Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə37/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   180

 

~ 115 ~ 


 

qoruyucu örtüyün tipinə, yerləĢməsinə (horizontal, vertikal, bir çox 

mərtəbəli  və  s.)  və  həmçinin  hərəkətinə  görə  -hərəkətiz,  yaxud 

nəqliyyat  rezervuarları  kimi  ola  bilər.  Ölkəmizin  Ģərabçılıq 

sənayesində  dəmir  beton  və  metal  qablar  geniĢ  yayılmaqla,  bəzi 

müəssisələrdə  palıddan  hazırlanmıĢ  ağac  qablar  da  (çəllək,  but, 

çən) istifadə olunur.  

Ağac qablar. Hələ çox qədimdən Ģərabı saxlamaq üçün gildən 

hazırlanmıĢ  küplərdən  istifadə  etmiĢlər.  Qədim  Ģərabçılıq 

rayonları-  Azərbaycan,  Gürcüstan  və  həmçinin  Qərbi  Avropa 

ölkələri:  Ġtaliya,  Fransa  və  baĢqa  yerlərdə  aparılan  arxeoloji 

qazıntılar  zamanı  müxtəlif  böyüklük  və  formalarda  gil  küplər 

tapılmıĢdır.  Məlum  olmuĢdur  ki,  qədim  insanlar  Ģərabı  daĢımaq 

üçün  20-50dal,  qıcqırtmaq  üçün  isə  100dal  və  daha  böyük 

həcmlərdə  olan  küplərdən  istifadə  edirmiĢlər.  Bundan  baĢqa 

müxtəlif  heyvan  dərilərindən  hazırlanmıĢ  kisələr  (tuluq)  da  geniĢ 

yayılıbmıĢ.  Son  yüzülliklərdə  bu  qabları  ağac  qablar  sıxıĢdırıb 

demək  olar  ki,  aradan  çıxarmıĢdır.  Əvvəllər  müxtəlif  ağac 

materillarından  istifadə  edən  insanlar,  tədricən  palıd  taxtasının 

üstünlüyünü  hiss  etməyə  baĢlamıĢlar.  Çünki,  bu  Ģəraba  heç  bir 

kənar  iy,  dad  vermir,  onun  keyfiyyətinin  yaxĢılaĢmasına  səbəb 

olur. Lakin məsaməli olduğuna görə, Ģərabda oksidləĢmə prosesləri 

getməsini  təmin  edir.  Məhz  özünün  bir  sıra  üstünlüklərinə  görə 

palıd  taxtasından  hazırlanmıĢ  qablar  (çəllək,  but,  çən)  Ģərabçılıq 

sənayesində  geniĢ  tətbiq  sahəsi  tapmıĢdır.  Lakin  qeyd  etmək 

lazımdır  ki,  palıd  ağacının  bütün  cinslərindən  və  bütün  torpaq-

iqlim  Ģəraitində  yayılanlardan  keyfiyyətli  qablar  hazırlanması 

mümkün  deyildir.  Qafqaz,  Ukrayna,  Belarus,  Tatarıstan  və 

BaĢqırdıstanda  becərilən  palıd  ağacı  quraq  və  zəif  torpaqlarda 

böyümüĢ palıd ağacı hesab olunur.  

Palıd  qablardan  yüksək  keyfiyyətli  Ģərablar  (markalı  Ģərablar) 

istehsalında, konyak spirtinin yetiĢdirilməsində və s. geniĢ istifadə 

edilir. Palıd qablar-çəllək, but və çən kimi fərqlənir.  



Çəllək. Çəlləklər 5; 10; 15; 20; 30; 40; 45; 60 dal həcmlərində 

hazırlanır.  Çəllək  üçün  yaxĢı  qurudulmuĢ,  standartın  tələblərinə 

cavab verən, nəmliyi 15 faizdən yüksək olmayan palıd taxtasından 



 

~ 116 ~ 


 

istifadə etmək lazımdır (Ģəkil 4.2).  

 

 

Şəkil 4.2. Çəllək 



 

But.  Həcmi  çəlləkdən  böyük,  çəlləyəbənzər  qablardır.  Əsasən 

yumru  və  oval  formada  olur.  Yumru  butlar  500,  600,  700,  800, 

1000  dal;  oval  butlar  500,700  dal  həcmində  hazırlanır.  Oval 

formalı  butlar  bulandırıcı  maddələrin  çökdürülməsində  əlveriĢli 

olmaqla, yumru butlara nisbətən az yer tutur (Ģəkil 4.3).  

 

 




 

~ 117 ~ 


 

Çən.  Qırmızı  Ģərabların  hazırlanması  və  Ģirənin  sakit 

saxlanması  üçün  istifadə  edilir.  Çənin  aĢağı  və  yuxarı  hissəsində 

olan  yollar  palıd  taxtasından  hazırlanmıĢ  xüsusi  qapaqlarla 

bağlanır.  Ġstifadə  olunan  çənlərin  həcmi  250,  300,  400,  450,  500, 

600, 700, 800, 900, 1000, 1200, 1500 və 2000 dal olur. 

Qeyd  etdiyimiz  kimi,  ağac  qablar  hazırda  da  ən  yaxĢı  Ģərab 

qabları  hesab  olunmaqdadır.  Lakin  bu  qabların  bir  sıra 

çatıĢmazlıqları  da  mövcuddur.  Belə  ki,  ağac  qablarda  Ģərab 

müəyyən dövrə qədər yetiĢdirilə bilir. Bu müddət keçdikdən sonra 

onlar  Ģərabın  keyfiyyətini  pisləĢdirir.  Ağac  qablar  daimi  qulluq 

tələb  edir.  Asanlıqla  mikroorqanizmlərlə  (bakteriyalar,  kif 

göbələkləri,  pərdəli  mayalar)  yoluxur  və  bunu  aradan  qaldırmaq 

çox  çətin  olur,  hazırlanması  baha  baĢa  gəlir.  Ġstehsal  sahəsindən 

istifadə əmsalı aĢağıdır. 

Bütün  bunlara  görə  Ģərabçılıqda  dəmir-beton  və  metal 

rezervuarlardan geniĢ istifadə olunmaqdadır.  



Dəmir-beton  qablar.  Həcmcə  müxtəlif  olan  dəmir-beton 

rezervuarlar  Ģirənin  qıcqırması,  Ģərab  materiallının  və  Ģərabın 

saxlanması  üçün  istifadə  edilir.  Onlarda  həmçinin  assamblyaj, 

kupaj, yapıĢqanlanma və baĢqa texnoloji əməliyyatlar aparılır.  

Dəmir-beton rezervuarlar düzbucaqlı və yumru olur. Sonuncuya 

çox  vaxt  slindrĢəkilli  rezervuar  deyirlər.  Birinci  halda  binanın 

sahəsindən  daha  səmərəli  istifadə  edilir,  lakin  vahid  həcmə  duĢən 

material  slindrik  rezervuarlarda  çox  olur.  Düzbucaqlı  dəmir-beton 

rezervuarlar  ayrı-ayrı,  yaxud  bir  sırada  yerləĢmiĢ  əlaqəli  blok 

Ģəklində  olur.  Yüksəkliyinə  görə  bloklar  bir  və  çox  mərtəbəli  ola 

bilər. 

ġərab üçün dəmir-beton rezervuarlar tökmə dəmir-betondan və 



yığma  konstruksyilardan  hazırlanır.  ġərabları  uzun  müddət 

saxlamaq  və  yetiĢdirmək  üçün  tökmə  rezervuarlardan,  fasiləsiz 

axımda  Ģərabları  iĢləmək  üçün  isə  (müəyyən  vaxt  ərzində)  yığma 

rezervuarlardan  istifadə  olunması  məqsədəuyğundur.  BaĢqa 

texnoloji  qablara  nisbətən  dəmir-beton  qabların  bir  sıra 

üstünlükləri  vardır.  Belə  ki,  onlar  ucuz  baĢa  gəlməklə,  xidmət 

müddəti çox uzundur və istehsalat binalarının sahəsindən səmərəli 



 

~ 118 ~ 


 

istifadə olunur. Lakin metal qablar kimi dəmir-beton qablar da bir 

sıra texnoloji xarakterli çatıĢmazlığa malikdir.  Bunlardan ən  əsası 

onların  çox  zəif  diffuziya  xassəsinin  (qaz  mübudiləsinin) 

olmasıdır. Ona görə də onlarda Ģərab yetiĢdirmək mümkün olmur. 

Dəmir-beton  qablar  zirzəmilərdə,  yaxud  birinci  mərtəbədə 

yerləĢdirilməlidir ki, özül yükü dərinliyə ötürə bilsin. Dəmir-beton 

və metal rezervuarların daxilinə örtük çəkilməli və onlara vaxtaĢırı 

qulluq edilməlidir. 

Rezervuarların  daxilinə  çəkilən  müdafiə  örtüklərinə  aĢağıdakı 

tələblər verilir: 

-  Örtüyün  kimyəvi  maddələri  Ģəraba  (yaxud  digər  məhsula) 

keçməməlidir; 

-  Yuyucu  və  dezinfeksiyaedici  vasitələrə  və  həmçinin  Ģərab 

materiallarını  iĢləmək  üçün  tətbiq  edilən  materiallara  (sulfid 

anhidridi və s.) davamlı olmalıdır; 

- Uzunömürlü olmalıdır; 

- ġəraba heç bir iy və tam verməməlidir; 

- Temperaturun dəyiĢməsinə davamlı olmalıdır və s. 

Korroziyaya  qarĢı  ən  yaxĢı  örtük  cilalanmıĢ  ĢüĢə  plitələrdir. 

Onların ölçüsü 150x150 və 400x400 mm-dir. Belə funksiyanı ЕП-

793,  ЕД-16,  ЕД-20  epoksid  örtükləri  və  onların  əsasında 

hazırlanmıĢ kompozisiyalar da yerinə yetirə bilir. 

Epoksid  örtüklərdən  –  «Eprosin»  (Çexiya  və  Slovakiya), 

«Gelitank» (Fransa), «Polimeks» (PolĢa), «Epolor» və «Epulyuks» 

(keçmiĢ Yuqoslaviya) da geniĢ istifadə olunur. 



Metal  rezervuarlar,  hazırki  Ģərabçılıq  sənayesində  ən  geniĢ 

yayılmıĢ  rezervuarlardır.  Adi  və  paslanmayan  poladdan, 

alüminiumdan  və  müxtəlif  metalların  qarıĢığından  hazırlanır. 

Onların  daxili  hissəsi  yuxarıda  qeyd  etdiyimiz  kimi  emal,  yaxud 

qoruyucu laklarla örtülür (Ģəkil 4.4). 

 



Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə