Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə35/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   180

 

~ 109 ~ 


 

Dördüncü fəsil

 

İSTEHSALAT BİNALARI VƏ TEXNOLOJİ QABLAR

 

4.1. Zavodlarin tipləri

 

Ġstehsalın  ixtisaslaĢmasına  görə    Ģərab  zavodları  müəyyən 

tiplərə bölünür: 

İlkin  Ģərabçılıq  zavodları  (Ģərab  məntəqələri)  üzümün  emalı, 

ondan  Ģirə  alınması,  alınan  Ģirənin  qıcqırdılması  və  cavan  Ģərab 

materiallının saxlanmasını həyata keçirir. Bu zavodlarda, həmçinin 

Ģərab  materialının  eqalizasiyası,  kupajı,  yapıĢqanlanması,  süzül-

məsi və termiki iĢlənməsi əməliyyatları da aparılır. Onların istehsal 

gücü  mövsümdə  emal  olunan  üzümün  miqdarına  (tonla),  istehsal 

qablarının  eyni  vaxtakı  tutumuna;  üzüm  emal  edən  xətlərin 

məhsuldarlığına  görə  müəyyən  olunur.  Ġlkin  Ģərabçılıq  zavod-

larında,  təbii,  tünd  və  desert  Ģərablar  üçün-iĢlənilmiĢ  və  kupaj 

olunmuĢ  Ģərab  materialları;  Ģampan  Ģərabları  və  konyak  spirti 

istehsal etmək üçün-emal olunmamıĢ Ģərab materialları; hazır Ģirə, 

qatı  Ģirələr  və  müxtəlif  Ģirniyyatlar  üçün-  üzüm  Ģirəsi  istehsal 

olunur. Bəzi ilkin Ģərab zavodlarında, Ģərabçılıq qalıqlarının (cecə, 

daraq, maya çöküntüsü) emalı aparılır. Həmin qalıqların kompleks 

emalı, ixtisaslaĢdırılmıĢ, xüsusi zavodlardada həyata keçirilə bilər. 

Ġlkin Ģərabçılıq zavodları bir neçə Ģöbədən ibarət olur

-Xammal  meydançası, burada üzümün qəbulu, sortlaĢdırılması 

və lazım gəldikdə yuyulması aparılır; 

-əzici-sıxıcı  Ģöbədə  üzümün  əzilməsi,  əzinti  və  Ģirə  alınması, 

qalıqların kənar olunması, əzinti, yaxud Ģirənin köçürülməsi həyata 

keçirilir; 

-çökdürüb,  durultma  və  qıcqırtma  Ģöbəsində-  çökdürmə  Ģirə, 

yaxud əzintinin  qıcqırdılması aparılır. 

-Ģərab  və  Ģirə  saxlayıcıları,  lazimı  rezervuar  və  avadanlıqlarla 

təchiz  olunub,  göstərilən  materialların  normal  saxlanmasını  təmin 

edir; 


-Ģərab  materialı  və  Ģirə  yarımfabrikatlarının  iĢlənməsi 


 

~ 110 ~ 


 

Ģöbəsindəb  -  kupaj  qabları,  istilik  mübadiləedicilər,  süzgəclər  və 

digər  avadanlıqlar,  həmin  materialların  düzgün  iĢlənməsini  təmin 

edirlər; 

-hazır  məhsulun  yola  salınma  meydançası,  tərəzi  və  merniklə 

təchiz  olunub,  Ģirə,  yaxud  Ģərabın  qısa  müddətdə  göndərilməsini 

təmin edir.  

Müasir müəssisələrdə, bütün  bu Ģöbələr və həmçinin doldurma 

sexi  bir  bina  daxilində  yerləĢdirilir.  Binaların  təmiz  və  havalanan 

olmasına xüsusi diqqət yetirilir. Təmizliyi  saxlamaq üçün binanın 

bir  neçə  yerində  su  axarları  qoyulmalıdır.  DöĢəmə,  asfalt,  yaxud 

sementlə  örtülür. Üzümün  əzilməsi  və  sıxılması dövründə gələcək 

Ģərab xəstələnməsin deyə, döĢəmə tez-tez yuyulmalıdır.  

Qıcqırma  zamanı  binalarda  çoxlu  miqdarda  karbon  qazı 

toplanır.  Həmin  qaz  havadan  ağır  olduğundan  binanın  aĢağı 

hissəsində  yığılır.  Ona  görə  də  zavodda  havalandırma  elə  təĢkil 

olunmalıdır ki, binalarda karbon qazı yığılmasın. 

Adətən  ilkin  Ģərabçılıq  zavodlarının  hündürlüyü  4-6  m 

olur.Binaların divarlarında, tavanda kif göbələkləri yığılmasın deyə 

hər il mövsümdən qabaq onlar xüsusi materiallarla ağardılır. 



İkinci  şərabçılıq  zavodları  ilkin  Ģərabçılıq  müəssisələrindən 

daxil  olan  Ģərab  materiallarının  iĢlənməsi,  yetiĢdirilməsi  və 

butulkalara  doldurulmasını  həyata  keçirir.  Bu  zavodların  istehsal 

gücü təqvim ili müddətində emal olunan hazır Ģərabın miqdarı ilə 

(min  dal-la)  müəyyən  olunur.  Belə  müəssisələrin  hazır  məhsulu 

standarta  uyğun  olaraq  butulkalara  doldurulmuĢ  hazır  Ģərabdır. 

ġərabların doldurulması müxtəlif istehsal gücünə malik kompleks-

mexanikləĢdirilmiĢ və avtomatlaĢdırılmıĢ xətlərdə aparılır.  



Xüsusi  istiqamətli  zavodlar  (Ģampan,  konyak  istehsalı,ikinci 

xammalın emalı və s.) üçün texnoloji axımdan,avadanlıqların ölçü 

və  kütləsindən  asılı  olaraq  müxtəlif  mərtəbələrdən  ibarət  olan 

binalardan istifadə oluna bilər. 



Hazırda  üzümün  emalından  Ģərab  və  konyakın  buraxılıĢına 

qədər bütün əməliyyatları özündə birləĢdirən   zavodlar daha  geniĢ 

yayılmıĢdır.  

 



 

~ 111 ~ 


 

4.2. İstehsalat binaları 

 

Cavan  Ģərablar  birinci,  yaxud  ikinci  köçürmədən  sonra 

keyfiyyətindən asılı olaraq realizə olunur və  yaxud da yetiĢdirmək 

üçün  xüsusi  binalara  köçürülür.  ġərab  yetiĢdirmək  və  saxlamaq 

üçün  binalar  müxtəlif  tiplərdə  –  yeraltı,  yarımyeraltı  və  yerüstü 

olmaqla  fərqləndirilir.  Belə  fərqlilik  torpaq  və  iqlim  Ģəraitindən, 

yerin  xarakterindən,  istehsal  məqsədindən,  təsərrüfat  və  baĢqa 

xüsusiyyətlərdən  asılı  olaraq  yaranır.  ġərab  saxlamaq  və 

yetiĢdirmək  üçün  istifadə  olunan  yeraltı  binalar  zirzəmi  adlanır. 

Onlar öz üstünlüklərinə görə seçilir.  

Yerüstü binalar il müddətində qeyri-sabit temperatura – belə ki, 

yayda  çox  qızmaqla  yüksək  temperatura,  qıĢda  isə  əksinə,  aĢağı 

temperatura  malik  olur.  Temperaturun  belə  kəskin  dəyiĢməsi 

Ģərabın yetiĢdirilməsinə və keyfiyyətinə çox pis təsir göstərir. Ona 

görə də binaları xarici temperaturdan qorumaq üçün hələ qədimdən 

onları  ya  tamamilə,  ya  da  qismən  torpağın  altında  tikirlər  (cədvəl 

4.1).  

Cədvəl 4.1 



Zirzəminin dərinliyindən asılı olaraq temperaturun dəyiĢməsi  

(M.A.Gerasimova görə) 

Aylar  

Dərinliyi (metrlə ) 





16 



Temperatur 

0



Yanvar 

2,1 


7,6 

9,8 


11,1 

12,5 


11,7 

May 


18,2 

10,2 


9,7 

11,5 


1,5 

11,5 


Avqust 

25,4 


16,5 

15,3 


13,5 

13,5 


11,4 

Ġllik dəyiĢməsi 

(maksimum və 

minimumdan fərqli) 

23,3 

8,9 


5,6 

2,4 


1,35 

0,3 


 

ġimal  rayonlarında  tikilən  zirzəmiləri  temperaturun  qıĢ  vaxtı 

kəskin  azalmasından,  cənubda  isə  əksinə,  yay  vaxtı  kəskin 

yüksəlməsindən  qorumaq  lazım  gəlir.  Ümumiyyətlə,  yadda 

saxlamaq  lazımdır  ki,  yüksək  temperatur  aĢağıya  nisbətən  Ģəraba 

həddindən  ziyadə  pis  təsir  göstərir.  Cənub  rayonlarında  yüksək 




Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə