~ 119 ~
Şəkil 4.4. Emallı metal rezervuar
1-kompensator; 2-dekantator; 3-xidməti qapaq (lük); 4-
səviyyənin göstəricisi; 5-doldurma boğazı; 6-hava yolu; 7-
boks qapağı; 8-götürmə borusu
Metal rezervuarlar bir sıra üstünlüklərinə görə dəmir-beton
rezervuarlardan fərqlənir. Belə ki, uyğun örtüklərdə onlar sanitar-
gigiyenik baxımdan daha əlveriĢlidir: asan yuyulur, hermetikliyi
buxarlanmaya gedən Ģərab itkisini minimuma endirir, divarları
yaxĢı istilik keçiriciliyinə malik olub, müxtəlif istilik tənzim edən
köynəklərdən istifadə etməklə istiliyi nizamlamaq olur, müxtəlif
forma və ölçüdə hazırlamaq, həmçinin bir, iki, üç, çox mərtəbələr
üzrə yerləĢdirmək imkanı olduğundan, istehsalat binalarından daha
səmərəli istifadə etmək mümkün olur. Bu rezervuarlar vertikal və
horizontal olmaqla iki qrupa bölunur. Son zamanlar Ģərabçılıq
sənayesində metal qablardan əsas yer tutanı paslanmayan poladdan
hazırlanmıĢ qablardır (Ģəkil 4.5). Bu qabların əsas üstünlüyü
ondadır ki, onların istər daxilinə, istərsə də xaricinə qoruyucu
örtüklər çəkilməsinə ehtiyac yoxdur. Lakin onlar çox baha
olduğundan uzun müddət istifadə edilməmiĢdir.
ġərab rezervuarları hazırlamaq üçün istifadə edilən polad
materialı əsasən iki tipdə olur:
1.
Tərkibində molibden olmayan poladlar (xrom nikelli):
Z6CN 18-09; Z2CN 18-10; ZbCNT 18-11
~ 120 ~
2. Tərkibində molibden olan poladlar (2-3%):
Z6CND 17-12, 17-13; Z2CND 17-12 və ya 17-13; Z8CNDT 17-12.
Şəkil 4.5. Paslanmayan metal rezervuarlarda şərabın alınması və
saxlanması
Burada: Z – paslanmayan polad; Z-dən sonrakı rəqəm karbonun
orta miqdarı (on minlərlə); C – xrom; N – nikel; D – molibden; T –
~ 121 ~
titan, sonuncu iki rəqəm xrom və nikelin faizlə miqdarını göstərir.
Müəyyən olunmuĢdur ki, poladın tərkibində xrom və nikelin
miqdarı artdıqca, onun korreziyaya qarĢı davamlılığı yüksəlir.
ġərabçılıq sənayesində digər materiallardan hazırlanmıĢ
(polimer materiallar) qabların da müəyyən perspektivi vardır.
Xüsusilə plastmas materiallardan hazırlanmıĢ qablar Ģərabçılıqda
böyük maraq doğurmaqdadır. Bu qablardan xaricdə geniĢ istifadə
edirlər.
4.4. Avadanlıqla
r
Üzümün emalı və Ģərab hazırlanmasının müxtəlif əməliyyat-
larını yerinə yetirən əsas texnoloji avadanlıqlar – maĢınlar,
aparatlar və qurğular kimi fərqləndirilir.
MaĢınlar – enerji, material yaxud informasiya əmələ gətirmək
məqsədilə mexaniki hərəkət yerinə yetirən qurğulardır. Onlara
əzicilər, nasoslar və s. aid edilir.
Aparatlar – reaksiya məkanına yaxud iĢçi kameraya malik olan
qurğulardır. Buraya Ģirə və əzintini emal etmək üçün xüsusi
qurğularla təchiz edilmiĢ rezervuarlar; Ģərabı emal etmək üçün
ekstraktorlar, termoqıcqırdıcılar, avtovinifikatorlar, akrotoforlar,
buxarlandırıcı vakuum aparatlar, biĢirmə qazanları və s. aiddir.
Qurğular – məhsulu dəyiĢmədən emalını aparan avadanlıqlardır.
Qurğuya məhsul nasosun köməyi ilə verilir. Qurğulara filtrlər,
istilik dəyiĢdiricilər, pasterizator-soyuducular aiddir.
Axın xətti – maĢın, aparat, rezervuarlar və nəqletdirici
vasitələrin müəyyən toplusu olub, bir-biri ilə ötürücü borularla
vahid texnoloji zəncirdə birləĢir və çıxıĢda bütün texnoloji
iĢlənmələri keçmiĢ məhsul alınmasını təmin edir.
KeçmiĢ Sovetlər birliyində üzümçülük və Ģərabçılığın güclü
inkiĢafı keçən əsrin 80-ci illərində müĢahidə olunmuĢdur. Bu
dövrdə Azərbaycan birliyin ən iri Ģərabçılıq ölkələrindən olmaqla,
üzümlüklərin sahəsi 300 min ha, üzüm istehsalı 2 mln tona yaxın
idi. Belə olan Ģəraitdə Ģərabçılıq sənayesi artan istehsalı təmin
~ 122 ~
etmək üçün komplekt avadanlıqlardan ibarət axın xəttləri quraraq,
onların mexanikləĢdirilməsini və avtomatlaĢdırılmasını həyata
keçirməyə baĢladı. Nəticədə müxtəlif məhsuldarlığa malik olan
üzüm emalının axın xəttləri meydana gəldi (Ģəkil 4.6).
Şəkil 4.6. Üzüm emalının axım xətti VPL-20K
1-qidalandırıcı bunker T1-VBŞ-10-01; 2-vallı əzici daraqayıra
B2-VD2Q-20; 3-şnekli sızdırıcı VSSŞ-20D; 4-şnekli pres T1-VPO-
20A; 5,6-nəqletdiricilər; 7-əzinti nasosu PMN-28; 8- sulfidləş-
dirici qurğu VSAU; 9-elektronasos qurğusu B4-VNP-20/2,5; 10-
elektronasos aqreqatı VSN-10
Belə xəttlərdə qəbuledici qidalandırıcı bunkerə düĢən üzüm
oradan əzici daraqayırana ötürülür. Əzici daraqayırandan əzinti
ağırlıq qüvvəsinin təsiri altında onun altında yerləĢən əzinti
toplayıcıya, daraq isə nəqletdirici lentlə daraq üçün olan bunkerə
aparılır. Əzinti toplayıcıdan əzinti nasos qurğusu ilə sızdırıcının
bunkerinə vurulur. Burada ayrılan birinci fraksiya Ģirə sızdırıcının
yaxınlığında yerləĢən Ģirə toplayıcıya yığılır. Həmin Ģirə ağ oynaq
Ģərabların alınmasına yönəldilir. Sızdırıcıda müəyyən qədər
ĢirəsizləĢədirilmiĢ əzinti sıxılmaq üçün presə daxil olur. Sıxıcıdan