~ 84 ~
Əgər sahədə bir neçə üzüm sortu varsa (qarıĢıq əkinlərdə) onda
yetiĢmə üzərində müĢahidə hər sort üzrə ayrıca aparılır.
GötürülmüĢ orta nümunələr dərhal zavod laboratoriyasına
gətirilib sıxılır. Bu zaman 1 kq üzümdən 550-600 ml Ģirə ayrılma-
lıdır. Alınan Ģirə kifayət qədər durulanadək süzgəcdən keçirilir.
SüzülmüĢ Ģirənin bütün növləri qarıĢdırılır. Sonra ondan Ģəkərliyi
və titrləĢən turĢuluğu təyin etmək üçün nümunələr götürülür.
ġirənin Ģəkərliyi sıxlığa görə areometrin köməyi ilə, yaxud
refraktometrdə təyin olunur. ġirədə Ģəkərin miqdarı 100 ml-ə
qramla ifadə olunub, onda bir dəqiqliklə təyin olunur.
TitrləĢən turĢuluq indiqator iĢtirakı ilə birbaĢa titrləmə üsulu və
ya elektrometrik titrləĢdirmə ilə təyin olunur. O, 1000 ml-də
qramla ifadə olunub, Ģərab turĢusuna çevrilməklə ifadə edilir.
Sahə metodu. Bu halda Ģirənin Ģəkərliyi gəzdirilə bilən sahə
refraktometrinin köməyi ilə təyin olunur. Üzümlüyün tədqiq
olunan sahəsində cərgə boyu gedilir və tənəyin müxtəlif
yüksəkliyində yerləĢən cəhətliyi və iĢıqlanması ilə fərqlənən
salxımlardan bir gilə qoparılır.
Refraktometrin prizması təmizlənir və sıxılmıĢ Ģirədən üzərinə
bir damla salınıb baxılır. Hər bir gilə üçün tapılan Ģəkərliyin
miqdarına görə orta qiymət hesablanır. Bu tədqiq olunan sahədə
üzümün yetiĢmə vəziyyətini xarakterizə edir. Bu metodla düzgün
nəticə əldə etmək üçün çoxlu miqdarda gilənin Ģəkərliyini tədqiq
etmək lazımdır. Adətən hər bir nəzarət sahəsində 20-40 gilənin
Ģəkərliyi təyin edilir.
Üzümün yetiĢməsini təyin etmək üçün bunlardan baĢqa,
orqanoleptiki üsuldan da istifadə olunur. Bu, məhsulun yetiĢməsi
haqqında bir qədər təqribi məlumat verir. Orqanoleptiki üsulda
gilənin xarici görünüĢünə və dadına baxılır. Gilə yetiĢdikdə
ĢəffaflaĢır və nazilmiĢ qabıqdan lətin damarları görünür. Suda həll
olmayan maddələrin miqdarı azaldığından gilə daha da yumĢalır və
Ģirəli olur. ġirə özünün kəskin turĢ dadını itirir. Qabıq asanlıqla
lətdən ayrılır, toxum bərkiyir və onun bütün sahəsi qəhvəyi rəng
alır.
Gələcək Ģirənin və digər emal məhsullarının keyfiyyəti yığımın
~ 85 ~
düzgün aparılmasından asılıdır. Yığım sortlar üzrə aparılır,
müxtəlif sortların və eləcə də müxtəlif rəngli gilələrə malik
üzümün qarıĢdırılmasına icazə verilmir. Əgər üzüm eyni vaxtda
yetiĢirsə – kütləvi yığım; müxtəlif vaxtlarda yetiĢirsə – seçmə
yığım aparılmalıdır.
Sortundan, meteoroloji Ģəraitdən və alınan məhsulun növündən
asılı olaraq, üzümün yığılması və emalının davam etməsi 15-20
gündür. Yığım vaxtı hava Ģəraiti də nəzərə alınmalıdır. Havanın
optimal temperaturu 16-20
0
C olmalıdır. Güclü Ģeh düĢdükdə, eləcə
də yağıĢ yağdıqda yığım aparılmamalıdır. Çünki düĢən çöküntülər
gilə Ģirəsinin qatılığının azalmasına səbəb olur. Bu halda üzüm
yığımı Ģirənin Ģəkərliyi normaya çatana qədər, yəni bir neçə
günlüyə təxirə salınır. Kif göbələkləri güclü inkiĢaf edən yağmurlu
illərdə yığım aparılarkən üzüm sortlaĢdırılır. ÇürümüĢ, qurumuĢ,
yetiĢməmiĢ gilə və salxım hissələri ayrılır. Əgər üzümlüklərdə
çürümüĢ gilə və salxımlar çox olarsa, əvvəlcə sağlam salxımlar
seçilib yığılmalı, sonra kütləvi yığım aparılmalıdır.
Yığımda Ģirəyə xoĢagəlməz ton verən yaĢıl və quru yarpaqların
üzümə düĢməsinin qarĢısı alınmalıdır.
Üzümün yığılması əllə və maşınla aparıla bilər. Əllə yığım 6-9
nəfər yığıcıdan ibarət manqalarla aparılır(Ģəkil 2.1.). Qabaqda daha
ixtisaslaĢmıĢ yığıcılar gedərək, sort qarıĢığı və deffektli salxımları
(çürümüĢ, yetiĢməmiĢ) yığır. Sonra sağlam kondinsiyalı üzümün
kütləvi yığımını aparan yığıcılar gedir. Üzüm səbətlərə yaxud
yeĢiklərə yığılır. Daha əlveriĢlisi tutumu 10-12 kq olan taralardır.
Salxımlar saplaqdan, xüsusi qayçı yaxud bıçaqla kəsilir(Ģəkil 2.2.).
DolmuĢ taralar cərgə arasından bir-birindən 25 m məsafədə
yerləĢən, ötürücü-qəbuledici bunkerə boĢaldılır. DoldurulmuĢ
bunker cərgə aralarından çıxarılır və emal zavodlarına aparan
daĢıyıcı konteynerlərlə yüklənir. Lakin bu, az məhsuldar olub, ağır
əl əməyi tələb edir. Hazırda üzüm məhsulunun yığılmasını
mexanikləĢdirmək üzrə iĢlər aparılır. Bu müxtəlif üzüm yığan
maĢınlardan istifadəyə əsaslanır.
~ 86 ~
Şəkil 2.1. Üzümün əllə yığılması
Maşınla yığım. Tənəkdən salxım və giləni ayırma üsullarına
görə fərqlənən maĢınlardan istifadə olunur. Onlar iĢ prinsipinə görə
kəsən, dartıb qoparan, pnevmatik, (sovuran yaxud üfürən),
silkələyən yaxud tədrici silkələyən və s. olur. MaĢınlar üzümün
sortundan, coğrafi Ģəraitdən və s. asılı olaraq seçilir. Üzümün
yığılmasında tətbiq olunan maĢınların hər tipinin müəyyən
üstünlüyü və çatıĢmazlığı mövcuddur (Ģəkil 2.3). Silkələyici
maĢınlarla üzümü yığdıqda tənəyin, maĢının iĢçi kamerası ilə
tutulan hissəsi intensiv silkələnir. Nəticədə gilə daraqdan ayrılır,
nəqletdirici lentlə diyirlədilir və tutucuya düĢür. Gilə ilə birlikdə
düĢən vegativ hissələr (yarpaq, zoğ, gövdə qırıntıları və s.) iĢçi
kamerası boyunca hava axını ilə sovrulur. Qalıqlardan təmizlənmiĢ
məhsul nəqletdirici lentlə qəbuledici bunkerə verilir, oradan isə
toplandıqca emal zavodlarına gətirmək üçün nəqliyyat vasitələrinə
yüklənilir. Bu maĢınların çatıĢmazlığı, tənəyə və Ģpalerin
dayaqlarına güclü silkələyici təsir etmələridir.
Pnevmatik maĢınlar gilə və salxımı sovurmaq, yaxud hava axını
ilə qoparmaq hesabına yığırlar. Onların yaxĢı iĢləməsini təmin
etmək üçün, salxımlar yerləĢən zonadakı yarpaqlar əvvəlcədən
kənar edilməlidir. Bu iĢdə məqsəd onların yığıma mane olmasının
Dostları ilə paylaş: |