23
İnsanı
və dünyanı xeyir və şər baxımından
qiymətləndirmək, yəni bunlara pis və yaxud yaxşı demək
olmaz. Xeyir və şər insanın özünə, dünyaya münasibətini
bildirir, məziyyətləri və onların əksi olanları göstərir. İnsan
qismətinə düşəni dəyişdirə bilməz, lakin onun öz taleyinə
münasibəti fərqli ola bilər. Xoşbəxtlik insanın düşdüyü
vəziyyətindən
yox,
onun
bu
vəziyyəti
necə
qiymətləndirməsindən asılıdır.
Stoiklər 4 məziyyəti əsas sayır: müdriklik, comərdlik,
sağlam düşüncə (mötədillik) və ədalətllilik. Müvafiq olaraq 4
əsas ehtiras göstərilir:
istəklər, qorxu, həzzalma, kədər.
Mənəvi dəyərlər müxtəlif dərəcədə əhəmiyyətli olduğu
üçün bunlar davranışda da müxtəlif şəkildə özünü ifadə edir.
Elə dəyərlər var ki, onlar daha üstün sayılır. Bu da insanın
mənəvi aləmindən asılıdır. Düzgün seçim etmək üçün müdrik
insana müraciət etmək lazımdır. Müdrik insanda bütün
məziyyətlər qabarıq şəkildə özünü göstərir. O, azaddır, çünki
müstəqil hərəkət edə bilir, qərar qəbul edir. O, təbiətin
qanunlarına uyğun yaşayır, daxili tarazlıq və rahatlıq həmin
uyğunluqdan irəli gəlir. Yeganə xoşbəxtlik – ruhun mətinli,
möhkəm olmasıdır.
Digər stoiklər –
Panetsi (e.ə. 185/110/09) və
Posidoni
(e.ə. 132-51/50) təbii tələbatların ödənilməsini də ali
məziyyətin zəruri tərəfin olduğunu qeyd edirdilər. Onlar
mənəvi-gözəl olanı həm də eyni zamanda faydalı olduğunu
qeyd edirdilər. Beləliklə, burada etikaya utilitar amil də əlavə
olundu. Ən ali məqsəd yaxşılıqdır, amma insanlar müxtəlif
olduğu üçün bu məqsədin də müxtəlif variantları qəbul edilir və
ona nail olma yolları seçilir. Nəzəri fəzilət bilikləri əldə
etməkdir. Praktiki yaxşılıq isə özünə və başqalarına qarşı
ədalətli olmaq, ümumi fayda naminə çalışmaq deməkdir.
Panetsi əxlaqi borcun 4 cürə olduğunu qeyd edir: 1.
həqiqəti və incəsənəti qavramaq və dərk etmək; 2. ədalət və
dövlət səviyyəsində fəzilət; 3. ruhun ali yetkinliyi və mətinliyi;
25
nəzərdə tutur. Seneka yazırdı ki, “biz ümumi, nəhəng təbiətin
hissələriyik. Təbiət bizi qarşılıqlı sevgi üçün yaratmış, bizi
ünsiyyətcil etmiş, bizə düzgün və ədalətli olanı başa salıb,
mərhəmətli olmağı öyrətmişdir”.
Düzdür, cəmiyyətdə formalaşmış iqtisadi, siyasi və
digər münasibətlər həm də düşmənçiliyə və nifrətə səbəb
olmuşdur. Buna baxmayaraq hər birimizin qəlbində vicdan
yaşamaqdadır. Burada güclü iradə lazımdır ki, insan özündə
lazımi qüvvələr tapsın. Əxlaqlı olmaq üçün əxlaqi tərbiyə
almaq lazımdır. İnsan öz daxili mənəvi özəyini formalaşdırmalı
və möhkəmləndirməlidir. (Özünükamilləşdirmə yolu müəyyən
dini çalarlara da malikdir).
Skeptisizm etikasının nümayəndələri həm epikürçu, həm
də stoiklərin etik ideyalarına yaxın bir mövqedə dururdular.
Onlar mənəviyyatın, xoşbəxtliyin mənbəyini fərdin özünü
dərketməsində, həyatın mənasını isə fərdin müstəqilliyində,
özü-özünə uyğun olmasında, ruhun dönməzliyi və sabitliyində
görürdülər. Stoiklər göstərirdilər ki, təbiət dərkedilməzdir,
burada zərurət və azadlığın nisbətinin necəliyi bizə məlum
deyil. Deməli, burada soyuqqanlığın mənbəyi insanın
zəkasındadır.
Skeptisizm cərəyanının banisi sayılan
Pirron (e.ə. IV-
III) haqqında onun sagirdi
Timon (e.ə. 320-230) yazır ki, Pirron
yeni skeptik əxlaqi idealı yarada bilmişdir. Skeptisizmin
tanınmış nümayəndələrindən biri
Sekst Empirik (e.ə. II əsrin
ikinci yarısı – III əsrin birinci yarısı) hesab olunur. Timon
hesab edirdi ki, təbiətlə, ətraf aləmlə bağlı biz üç suala cavab
verməyə hazır olmalıyıq. 1.
Şeylərin mahiyyəti, təbiəti nədir? 2.
Bunlara bizim münasibətimiz necə olmalıdır? 3. Həmin
münasibətdən qazandığımız fayda nədədir? Qoyulan hər bir
məsələ üzrə əks fikir yürütmək olar, hansılar ki, bir-birini
istisna edəcəkdir. Dünya buna görə də dərk oluna bilməz, çünki
bir-birinə əks mövqelər var. Mühakimə yürütməkdən özünü
saxlamaq bu vəziyyətdə çıxış yolu sayıla bilər. Qərar