Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə26/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   180

 

~ 78 ~ 


 

dır.  Daha  yaxĢı  nəticə  suvarmanı  torpağa  gübrələr,  xüsusilə  də 

mikroelementlər verilməsi ilə əlaqələndirdikdə alınır. 

 Yağıntıların miqdarı 350-450mm olan üzümçülük rayonlarında 

aparılan  2-3  suvarma  məhsulu  1,5-2  dəfə  artırmaqla,  onun  və 

alınan  Ģərabın  keyfiyyətini  xeyli  yüksəldir.  Suvarma  ümumi 

aqrofonda  gilənin  normal  dolmasını    və  Ģəkər  toplamasını 

yaxĢılaĢdırır.  Quraqlıq  illərdə  baĢa  çatan  suvarmalar  məhsulun 

azalmasına,  üzümün,  eləcə  də  Ģərabın  keyfiyyətinin  pisləĢməsinə 

səbəb  olur.  Məhsul  yığımına  bir  qədər  qalmıĢ  aparılan  gec 

suvarmalar  da  buna  oxĢar  nəticə  verir.  Sonuncu  suvarma,  məhsul 

yığımına 20-30  gün, daĢlı torpağa malik  quraq  rayonlarda isə 12-

15 gün qalmıĢ baĢa çatdırılmalıdır.  

Suvarmanın  tətbiqi  yalnız  üzümün  məhsuldarlığını  yüksəltmək 

üçün  deyil,  onun  xammal  keyfiyyətini  yaxĢılaĢdırmaq  üçün  də 

lazımdır.  Lakin  həddindən  yüksək  nəmlik  gilənin  Ģirəliliyini 

yüksəldir,  Ģirə  çıxımını  artırır,  gilə  lətinin  sıxlığı  azalır,  qabıq 

nazilir, Ģəkərlik azalır, rəng və ətir zəifləyir. Rütubət azaldıqda gilə 

Ģirəsinin miqdarı azalır, lət daha sıx olur, qabıq qalınlaĢır, Ģəkərlik 

yüksəlir,  gilənin  ətri və  rəngi  güclənir.  Belə üzümdən qurutmada, 

spirtsiz məhsullar istehsalında, həmçinin daha ekstraktlı, yaxĢı sort 

ətrinə  malik,  ağır  Ģərablar  hazırlanmasında    istifadə  yaxĢı  nəticə 

verir.  

Üzümün  xəstəlik  və  zərərvericiləri,  üzümlüklərə  xeyli  ziyan 

vurmaqla, üzümün və onun məhsulunun keyfiyyətini kəskin aĢağı 

salır.  Üzümün  xəstəliklərindən  daha  geniĢ  yayılanları  mildiu, 

oidium  və  boz  çürümədir.  Bu  xəstəliklərin  geniĢ  yayılması 

məhsulu kəskin azaldır və ya məhv edir. 

Mildiu yağıĢlı illərdə, bol Ģehli nəm yerlərdə və dumanlı havada 

sürətlə  inkiĢaf  edir.  Xəstəlik  üzümün  yarpaqlarına  yoluxduqda 

onun  yetiĢməsini  ləngidir  və  ya  tamamilə  dayandırır.  Əgər  tənək 

yarpaqsız qalırsa, yetiĢməmiĢ gilələr quruyur. 

Yarpaq  və  çiçəyə  nisbətən  gilələr  mildiu  xəstəliyinə  çox  az 

yoluxurlar. 

YetiĢkənlik  dərəcəsindən  asılı  olaraq  gilənin 

xəstələnmə  əlamətləri  də  müxtəlif  olur.  YetiĢməmiĢ  yaĢıl  gilələr 

bürüĢür,  tünd-qonur  rəng  alır,  tədricən  quruyur  və  tökülür. 



 

~ 79 ~ 


 

Yığımda  belə  gilələr  ayrılmalı  və  yandırmalıdır.  Böyüməsi  baĢa 

çatmıĢ gilə yetiĢmə dövründə xəstəliyə yoluxarsa, sulu olur, qabığı 

qonurlaĢır, gilələr çürüyür, bürüĢür və quruyur. 

Mildiu xəstəliyinə  yoluxmuĢ  üzümdən alınan Ģərab spesifik  acı 

tama  və  xoĢagəlməz  iyə  malik  olur.  Qırmızı  Ģərabların  rəngi 

pisləĢir, ağ Ģərablar sarı  çalarlı  və  solğun olur.  Belə Ģərablar çətin 

durulur, xəstəliklərə davamsız olmaqla, azotlu maddələrin patogen 

mikroorqanizmlərlə  yaxĢı  mənimsənilən  yüksək  miqdarına  malik 

olur. 


Əgər  xəstəliklə  gilələr  deyil,  yalnız  yarpaqlar  yoluxarsa, 

üzümün  keyfiyyəti  aĢağı  düĢür.  O,  az  Ģəkərə,  çoxlu  turĢuya, 

həddindən artıq pektin maddələrinə malik, davamsız Ģərab verir. 

Oidium güclü inkiĢaf etdikdə yalnız yarpaqları deyil, salxımları 

da  yoluxdurur.  YaĢıl  gilələr  solur,  bürüĢür  və  quruyur.  Nisbətən 

yetiĢmiĢ  gilə  yoluxduqda  qabıq  kobudlaĢır,  nazilir,  gilənin  daxili 

hissəsinin  böyüməsi  davam  etdiyindən,  qabıq  parçalanır.  Gilələr 

partlayır,  çatlar  bəzən  toxuma  qədər  gedir  və  belə  gilələr  adətən 

quruyur. Çatlar dərin olmayanda bitiĢir və gilələr yetiĢə bilir. Lakin 

belə  gilələr  normal  ölçüyə  çatmayıb,  az  Ģirəli,  kobud  qabıqlı  olur 

və bununla əlaqədar Ģirə çıxımı da azalır. 

Kif  köbələklərinin  törətdiyi  oidium  xəstəliyi  çürük  balıq  iyinə 

malik  olub,  həmin  iyi  Ģirə  və  Ģəraba  verir.  Belə  üzümdən  alınan 

Ģirə  və  Ģərab  kobud  dadı,  xoĢagəlməz  büzüĢdürücülüyü  və  acılığı 

ilə  fərqlənir.  Qabıqdakı  rəng  maddələrinin  parçalanması  hesabına, 

qırmızı Ģərabların rəngi pisləĢir. Üzümün yetiĢməsi üçün əlveriĢsiz 

olan  illər,  yəni  bol  yağıntı  və  aĢağı  tempraturlu  payız,  ağ  və  boz 

çürümə  xəstəliyinin  də  (kiflərin-  pensillium,  aspergillus,  mukor) 

inkiĢafına  səbəb  ola  bilir.  ÇürümüĢ  və  kiflənmiĢ  üzümdə 

fermentlər toplanır ki, onlar Ģirə və Ģərabda oksidləĢmə proseslərini 

surətləndirir. Belə məhsulda həddindən çox oksidləĢmə məhsulları 

əmələ  gəlir  və  bu  oksidləĢmə  nöqsanı  yarada  bilir.  ÇürümüĢ 

üzümdən  alınan  Ģirə,  göbələyin  konidilərinə  malik  olur.  Onlar 

Ģirədə  inkiĢaf  etdikdə,  onlardan  ayrılan  məhsullar  qıcqırmaya 

ləngidici təsir edir. Ona görə də yoluxmuĢ üzümdən alınan Ģirə pis 

qıcqırır. ġərab xoĢagəlməyən, çətin düzələn kif tamı verir. 



 

~ 80 ~ 


 

Həşarat və digər zərərvericilər, üzüm bitkisinin salxım, çiçək, 

yarpaq  və  baĢqa  hissələrini  yeyir,  onun  inkiĢafını  ləngidir,  hazır 

məhsulu  məhv  edir.  Gilə  zədələndikdə  (xüsusilə  yetiĢmiĢ  vəziy-

yətdə)  həmin  yerdə  kiflər  inkiĢaf  edib,  məhsulun  nöqsanını  əmələ 

gətirir. 

Üzüm  bəzi  həĢaratlarla,  məsələn,  yarpaqbükən  tırtılla 

zədələndikdə,  alınan  Ģirə  və  Ģərab  xoĢagəlməz  spesifik  acı  tam 

verir,  uçucu  turĢuların  yüksək  miqdarına  malik  olmaqla 

xəstəliklərə  davamsız  olur.  Üzüm  bitkisinin  kökü  filoksera  ilə 

zədələnərsə,  onun  ümumi  böyümə  gücü  zəifləyir,  gilənin  yetiĢmə 

prosesi  pozulur,  ondan  alınan  Ģirənin  tərkibi  arzu  olunmaz 

istiqamətdə dəyiĢir. 

 

2.3. 

Üzümün yetişməsi və bu zaman baş verə



proseslər

 

YetiĢmə zamanı üzümün texnoloji xassələrinin formalaĢması bir 

neçə  mərhələdə  gedir.  YetiĢmənin  baĢlanğıc  mərhələsində  salxım 

və  gilənin  böyüməsi  yavaĢ  gedir,  sonra  böyümə  dayanır  və 

salxımın saplağı oduncaqlaĢmağa baĢlayır. YetiĢmənin baĢlanması 

aĢağıdakı xarici əlamətlərlə xarakterizə olunur: gilə yumĢalır, sorta 

məxsus  rəng  alır,  qabıq  daha  zərif  və  Ģəffaf  olur,  epidermisin 

kutikulasında  mum  təbəqəsi  yaranır  ki,  bu  da  giləni  çürüməkdən 

qoruyur.  Toxum  qəhvəyi  rəng  alır,  suyu  itirir,  ölçüsü  kiçilir, 

toxumasının  hüceyrə  qılafı  nazilir,  onlarda  enotaninin  miqdarı 

yüksəlir.  

YetiĢkənlik dərəcəsinin vacib  göstəricisi gilə Ģirəsinin Ģəkər və 

turĢuluğudur. YetiĢmə dövründə salxıma  yarpaqlardan çoxlu  miq-

darda karbohidratlar daxil olur. Ona görə də gilə Ģirəsində Ģəkərin 

miqdarı surətlə artır və yetiĢmənin sonuna Ģəkərin gündəlik artımı 

ən  böyük  qiymət  (100ml-ə  0,5q)  alır.  ġəkərin  tərkibi  əsasən 

qlükoza  və  fruktozadan  ibarətdir.  YetiĢmə  dövründə  onların  bir-

birinə  olan  nisbəti  də  dəyiĢir.  Belə  ki,  yetiĢmənin  baĢlanğıcında 

fruktoza  az  miqdarda  olur.  Sonra  o,  sirətlə  toplanmağa  baĢlayır. 

Gilənin  dolma  vaxtı  isə  qlükozanın  fruktozaya  nisbəti  vahidə 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə