Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə28/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   180

 

~ 84 ~ 


 

Əgər sahədə bir neçə üzüm sortu varsa (qarıĢıq əkinlərdə) onda 

yetiĢmə üzərində müĢahidə hər sort üzrə ayrıca aparılır. 

GötürülmüĢ  orta  nümunələr  dərhal  zavod  laboratoriyasına 

gətirilib sıxılır. Bu zaman 1 kq üzümdən 550-600 ml Ģirə ayrılma-

lıdır.  Alınan  Ģirə  kifayət  qədər  durulanadək  süzgəcdən  keçirilir. 

SüzülmüĢ  Ģirənin  bütün növləri  qarıĢdırılır.  Sonra  ondan  Ģəkərliyi 

və titrləĢən turĢuluğu təyin etmək üçün nümunələr götürülür. 

ġirənin  Ģəkərliyi  sıxlığa  görə  areometrin  köməyi  ilə,  yaxud 

refraktometrdə  təyin  olunur.  ġirədə  Ģəkərin  miqdarı  100  ml-ə 

qramla ifadə olunub, onda bir dəqiqliklə təyin olunur. 

TitrləĢən turĢuluq indiqator iĢtirakı ilə birbaĢa titrləmə üsulu və 

ya  elektrometrik  titrləĢdirmə  ilə  təyin  olunur.  O,  1000  ml-də 

qramla ifadə olunub, Ģərab turĢusuna çevrilməklə ifadə edilir. 



Sahə  metodu.  Bu  halda  Ģirənin  Ģəkərliyi  gəzdirilə  bilən  sahə 

refraktometrinin  köməyi  ilə  təyin  olunur.  Üzümlüyün  tədqiq 

olunan  sahəsində  cərgə  boyu  gedilir  və  tənəyin  müxtəlif 

yüksəkliyində  yerləĢən  cəhətliyi  və  iĢıqlanması  ilə  fərqlənən 

salxımlardan bir gilə qoparılır. 

Refraktometrin  prizması  təmizlənir  və  sıxılmıĢ  Ģirədən  üzərinə 

bir  damla  salınıb  baxılır.  Hər  bir  gilə  üçün  tapılan  Ģəkərliyin 

miqdarına  görə  orta  qiymət  hesablanır.  Bu  tədqiq  olunan  sahədə 

üzümün  yetiĢmə  vəziyyətini  xarakterizə  edir.  Bu  metodla  düzgün 

nəticə  əldə  etmək  üçün  çoxlu  miqdarda  gilənin  Ģəkərliyini  tədqiq 

etmək  lazımdır.  Adətən  hər  bir  nəzarət  sahəsində  20-40  gilənin 

Ģəkərliyi təyin edilir. 

Üzümün  yetiĢməsini  təyin  etmək  üçün  bunlardan  baĢqa, 

orqanoleptiki üsuldan da istifadə olunur. Bu, məhsulun yetiĢməsi 

haqqında  bir  qədər  təqribi  məlumat  verir.  Orqanoleptiki  üsulda 

gilənin  xarici  görünüĢünə  və  dadına  baxılır.  Gilə  yetiĢdikdə 

ĢəffaflaĢır və nazilmiĢ qabıqdan lətin damarları görünür. Suda həll 

olmayan maddələrin miqdarı azaldığından gilə daha da yumĢalır və 

Ģirəli  olur.  ġirə  özünün  kəskin  turĢ  dadını  itirir.  Qabıq  asanlıqla 

lətdən  ayrılır,  toxum  bərkiyir  və  onun  bütün  sahəsi  qəhvəyi  rəng 

alır. 


Gələcək Ģirənin və digər emal məhsullarının keyfiyyəti yığımın 


 

~ 85 ~ 


 

düzgün  aparılmasından  asılıdır.  Yığım  sortlar  üzrə  aparılır, 

müxtəlif  sortların  və  eləcə  də  müxtəlif  rəngli  gilələrə  malik 

üzümün  qarıĢdırılmasına  icazə  verilmir.  Əgər  üzüm  eyni  vaxtda 

yetiĢirsə  –  kütləvi  yığım;  müxtəlif  vaxtlarda  yetiĢirsə  –  seçmə 

yığım aparılmalıdır. 

Sortundan, meteoroloji  Ģəraitdən  və  alınan məhsulun  növündən 

asılı  olaraq,  üzümün  yığılması  və  emalının  davam  etməsi  15-20 

gündür.  Yığım  vaxtı  hava  Ģəraiti  də  nəzərə  alınmalıdır.  Havanın 

optimal temperaturu 16-20

0

C olmalıdır. Güclü Ģeh düĢdükdə, eləcə 



də  yağıĢ  yağdıqda  yığım aparılmamalıdır. Çünki düĢən çöküntülər 

gilə  Ģirəsinin  qatılığının  azalmasına  səbəb  olur.  Bu  halda  üzüm 

yığımı  Ģirənin  Ģəkərliyi    normaya  çatana  qədər,  yəni  bir  neçə 

günlüyə təxirə salınır. Kif göbələkləri güclü inkiĢaf edən yağmurlu 

illərdə  yığım  aparılarkən  üzüm  sortlaĢdırılır.  ÇürümüĢ,  qurumuĢ, 

yetiĢməmiĢ  gilə  və  salxım  hissələri  ayrılır.  Əgər  üzümlüklərdə 

çürümüĢ  gilə  və  salxımlar  çox  olarsa,  əvvəlcə  sağlam  salxımlar 

seçilib yığılmalı, sonra kütləvi yığım aparılmalıdır. 

Yığımda Ģirəyə xoĢagəlməz ton verən yaĢıl və quru yarpaqların 

üzümə düĢməsinin qarĢısı alınmalıdır. 

Üzümün yığılması əllə və maşınla aparıla bilər. Əllə yığım 6-9 

nəfər yığıcıdan ibarət manqalarla aparılır(Ģəkil 2.1.). Qabaqda daha 

ixtisaslaĢmıĢ yığıcılar gedərək, sort qarıĢığı və deffektli salxımları 

(çürümüĢ,  yetiĢməmiĢ)  yığır.  Sonra  sağlam  kondinsiyalı  üzümün 

kütləvi  yığımını  aparan  yığıcılar  gedir.  Üzüm  səbətlərə  yaxud 

yeĢiklərə  yığılır.  Daha  əlveriĢlisi  tutumu  10-12  kq  olan  taralardır. 

Salxımlar saplaqdan, xüsusi qayçı yaxud bıçaqla kəsilir(Ģəkil 2.2.). 

DolmuĢ  taralar  cərgə  arasından  bir-birindən  25  m  məsafədə 

yerləĢən,  ötürücü-qəbuledici  bunkerə  boĢaldılır.  DoldurulmuĢ 

bunker  cərgə  aralarından  çıxarılır  və  emal  zavodlarına  aparan 

daĢıyıcı konteynerlərlə yüklənir. Lakin bu, az məhsuldar olub, ağır 

əl  əməyi  tələb  edir.  Hazırda  üzüm  məhsulunun  yığılmasını 

mexanikləĢdirmək  üzrə  iĢlər  aparılır.  Bu  müxtəlif  üzüm  yığan 

maĢınlardan istifadəyə əsaslanır. 

 



 

~ 86 ~ 


 

 

 



Şəkil 2.1. Üzümün əllə yığılması 

 

Maşınla  yığım.  Tənəkdən  salxım  və  giləni  ayırma  üsullarına 

görə fərqlənən maĢınlardan istifadə olunur. Onlar iĢ prinsipinə görə 

kəsən,  dartıb  qoparan,  pnevmatik,  (sovuran  yaxud  üfürən), 

silkələyən  yaxud  tədrici  silkələyən  və  s.  olur.  MaĢınlar  üzümün 

sortundan,  coğrafi  Ģəraitdən  və  s.  asılı  olaraq  seçilir.  Üzümün 

yığılmasında  tətbiq  olunan  maĢınların  hər  tipinin  müəyyən 

üstünlüyü  və  çatıĢmazlığı  mövcuddur  (Ģəkil  2.3).  Silkələyici 

maĢınlarla  üzümü  yığdıqda  tənəyin,  maĢının  iĢçi  kamerası  ilə 

tutulan  hissəsi  intensiv  silkələnir.  Nəticədə  gilə  daraqdan  ayrılır, 

nəqletdirici  lentlə  diyirlədilir  və  tutucuya  düĢür.  Gilə  ilə  birlikdə 

düĢən  vegativ  hissələr  (yarpaq,  zoğ,  gövdə  qırıntıları  və  s.)  iĢçi 

kamerası boyunca hava axını ilə sovrulur. Qalıqlardan təmizlənmiĢ 

məhsul  nəqletdirici  lentlə  qəbuledici  bunkerə  verilir,  oradan  isə 

toplandıqca emal zavodlarına gətirmək üçün nəqliyyat vasitələrinə 

yüklənilir.  Bu  maĢınların  çatıĢmazlığı,  tənəyə  və  Ģpalerin 

dayaqlarına güclü silkələyici təsir etmələridir. 

Pnevmatik maĢınlar gilə və salxımı sovurmaq, yaxud hava axını 

ilə  qoparmaq  hesabına  yığırlar.  Onların  yaxĢı  iĢləməsini  təmin 

etmək  üçün,  salxımlar  yerləĢən  zonadakı  yarpaqlar  əvvəlcədən 

kənar edilməlidir. Bu iĢdə məqsəd onların  yığıma mane olmasının  



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə