105
MƏDƏNİYYƏT DÜNYASI
Elmi-nəzəri məcmuə
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti,
XXVI buraxılış, Bakı, 2013
МИР КУЛЬТУРЫ
Научно-теоретический сборник
Азербайджанский Государственный Университет Культуры и Искусств,
ХХVI выпуск, Баку, 2013
THE WORLD OF CULTURE
Scientific-theoretical bulletin
Azerbaijan State University of Culture and Art, ХХVI edition, Baku, 2013
UOT 7
İmaş Hacıyev
Sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent
AMEA Memarlıq və İncəsənət İnstitutu
AZ 1143, Azərbaycan Respublikası, Bakı, H.Cavid pr., 31
E-mail: mii_inter@yahoo.com
LAYİHƏLƏNDİRMƏ: NƏZƏRİYYƏ VƏ METODOLOGİYA
Xülasə: Dizayn sosial-mədəni inkişafın qanunauyğunluqlarına əsasən çoxsahəli
yaradıcılıq fəaliyyəti olmaqla yanaşı, eyni zamanda cəmiyyətin layihələndirmə
mədəniyyətini də inkişaf etdirir. Müəllifin fikrincə, layihələndirmə yaradıcı fəaliyyət
üzrə intuisiya aktına və ən mükəmməl təfəkkür əməliyyatlarına əsaslanan hər hansı
ideya-məzmunun reallaşdırılması kimi xarakterizə edilə bilər.
Açar sözlər: bədii layihələndirmə, metod, sənaye dizaynı, funksionallıq,
erqonomika.
Müasir dövr qloballaşma şəraitində daha geniş müstəvidə inkişaf etməkdə olan
dizayn yaradıcılığı davamlı şəkildə zənginləşən elmi - nəzəri biliklər, həmçinin praktiki
təcrübələr əsasında cəmiyyətin sosial-mədəni inkişafında müstəsna əhəmiyyət kəsb
edərək, bu inkişafın vacib, aparıcı amillərindən birinə çevrilməkdədir. Bu mənada
dizayn sosial-mədəni inkişafın qanunauyğunluqlarına əsasən çoxsahəli yaradıcılıq
fəaliyyəti olmaqla yanaşı, eyni zamanda cəmiyyətin layihələndirmə mədəniyyətini də
inkişaf etdirir.
Məlum olduğu kimi, dizayn yaradıcılıq fəaliyyəti hazırlanan məmulatın,
qurğunun və yaxud yaradılacaq hər-hansı bir obyektin bədii-texniki layihələndirmə
prosesini həyata keçirir. Qeyd etmək lazımdır ki, dizayn-layihələndirmədəki bədii
yanaşmadan fərqli olaraq, layihələndirmədən ayrıca fəaliyyət sahəsi kimi mühəndis-
texniki, memarlıq-inşaat və s. işlərin reallaşdırılmasında geniş şəkildə istifadə edilir. Bu
mənada onun mahiyyətini, o cümlədən tələblərini, məqsəd və vəzifələrini, həmçinin
dizayndakı rolunu nəzərdən keçirmək vacibdir.
106
İndiyədək layihələndirmənin müəyyənləşdirilməsi və izahı ilə əlaqədar müxtəlif
fikirlər irəli sürülmüşdür. Onlardan bəzilərinə diqqət yetirmək maraqlı olar:
“Fiziki strukturda hər hansı əhəmiyyətli komponentin axtarışı”;
“Məsələnin həlli istiqamətində məqsədyönlü fəaliyyət”;
“Nəzərdə tutulan fəaliyyətin reallaşanadək modelləşdirilməsi, nəticə etibarı ilə
əminlik əldə edilməyənədək onun təkrarlanması”;
“Məmulatın insanlarla bilavasitə əlaqədə olan hissələrini müəyyənləşdirən amil”;
“Real faktların gələcək tətbiq imkanlarına nikbin sıçrayış ”;
“Əvvəllər mövcud olmayan, həyat üçün yeni və lazımlı hər hansı bir amillə bağlı
yaradıcı fəaliyyət”;
“Ən mükəmməl intuisiya aktının həyata keçirilməsi ” və s. [5, s. 21].
Layihələndirmə haqqında müxtəlif müəlliflər tərəfindən irəli sürülən yuxarıdakı
fikirlər subyektiv olaraq bu və ya digər formada onun mahiyyətini səciyyələndirir.
Lakin qeyd etmək lazımdır ki, müasir dövrdə layihələndirmənin məqsəd və vəzifələrinə,
eləcə də metodlarına yanaşmalar xeyli dəyişmişdir.
Bizim fikrimizcə, layihələndirmə yaradıcı fəaliyyət üzrə intuisiya aktına və ən
mükəmməl
təfəkkür
əməliyyatlarına
əsaslanan
hər
hansı
ideya-məzmunun
reallaşdırılması kimi xarakterizə edilə bilər.
Elmi ədəbiyyatda layihə (lat. projctus – irəli atma ) məmulatın (obyektin) texniki
sənədləşməsinin tərtibi və daha sonrakı istismarı üçün vacib olan, müvafiq bədii
konstruktor sənədləşməsində ara və ya son təsvir kimi xarakterizə edilərək, onun
cəmiyyətin elmi-texniki inkişafının hazırkı mərhələsinə xas olan müxtəlif texniki,
iqtisadi və sosial - mədəni problemlərin həlli üsulunu müəyyənləşdirdiyi qeyd edilir [3,
s.65].
Obyektin layihələndirilməsi üçün sifarişçi tərəfindən təqdim edilən tələb və
tapşırıqların məcmusu layihə tapşırığı kimi səciyyələndirilir.
Layihələndirmənin məqsədi insan - əşya - maşın - mühit sistemlərində müasir
dövrün tələb və ehtiyaclarından irəli gələn problemlərin həllindən, o cümlədən məmulat,
qurğu və avadanlıqların yeniləşdirilməsinin, təkmilləşdirilməsinin daha optimal həlli
variantlarının tapılmasından və reallaşdırılmasından ibarətdir. Göstərilən məqsədə
müvafiq olaraq, layihələndirmə prosesini həyata keçirən dizaynerin üzərinə aşağıdakı
vəzifələr düşür:
-
qlobal
məkanda
yeni
texnologiyaların
yaradılma
zərurətinin
müəyyənləşdirilməsi;
-
köhnəlikdən yeniliyə tədrici keçidin yaradılması (yəni həm funksional, həm də
mənəvi baxımdan köhnəlmiş əşyanın, avadanlığın yeni mühitə və şəraitə uyğun olaraq
harmonik cəhətdən yeniləşdirilməsi);
-
yeni istehlak mallarının yaradılması probleminin makromühit üzrə hərtərəfli
təhlili və öyrənilməsi;
-
məmulat və avadanlıqların yaradılmasında insan amilinin maksimum nəzərə
alınması;
-
məmulatların layihələndirilməsində erqoestetik amillərin, həmçinin ekoloji
tələblər və gigiyenik normalar üzrə beynəlxalq standartların nəzərə alınması;
-
layihələndirmədə ən səmərəli üsul və vasitələrin, o cümlədən kompüter
proqramlarının seçilməsi və s.
Müxtəlif elm sahələrində olduğu kimi, layihələndirmə də üçpilləli proses kimi, üç vacib
amili özündə cəmləşdirir:
-
analiz;
-
sintez;
107
-
qiymətləndirmə.
Bu məsələ ilə əlaqədar mütəxəssislərin müxtəlif fikirləri vardır [5, s.77]. Qeyd
etmək lazımdır ki, layihələndirməyə ümumi aspektdən yanaşdıqda yuxarıda göstərilən
üçmərhələli proses öz aktuallığını bu və ya digər səviyyədə həmişə saxlayır. Düzdür, elə
obyektlər var ki, onların layihələndirilməsinə yanaşma bir qədər fərqli, yəni ümumi
xarakter daşıya bilər. Məsələn, mövcud olan bir obyektin strukturuna hər hansı bir detal
əlavə edilə bilər. Lakin yeni əşya və avadanlıqların layihələndirilməsində yuxarıda gös-
tərilən mərhələli yanaşma onların əvvəlki prototiplərindən bir çox tələb və göstəricilə-
rinə görə (erqonomik, estetik, ekoloji və s.) fərqləndirilməsində əhəmiyyət kəsb edir.
Layihələndirmə prosesində məmulatın təyinat istiqaməti üzrə texniki və iqtisadi
cəhətdən əsaslandırılmış hesablamalar aparılır, onun möhkəmliyi, istismar müddəti,
ekoloji yararlılığı, həmçinin iqtisadi xərcləri nəzərə alınır. Bu məqsədlə müvafiq tələblər
əsasında sxemlər, qrafiklər, çertyojlar və s. sənədlər hazırlanır.
Ənənəvi layihələndirmədən fərqli olaraq, dizaynın layihələndirmə fəaliyyəti kimi
mahiyyəti aşağıdakı kimi izah edilir:
“Dizayn bədii layihələndirmə növü kimi nəzərdə tutulan obyektin modelinin
qurulmasına, onun strukturunun yaradılmasına və təsvir üsullarına elmi-texniki yanaşma
ilə bədii-obrazlı yanaşmanı ifadə edir” [3, s.196].
Dizaynda xüsusi bədii statusa malik olan layihə qrafikası layihənin aktiv dili
olaraq, layihə tapşırığının obrazlı həllində aparıcı rol oynayan ilkin cizgilərdən, axtarış,
həmçinin nümayiş və ümumi görünüş rəsmlərindən, eləcə də obyektin həcm-fəza təhlili
məqamlarının qeyd edilməsindən ibarətdir [yenə orada, s.66].
Dizayn - layihələndirilmənin əsas vasitələrindən biri olan layihə təsnifatı -
obyektin funksional, morfoloji, texnoloji, sosial - mədəni və digər əlamətlərinə görə
layihələndirmə materiallarının sistemləşdirilməsindən ibarətdir. Ümumi layihə təsnifatı
obyektin təyinat sahələri (istehsalat, kütləvi xidmət, fərdi istehlak) üzərində qurulur və
obyektə məqsədli tələblər verir [yenə orada, s.70].
Funksiya daşıyıcısı olan hər hansı bir predmetin və yaxud obyektin layihələn-
dirilməsi çertyoj ləvazimatları, həmçinin müxtəlif kompüter proqramlarının tətbiqi ilə
həyata keçirilən elmi-texniki yaradıcılıq fəaliyyəti kimi səciyyələndirilə bilər. Bu
mənada, əşya və avadanlıqların, qurğuların, maşın hissələrinin və s. yaradılması, o
cümlədən hər hansı bir obyektin təşkili məhz elmi-texniki yaradıcılıq fəaliyyətinə
əsaslanan layihələndirmədə öz əksini tapır. Bədii layihələndirmə isə, adından da
göründüyü kimi, obyektin texniki-konstrukiv həmçinin, funksional göstəricilərindən
əlavə, onun xarici formasının, vizual ifadəsinin bədii-obrazlı həllini, estetik keyfiyyətini
reallaşdırdığından, həmin yaradıcılıq sahəsi bədii layihələndirmə kimi xarakterizə
olunur. Lakin bununla belə, dizaynda yuxarıda göstərilən hər iki yanaşmanı ayrı-ayrı-
lıqda təsəvvür etmək olmaz. Yəni, ilk növbədə predmetin funksional tələblərlə şərtlənən
cəhətləri – texniki-konstruktiv xüsusiyyətləri müəyyənləşdirilir, sonra isə onun, qeyd
etdiyimiz kimi, formayaranmasının bədii-estetik xüsusiyyətləri, bədii-obrazlı həlli
imkanları nəzərə alınaraq layihələndirmədə öz əksini tapır. Və bu mənada həm bədii
layihələndirmə, həm də bədii konstruksiyaetmə hər iki aspekti, xüsusiyyətləri özündə
ifadə etdiyindən, onların ümumi şəkildə “bədii-texniki layihələndirmə” [6, s. 3; 7, s.
12], “bədii-texniki konstruksiyaetmə” [1, s. 123-126] kimi adlandırılması daha mü-
nasibdir. Bu baxımdan yuxarıda “bədii-texniki layihələndirmə” ifadəsini işlətmişik.
Mənbələrdə layihələndirmə və onun metodları haqqında ədəbiyyatların hələ
1950-60-cı illərdə meydana gəldiyi göstərilərək qeyd edilir ki, o dövrdə memarların,
mühəndislərin, tətbiqi sənət üzrə rəssamların müştərilər və istehsalat üçün işlədikləri
çertyojlar layihələndirmə fəaliyyəti kimi qəbul olunurdu [5, s.21]. Təbii ki, sonrakı
108
dövrlərdə ənənəvi metodlardan imtina edilməsi və yeni metodların meydana gəlməsi,
həmçinin təkmilləşdirilməsi layihələndirmənin ayrıca fəaliyyət sahəsi kimi mahiy-
yətinin daha konkret şəkildə müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
Yaşayış mühitinin, o cümlədən, əşya və avadanlıqların layihələndirilməsi müasir
elmi ədəbiyyatda daha sistemli şəkildə şərh edilir. Burada layihə fəaliyyətinin intuisiya,
informasiya və metodologiyaya (elm və texnika) əsaslanması, incəsənət və faktlar
arasında yaranan tarazlığın bu fəaliyyəti xarakterizə etdiyi qeyd edilir [4, s. 148].
Iayihələndirmə, o cümlədən, bədii-texniki layihələndirmə sistemli fəaliyyət növü
olduğundan onun metodlarının müxtəlif mərhələdən ibarət olduğunu bir daha qeyd
etmək lazımdır.
Elmi ədəbiyyatların təhlilinə əsasən [4; 5], bu metodları ümumiləşdirilmiş şəkil-
də aşağıdakı ardıcıllıqla şərh etmək olar:
-
sosial tələbat üzrə anket-sorğu;
-
istehlakçıların maraq və tələblərinin öyrənilməsi (müsahibə);
-
layihələndirmə situasiyasının tədqiqi üzrə ədəbiyyatların araşdırılması;
-
ideyanın axtarışı;
-
layihələndirmədə mövcud olan təcrübələrin bu və ya digər səviyyədə tətbiqi;
-
obyektin strukturunun ayrı-ayrı hissə və elementləri üzrə kompleks təhlili;
-
utilitar-funksional analiz;
-
estetik analiz;
-
yaradılacaq məmulatın mövcud olan prototipləri ilə müqayisəli təhlili;
-
qiymətləndirmə – dəyər (erqonomik tələblər, estetik keyfiyyət, ekoloji
yararlılıq, gigiyenik normalar, iqtisadi səmərə).
Məmulatın layihələndirilməsində funksional analiz metodunun tətbiqi zamanı er-
qonomik tələblər daha aydın və ətraflı şəkildə müəyyənləşdirilə bilər. Bunu sadə əşyalar
üzrə nümunələr əsasında təsdiq etmək olar. Məsələn, stolüstü telefon aparatının
funksional xüsusiyyətlərinə görə təhlili, həmin əşyanın erqonomikliyinin optimallılığını
müəyyənləşdirə bilər.
Elmi ədəbiyyatda göstərildiyi kimi, bütün bunlardan əlavə, bəzən yaradılmış
məmulat sınaqdan (istifadədən) çıxarıldıqdan sonra ideyanın ən optimal variantı seçilir,
formaya korrektələr təklif olunur. Bu proses məmulatın ilkin buraxılışından sonra da
davam etdirilir. Belə dərin araşdırma müxtəlif layihə mərhələlərində marketinqlə sıx
bağlı olur [2, s. 147].
Sənaye dizaynı üzrə layihələndirmədə ən vacib məqamlardan biri də qlobal
coğrafi məkanda bazar mühitinin kompleks təhlili, istehlak mallarına tələb və ehtiyacla
əlaqədar maksimum informasiyanın əldə edilməsidir. Bununla əlaqədar olaraq xarici öl-
kələrin təcrübəsinə diqqət yetirmək maraqlıdır. Məsələn, xarici ölkələrdə istehsal edilən
suvenir məmulatlarının, eləcə də digər əşyaların (boşqab, fincan, müxtəlif dəftərxana
ləvazimatı və s.) üzərində “Azərbaycan”, “Azerbaijan” sözlərinə, həmçinin dövlətimizin
atributlarına, memarlıq abidələrinə (“Qız qalası”, “Kiş məbədi”) və s. milli motivli
təsvirlərə rast gəlmək olur. Həmin nümunələrdə milli elementləri özündə əks etdirən
dekorasiya işləri ilə bağlı yerlərdə apardığımız sorğulardan belə məlum olmuşdur ki,
onların bir qismi sifarişlə, bir qismi isə məqsədli şəkildə istehsal edilir və ölkəmizin
bazarlarına ünvanlanır. Düzdür, göstərilən məmulatların əksəriyyətində dünya bazar-
larına çıxarılan ümumi nümunələrdən əsaslı şəkildə fərqlənən struktur dəyişikliyi olma-
sa da, dekorasiya, tərtibat işlərində onların daha yaxşı realizə edilməsi ücun nəzərdə
tutulan atributlara və s. milli motivli təsvirlərə üstünlük verilir. Əlbəttə ki, bu göstərici
məqbul hesab edilə bilər. Məsələn, Bakıda “Hindistan malları” adlı mağazada satışda
olan bir əşyanı nümunə kimi təhlil etmək maraqlıdır. Xüsusi ağac materialdan olan və
109
üzərində kəsmə üsulu ilə “Baku” sözü verilmiş kompozisiyada yerləşdirilmiş saat həmin
əşyanın həm əl işi, həm də vaxt göstəricisi kimi dəyərləndirilməsi ilə yanaşı, onun
müəyyən olunmuş regionda realizə imkanlarını artırır. Təbii ki, bu da kommersiya
məqsədi daşıyan məqsədyönlü təcrübədir. Makromühit üzrə istehlak mallarının
kompleks təhlili dizayn-layihələndirmədə yeni ideyaların meydana çıxmasına bilavasitə
şərait yarada bilər. Bu halda, yaradılacaq yeni məmulatın bir çox üstün cəhətlərinə görə
istehsalı üçün hər hansı istehsal müəssisəsinə dizayner tərəfindən təklif verilə bilər. Bu
mənada layihələndirmə fəaliyyəti ilə məşğul olan dizayner bazar iqtisadiyyatı şəraitində
istehlak mallarının təkmilləşdirilməsi və müasirləşdirilməsini daim diqqətdə saxlamalı,
cəmiyyətin elmi-texniki, sosial-mədəni tərəqqisinin aparıcı qüvvəsinə çevrilməlidir.
Müasir dövrdə əşya və avadanlıqların yaradılmasında bazarın tənzimlədiyi
kompleks tələblər mühüm amillərdən biri kimi əhəmiyyət kəsb edir. Onları aşağıdakı
kimi qeyd etmək olar:
-
daha çox tələbat olan məhsulların istehsalının üstünlüyü;
-
sifarişə əsaslanan mallar;
-
məmulatın bir neçə funksiyanı yerinə yetirməsi;
-
birdəfəlik istifadə üçün nəzərdə tutulan əşyaların istehsalının üstünlüyü;
-
məmulatın hazırlanmasında minimum xammal sərfi;
-
realizə məkanının daha geniş olması;
-
rəqabətə davamlılıq;
-
erqoestetik faktorlar;
-
ekoloji və gigiyenik tələblər üzrə beynəlxalq standartlara uyğunluq və s.
Ümumiyyətlə, müasir dövrdə istehlak mallarına olan tələbatın kompleks şəkildə
araşdırılması onların hazırlanmasında əsas şərtlərdən biri kimi qəbul edilmişdir. Bu
istiqamətdə müxtəlif mütəxəssislərin də fəaliyyətinə müraciət edilir. Məsələn, məşhur
“Microsoft Corporation” şirkəti müasir kompüter hissələrinə aid olan “siçan”ların mo-
delinin hazırlanmasından əvvəl mühəndislər, psixoloqlar və dizaynerlər qrupuna müra-
ciət etmişdir. Onlarca müxtəlif ölçülü, formalı və konfiqurasiyalı model təklif olun-
muşdur. Psixoloqlar ilk alıcıları nəzarət-yoxlamadan keçirdikdən sonra dizaynerlərə öz
məsləhətlərini vermişlər. Məhz bu təcrübədən sonra məhsulun alıcılıq faizi xeyli
artmışdır [yenə orada].
Beləliklə, sosial-mədəni inkişafın əsas tərkib hissəsi olan layihələndirmə fəaliy-
yəti – layihələndirmə mədəniyyəti insan - əşya - maşın - mühit sistemlərində istehlak
malları bolluğunun yaradılmasını, həmçinin ümumi yaşayış səviyyəsinin yüksəl-
dilməsini təmin etmiş olur.
Ədəbiyyat
1.
Hacıyev İ.A. Azərbaycanda bədii konstruksiyaetmə işinin təşəkkülü // Mədəniyyət dünyası, elmi
nəzəri məcmuə. XIX buraxılış. Bakı, ADMİU-nun nəşriyyatı, 2010, s. 123-126
2.
Hacıyeva Y., Həsənov R. M. Dizaynın əsasları. “Giso enterprise”, Bakı, 2005; “CBS Polygraphic
Production”, Bakı, 2008, 152 s., ill.
3.
Həsənov R.M. Abdullayeva N.C., Bəkirova T.Ş. Dizayn terminlərinin izahlı lüğəti. Bakı, “Adiloğlu”,
2005, 252 s.
4.
Runge V.F., Manoşeviç Yu.P. Dizayn mühitində erqonomika. Moskva, “Memarlıq-S”, 2005, Bakı,
2008, (tərcümə), 368 s., ill.
5.
Джонс Дж.К. Инженерное и художественное конструирование. Москва, «Мир», 1976, 376 с.,
илл.
6.
Ковешникова Н.А. Дизайн: история и теория. Москва, «Омега-Л», 2007, 224 с., илл.
7.
Рунге В.Ф. История дизайна, науки и техники. Москва, «Архитектура-С», 2006, 368 с., илл.
110
Имаш Гаджиев
Проектирование: теория и методология
Резюме
В представленной статье говорится о сути, целях и задачах проектирования, а также,
доводится до внимания его роль в развитии социально-культурного развития общества. Создание и
организация систем «человек - вещь - машина - среда», несомненно, осуществляется при помощи
проектирования. В статье отмечается, что дизайн, с учетом как технических, так и художественных
особенностей проектирования, отражает художественный и технический подход при создании
предметов и оборудований, как деятельность по их художественно-техническому проектированию.
В условиях рыночной экономики, при создании потребительских товаров дизайнеру
необходимо учитывать комплекс требований и подход к обоим аспектам проектирования на
необходимом уровне.
Ключевые слова:
художественное проектирование, метод, промышленный дизайн,
функциональность, эргономика.
Imash Hajiyev
Projecting: theory and methodology
Summary
In the presented scientific work is given the explanation of the essence, purpose and position of
projecting also is given to the attention its role in the social and cultural development of the society. The
creation and organization of human-thing-machine-environment systems of course is realized with the
projecting activity. Considering both technical and artistic points of design-projecting there is noted the
expression of artistic approach with the technical approach as its activity of artistic and technical projecting in
the creation of things and equipment.
Taking into the consideration the complex requirements in the creation of consumer goods of
designer under the condition of market economy there is important the necessary approach to both aspects of
projecting.
Keywords: artistic projecting, method, industrial design, functionality, ergonomics.
Məqalənin redaksiyaya daxil olma tarixi: 06.11.2013
Məqalənin təkrar işlənməyə göndərilmə tarixi: 14.11.2013
Məqalənin çapa qəbul olunma tarixi: 25.11.2013
Məqaləni çapa tövsiyə edən sahə redaktorunun (və ya üzvünün) adı: sənətşünaslıq üzrə fəlsəfə doktoru,
dosent Bayram Hacızadə
ADMİU
-nun Elmi Şurasının 05 dekabr 2013-cü il, 03 saylı qərarı ilə çap olunur.
Dostları ilə paylaş: |