarazlıq, daxili ziddiyyətlərin və
tərəddüdlərin yoxluğu).
B siyahısı (instrumental dəyərlər)
-səliqə (təmizkarlıq), əşyaları sahmanlı saxlamaq
bacarığı, işində dürüstlük
- tərbiyə (yaxşı davranış),
- yüksək iddialar (həyata qarşı yüksək tələblər və yüksək
məqsədlər)
- gülərüzlük (yumor hissi)
205
- çalışqanlıq(intizamlılıq )
- müstəqillik (sərbəst, qətiyyətli hərəkət etmək bacarığı)
- özündə və başqalarında olan çatışmazlıqlara qarşı
barışmazlıq
-
savadlılıq (biliklər genişliyi, yüksək ümumi
mədəniyyət)
- məsuliyyət (öhdəlik hissi, verilən sözə əməl etmək
bacarığı)
- məqsədyönlülük (sağlam və məntiqli düşüncə,
düşünülmüş və məqsədyönlü qərarlar qəbul etmək bacarığı)
- özünənəzarət (təmkinlilik, intizamlılıq)
- öz fikir və baxışlarının müdafiəsində cəsarət
- möhkəm iradə (verdiyin qərarın üstündə durmaq
bacarığı, çətinliklərdən çəkinməmək)
- dözümlülük (başqalarının fikir və rəylərinə qarşı
dözümlülük, ətrafdakıların səhvlərini və nöqsanlarını
bağışlamaq bacarığı)
- dünyagörüşün genişliyi (özgəsinin nöqteyi-nəzərini
anlamaq bacarığı, başqa zövqlərə, adətlərə,vərdişlərə hörmət
etmək)
- dürüstlük (düzgünlük, səmimilik)
- işlərdə effektivlilik (əməksevərlik, işdə məhsuldarlıq)
-həssaslıq (qayğıkeşlik)
Metodikanın üstünlüyü müayinənin keçirilməsində,
nəticələrin tədqiqində və işlənilməsində olan universallıq,
rahatlıq
və
qənaətçilliyində,
elastikliyindədir
(həm
stimullaşdırıcı materialı (dəyər siyahıları), həm də təlimatları
dəyişmək imkanı var ). Nəzərə çarpan çatışmazlığı – sosial
istəyin təsiri, qeyri – səmimiliyin mümkünlüyü. Bu səbəbdən
də diaqnostikanın motivasiyası, test sınağının könüllü xarakteri
və psixoloqla yoxlanılan şəxsin arasında ünsiyyət bu halda
xüsusi rol oynayır. Bu metodikanın seçim və ekspertiza
məqsədi ilə istifadəsi məsləhət görülmür.
206
Göstərilən çatışmazlıqların aradan qaldırılması və
dəyərlərin seçilməsi sisteminə daha dərindən qatılmaq üçün
təlimatda dəyişikliklər mümkündür ki,bu da əlavə diaqnostik
informasiya verir və daha əsaslı nəticələr çıxarmağa imkan
yaradır. Belə ki, əsas seçimdən sonra sınanan şəxsdən aşağıdakı
suallara cavab verərək kartoçkaları düzməyi xahiş etmək olar:
«Adı gedən dəyərlər sizin həyatınızda hansı qaydada və
hansı dərəcədə (faizlə) reallaşmışdır?»
«Siz arzuladığınız kimi olsaydınız göstərilən dəyərləri
necə yerləşdirərdiniz?»
«Sizin fikrinizcə hər cəhətdən mükəmməl olan bir insan
bunu necə edərdi?»
«Sizcə insanların çoxu bunu necə edərdi?»
«Siz bunu 5 və ya 10 il əvvəl necə edərdiniz?»
«Siz bunu 5 və ya 10 il sonra necə edərdiniz?»
«Sizə yaxın adamlar bu kartoçkaları necə sıralayardılar?»
Dəyərlərin sırasını analız edərkən, sınanan şəxs
tərəfindən onların müxtəlif əsaslara görə bloklar üzrə
qruplaşdırmasına diqqət yetirmək lazımdır. Məsələn:
«Konkret» və «abstrakt» dəyərlər, şəxsi həyatın və
professional özünütəsdiqləmənin dəyərləri və s. Instrumental
dəyərlər etik dəyərlər, ünsiyyət dəyərləri, əmək dəyərləri,fərdi
və konformist dəyərlər,alturistik dəyərlər, özünütəsdiq və
başqalarını qəbul etmək dəyərləri və s. şəklində qruplaşa
bilərlər. Bu hələ dəyər oriehtasiyası sisteminin subyektiv
strukturlaşdırılmasının heç də bütün imkanlarını açıb göstərmir.
Psixoloq individual qanunauyğunluğu hiss etməyə çalışmalıdır.
Əgər heç bir qanunauyğunluq üzə çıxarmaq mümkün olmursa,
onda sınanan şəxsdə dəyərlər sisteminin formalaşmaması və
hətta cavabların qeyri – səmimiliyi barədə düşünmək olar.
Müayinəni fərdi şəkildə aparmaq daha yaxşıdır, lakin
qrup şəklində də testləşdirmə aparmaq olar.
Dostları ilə paylaş: |