Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə30/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   180

 

~ 91 ~ 


 

nüvəsi 2 mkm diametrə, Ģar, yaxud ellepsvari formaya malik olur. 

Hüceyrədə onun yeri hüceyrənin həyat fəaliyyəti prosesində dəyiĢə 

bilir. Nüvənin əsas kimyəvi birləĢməsi DNT-dir. DNT-ilə nəsildən-

nəsilə  genetik  materiallar  ötürülür.  Nüvədə  DNT-ə  nisbətən  az 

miqdarda  RNT  də  tapılır.  Nüvə  həmçinin  nuklein  turĢuları  ilə 

əlaqədar  olmayan  zülallara  da  malikdir.  Hüceyrə  çoxalarkən 

nüvədə DNT-yə malik xromosomlara rast gəlinir. 



Mayaların  həyat  mərhələləri.  Mayaların  5  əsas  inkiĢaf 

mərhələsi (fazası) fərqləndirilir. Ġlk (baĢlanğıc), loqarifm, stasionar, 

aclıq və məhvolma. 

İlk  mərhələ  (laq-faza)-bu  mərhələ,  mayaların  qida  mühitinə 

düĢməsindən, onların yüksək artımına qədər olan dövrü əhatə edir. 

Maya hüceyrələrinin iriliyi  artır, onlarda zülallar, nuklein turĢuları 

toplanır,  fermentlər  enerjili  Ģəkildə  sintez  olunur.  Laq-faza  10-20 

saat davam edir. 

Loqarifma  fazası,  mayaların  maksimum  sürətlə  çoxalması  ilə 

xarakterizə olunur. Hüceyrənin ölçüsü minimum olub, daha yüksək 

fizioloji  fəallığa  malik  olur.  Bütün  qida  maddələri  yeni 

hüceyrələrin yaranmasına sərf edilir. 2-ci faza, xarici mühitdən və 

hüceyrə irqinin genetik keyfiyyətindən asılı olaraq 1-2 gündən 4-5 

günə qədər davam edə bilir. 



Stasionar faza (qıcqırma fazası), canlı orqanizmlərin sabit sayı 

ilə  xarakterizə  olunur.  Spirt  qıcqırması  Ģiddətli  getməklə,  mühitdə 

Ģəkər  olduğu  müddətdə  davam  edir.  Maya  hüceyrəsi  iri  olmaqla, 

onda yağ və qlikogen kimi ehtiyat qida maddələri toplanır.  



Aclıq  mərhələsi,  qıcqırma  qurtaran  kimi  baĢlayır.  Bu  halda, 

mayalar  ehtiyat  qlikogen  hesabına  müəyyən  müddət  öz  həyat 

fəaliyyətini  davam  etdirir  və  spirtin  miqdarını  bir  qədər  artırırlar. 

Sonra hüceyrənin ölçüsü kiçilir, qılaf möhkəmlənir, hüceyrədə yağ 

damlaları  görünür,  nüvə  və  vakuollar  aydın  seçilir.  Bu  mərhələdə 

hüceyrə həyat qabiliyyətini saxlamıĢ olur. 



Məhv olma mərhələsi, həyat dövrünə son qoyur. Bu mərhələdə 

canlı  hüceyrələrin  miqdarı  azalıb,  ölülər  artır.  Ölü  hüceyrələrdə 

plazma  hüceyrə  qılafından  ayrılıb,  mərkəzə  toplanır.  Avtoliz 

olunmuĢ  hüceyrələr  görünməyə  baĢlayır.  Həmin  hüceyrələrdə  də 




 

~ 92 ~ 


 

öz fermentlərinin təsiri ilə komponentlərin parçalanması gedir. 

Maya  hüceyrəsinin  məhv  olması  aĢağıdakı  səbəblərdən  ola 

bilər: a) plazmoliz; b) sitorriz; v) avtoliz. 

Plazmoliz  o  vaxt  baĢ  verir  ki,  hüceyrənin  əhatə  olunduğu 

mühitin qatılığı hüceyrə Ģirəsinin qatılığından yüksək olur. 

Əgər  plazmolizdə  protoplazma  qılafdan  ayrılıb  mərkəzə 

toplanırsa, sitorriz halında qılafdan ayrılmır. Sitorriz geri dönən və 

dönməyən ola bilər. 

Avtoliz  öz-özünə  həll  olmadır.  Temperatur  yüksəldikcə  və 

hidrogen ionlarının qatılığı azaldıqca avtoliz sürətlənir. 

Spor əmələ gətirmə. Hüceyrələrin cinsi çoxalma prosesidir. O, 

kifayət  qədər  nəmlik,  qida  maddələri  ehtiyatı  və  oksigen  daxil 

olması Ģəraitində  gedir. Hər kisədə 1-4, bəzən 8 spor əmələ gəlir. 

Onlar  qurutma  və  digər  əlveriĢsiz  Ģəraitə  davamsız  olurlar.  Təzə 

qida  mühitində  sporlar  cücərir  və  yenidən  tümürcüqlayan  hücey-

rələr əmələ gətirirlər.  



Mayaların əsas cins və növləri. Alkoqollu içkilər istehsalında 

xüsusi  əhəmiyyətə  malik  Saccharomyces  cinsinə  daxil  olan 

mayalar  30%-ə  qədər  Ģəkərliyi  qıcqırtmaq  və  18  h%-ə  qədər  spirt 

əmələ  gətirmək xüsusiyyətinə malikdirlər (Ģəkil 3.2, 3.3). Tumur-

cuqlama  ilə  çoxalıb,  əlveriĢsiz  Ģəraitdə  spor  əmələ  gətirirlər. 

ġərabçılıqda aĢağıdakı növləri xüsusilə əhəmiyyətlidir.  

Saccharomyces 

vini, 


meyvə 

və 


giləmeyvə 

Ģirələrinin 

qıcqırdılmasında  daha  geniĢ  yayılan  növüdür.  Uzun  müddət 

Sacch.ellipsoideus  adı  ilə  tanınmıĢdır.  Qıcqırma  aparan  növlər 

arasında onun payı 80%təĢkil edir. Qıcqırmanı baĢa çatdıran kimi 

dərhal  məhv  olduğundan,  Ģərablarda  mayaların  bu  növünə  təsadüf 

olunmur.  Bu  növün  nümayəndələri  spirtə  və  kükürdə  yüksək 

davamlı  olmaları  ilə  seçilirlər.  Hüceyrələri  dairə,  yumurta,  yaxud 

oval formalıdır.  

Saccharomyces ovioformis növü, təzə qıcqıran Ģirədə Sacch vini 

növünə  nisbətən  az  olur.  Lakin  qıcqırmanın  gediĢində  fasiləsiz 

artması müĢahidə olunur. ġampan istehsalında çox təsadüf olunur 

(Ģəkil 3.4, 3.5). 

 



 

~ 93 ~ 


 

 

Şəkil 3.2. Saccharomyces vini   Şəkil 3.3 . Saccharomyces cerevisiae 



                (x2000)                                                (x2000) 

     


 

 

 Şəkil 3.4. Saccharomyces  oviformis    Şəkil 3.5. Saccharomyces oviformis  



                var.cheresiensis (x2000)                        (x2000) 

 



 

~ 94 ~ 


 

Yüksək Ģəkərə malik Ģirəni qıcqırdıb, 18%-ə qədər spirt əmələ 

gətirmək  xüsusiyyətinə  malikdir.  Ona  görə  də  bu  mayalardan 

yüksək  Ģəkərə  malik  Ģirələri  türĢ  Ģərab  almaq  üçün  qıcqırtdıqda 

istifadə edirlər. 

S.Oviformis  növünün  növ  müxtəlifliyi  olan  S.Oviformis 

cheresiensis  Ģərabın  üzərində  pərdə  əmələ  gətirmək  xüsusiyyətinə 

malik  olub,  pərdəli  üsulla  xeres  alınmasını  təmin  edir.  Xeres 

mayaları  yüksək  spirt  (17,6  h)  əmələ  gətirmək  xassəsinə 

malikdirlər.  Onların  inkiĢafı  nəticəsində  müəyyən  turĢuların 

miqdarı  azalır.  Bu  xassələrinə  əsaslanan  N.F.Saenko,  xeres 

mayalarından  xəstə  Ģərabların  müalicəsində  istifadə  etməyi  təklif 

etmiĢdir. 

Pichia  cinsi  -  yarımĢar  Ģəkilli,  yaxud  güclü  sporlar  yaradan 

mayalardır.  Hüceyrələri  oval,  yaxud  ellipsĢəkilli,  çox  vaxt  isə 

çubuqĢəkillidir.  Bu  cinsin  mayaları  Ģəkəri  oksidləĢdirməklə  mə-

nimsəyirlər.  Pixiya  cinsinin  Ģərabda  tapılan  yeganə  növü 

P.alcoholophila  (Pixiya  alkoqolofila)  qlükozanı  (fruktoza  və 

mannozanı)  etil  spirtinə,  qliserinə,  sirkə,  süd,  kəhrəba,  alma  və 

Ģərab turĢularına oksidləĢdirərək mənimsəyir (Ģəkil 3.6).  

Pixiya  cinsinə  daxil  olan  mayalar,  tündlüyü  12-13  h%-ə  qədər 

olan  qıcqırmıĢ  materialların-Ģərab,  pivə  və  s.  səthində  inkiĢaf 

edərək  spirti  üzvi  turĢulara  oksidləĢdirirlər.  Pixiya  cinsinin 

mayaları Ģərabın səthində inkiĢaf etdikdə ağ unabənzər pərdə əmələ 

gətirərək  Ģərabın  tərkibini  və  dad  keyfiyyətini  dəyiĢirlər.  Onların 

fəaliyyəti  nəticəsində  sufrə  Ģərablarında  xəstəlik  və  butulkaya 

doldurulanlarda  isə  bulanıqlıq  əmələ  gəlir.  Son  nəticədə  Ģərabın 

dibində çöküntü əmələ gəlməklə, satıĢ üçün yararsız olur.  

Hanzenula  (hanzenula)  cinsi.  Bu  cinsə  daxil  olan  mayalar 

Pixiya  cinsi  kimi  pərdə  əmələ  gətirmək  xüsusiyyətinə  malikdirlər. 

ĠnkiĢafı  dövrünə  spor  əmələ  gətirmək  də  daxildir.  Bu  cinsin 

mayaları  Ģirənin  səthində  sürətlə  inkiĢaf  edərək,  2-3  gün  ərzində 

pərdə və çöküntü yaradır. Eyni zamanda qıcqırma apararaq 2-3 h% 

spirt əmələ gətirirlər. Ona görə də bu mayaları qıcqırmanın ziyanlı 

mikroflorasına aid edirlər (Ģəkil 3.7). Hanzenula cinsinin mayaları 

nəinki Ģirədə, hətta 13 h%-ə qədər spirtliyə malik içkilərdə də qalıq 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə