Мцяллифдян



Yüklə 4,29 Mb.
Pdf görüntüsü
səhifə41/180
tarix07.04.2018
ölçüsü4,29 Mb.
#36495
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   180

 

~ 130 ~ 


 

 

Şəkil 4.12. Bütöv üzüm salxımlarının sıxılması üçün pnevmatik  



                  membran preslərin sxemi 

1-drenaj kanalları; 2- üzümün boşaldılması; 3- hava borusu; 4- 

səbət;  5-  presin  idarə  və  nazarət  olunması  lövhəsi;  6-  idaretmə 

proqramlı  kompyuter;  7-presin  avtomatyuma  qurğusu;  8-  şirə 

sərfiyyatı cihazı; 9- şirə vannası; 10- şirə götürmə borusu 

 

Ġtaliyanın  Diemme  firması  fasiləli  pnevmatik  səbətli  preslərin 



2300-dən-3000dm

3

-dək  müxtəlif  məhsuldarlığa  malik  seriyalarını 



buraxır.  Sıxılmada  yol  verilən  maksimum  təzyiq  0,28  Mpa-dır. 

Pnevmatik  pres  özünü  paslanmayan  poladdan  hazırlanan  fırlanan 

baraban  kimi  göstərib,  daxilində  sıx  müĢəmbə  materialından 

elastik membran yerləĢir. Üzümün bütöv salxımlarının yüklənməsi 

açıq  qapıcıqdan  aparılır.  Presdə  həmçinin  təzə  əzilmiĢ,  yaxud 

qıcqırdılmıĢ  əzintini emal etmək olar. ġirənin  ümüumi çıxımı  70-

83% Ģirədə asılqanların miqdarı 3%-i keçməyib orta hesabla 1,5% 

olur.  


 Son  vaxtlar  xaricdə  üzüm  və  meyvə-giləmeyvə  əzintisindən 

Ģirənin  ayrılması  üçün  horizontal  Ģnekli  sentrifuqadan  (dekanter-

lər), baĢqa sözlə, mərkəzdənqaçma qüvvəsindən istifadə edilməsinə 

daha çox diqqət verilir.  

Wesffalia Seperator alman firması müxtəlif məhsuldarlığa malik 

dekanterlərin  kütləvi  istehsalını  mənimsəmiĢdir.  Burada  əzintidən 

Ģirə  ayrılması  ilə  yanaĢı  Ģirənin  asılqan  hissəciklərdən  təmizlən-

məsi  (duruldulması)  də  aparılır.  Dekanterlərdən  Ģirənin  əzintidən 

ayrılmasında,  Ģirənin  duruldulmasında,  çöküntünün  qatılaĢdırıl-

masında,  Ģərab  materialını  mayadan  ayırdıqda  ilkin  duruldul-




 

~ 131 ~ 


 

masında,  Ģərab  materialı  yapıĢqanlandıqdan  sonra  çöküntünün 

qatılaĢdırılmasında istifadə olunur.  

Hermetik  ifada  hazırlanan  dekanterlər  məhsulun  oksidləĢməsi 

lazım  olmadıqda  həyata  keçirilir.  Bu  dekanterlərdə  inert  qazlar, 

məsələn,  azot  vurulması  nəzərdə  tutulur.  Hermetik  dekanterlərdən 

Ģampan  və  ağ  oynaq  Ģərablar  üçün  Ģirələr  alınmasında  istifadə 

oluna  bilər.  Dekanterlərdə  Ģirə  çıxımı  78%-ə  yaxın  olub,  asılqan 

hissəciklərin miqdarı kütləyə görə 2-3% təĢkil edir.  

Xaricdə  Ģirəni,  Ģərabı,  həmçinin  əzintini  sulfitləĢdirmək  üçün 

qurğular  aĢağıdakı  firmalar  tərəfindən  buraxılır:  Ġmeca,  Gasquet 

(Fransa), Marzolla (Ġspaniya), Plasmati Sri (Ġtaliya) və baĢqaları. 

Əzintidə  qıcqırtmanı  (―qırmızı  üsul‖)  aparmaq  üçün  müxtəlif 

quruluĢlu vinifikatorlardan istifadə olunur. Ümumi cəhəti onlarda 

qıcqırma  temperaturunu  tənzimləmək  üçün  isti  və  soyuq  su 

―köynəyi‖nin,  həmçinin  qıcqıran  Ģirə  ilə  əzinti  ―papağı‖nın 

iĢlənməsi  üçün  qurğunun  olmasıdır.  Vinifikatorların  ən  geniĢ  ya-

yılmıĢ  quruluĢunda  aparatın  aĢağısında  nasos  yerləĢdirilir.  Həmin 

nasosla  fasilələrlə  Ģirə  aĢağıdan  götürülür  və  yuxarıda  qurulmuĢ 

suvarııcı qurğudan keçirilməklə əzintinin üzən ―papağı‖na vurulur. 

KeçmiĢ  SSRĠ-də  iĢlənib  hazırlanan  və  istifadə  olunan  ekstraktor-

vinifikator  VEKD-5  qırmızı  üsulla  üzüm  emal  edən  VPKS-10A 

axım  xəttinin  (məhsuldarlığı  saatda  10  tondur)  tərkibinə  daxildir 

(Ģəkil 4.13).  

Uzaq  xaricdə  vinifikatorlar  istehsalı  ilə  Ġtaliyanın(TMCĠ 

Padovan,  Diemme,  Gianazza,  Cadolpe,  Sernagiotto),  Fransanın 

(BSL,  Blacher,  BM,  Carteir,  Fabbri,  Casquet),  Bolqarıstanın 

(Rodina, Xaskovo AD) və s. çoxlu firmaları məĢğul olur.  

Son  vaxtlar  xaricdə  rotovinifikatorlar  geniĢ  yayılmıĢdır  ki, 

onlara  dair  müvafiq  bölmələrdə  (bax:  Qırmızı  təbii  Ģərablar) 

məlumat verilmiĢdir.  

Xarici  firmalar  fasiləli  iĢləyən  vinifikatorlardan  baĢqa  məhsul-

darlığı  saatda  5,10  və  20  ton  olan,  fasiləsiz  iĢləyən  termovini-

fiktorlar da istehsal edir.  

Qırmızı süfrə Ģərabları hazırlamaq üçün bir sıra xarici ölkələrdə 

axın  qurğu  və  xətlərindən  istifadə  olunur:  Fransada-Ladussa 




 

~ 132 ~ 


 

qurğusu,  ―Bello  və  Viko‖  Ġtaliyada-Defrançeski,  ―Djanatssa‖  və 

―Padovan‖, Argentinada-KremaĢı qurğusu, Bolqarıstanda VND-50 

vinifikatoru və s. Bütün sayılan qurğu və xətlərdə qıcqıma prosesi 

və fenol maddələrinin ekstarksiyası bir vinifikatorda cəmlənir.  

 

 



 

      Şəkil 4.13. Ekstraktor- vinifikator VEKD-5  

1-əzinti  verən  boru;  2-quruducu  qurğu;  3-soyutmaq  üçün 

köynək;  4-əzintini  boşaltmaq  üçün  şnek;  5-əzintini 

boşaltmaq  üçün  dırmıq;  6-əzintini  presə  vermək  nov;  7-

şərabı  ekstraktora  vemək  üçün  suvarıcı;  8-boşaltma  xəttini 

ötürücüsü;  9-xidmət  meydançası;  10-özbaşına  axınla 

ayrılan  şirəni  və  hazır  şərabı  götürmək  üçün  boru;  11-

soyuducu suyu vermək üçün boru; 12-əzinti qaytarıcısı 

 

Əzinti,  Ģirə  və  Ģərabı  isti  ilə  iĢləmək  üçün  fasiləli  və  fasiləsiz 



iĢləyən  aparatlardan  istifadə  olunur.  MDB  ölkələrinin  Ģərab 

zavodlarında  istifadə  olunan  BRK-3M  qurğusu  paslanmayan 

poladdan hazırlanan üç rezervuar blokundan ibarətdir (Ģəkil 4.14).    



 

~ 133 ~ 


 

 

              Şəkil 4.14. Rezervuar qurğu BRK-3M 



 1-boşaldıcı  şnek;  2-rezervuar;  3-qarışdırıcı-qızdırıcı; 

4-boşaldıcı  bıçaq;  5-nümunə  götürən;  6-ilanvarı  boru-

qızıdrıcı; 7-şirə ayırıcı; 8-boşaldıcı lük 

 

Əzintini,  həmçinin  şərab  materialını  isti  ilə  işləmək  üçün 

―boru-boruda‖  tipli  əzinti  qızdırıcı  VPM-20  (Ukrayna)  istifadə 

olunur. Məhsuldarlığı saatda 20 ton, qızdırma temperaturu 75

0

C-yə 


qədərdir. 

Uzaq  xaricdə  müxtəlif  məhsuldarlıqlı  (1,8-dən  50  t/saatadək) 

borulu  əzinti  qıcdırıcılar  Fransada  (Gasquet,  Ġmeca  firmaları), 

Ġtaliyada  (Manzini,  Diemme  firmaları)  və  b.  ölkələrdə  istehsal 

olunur. Bu qurğularda əzintinin yanması tamamilə istisnalıq təĢkli 

edir.  


Əzintini  qızdırmaq  üçün  xaricdə,  həmçinin  xüsusi  spiral  istilik 


Yüklə 4,29 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə