Azərbaycan Respublikası
Mədəniyyət Naziriliyi
Cəfər Cabbarlı adına
Respublika Gənclər Kitabxanası
TÖVSİYƏ-ƏDƏBİYYAT
SİYAHISI
BAKI-2018
2
XX əsir milli ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndəsi, yazıçı
Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatının inkişafı və onun məz-
munca zənginləşməsində mühüm rol oynamışdır. Xalq yaradıcılığı ilə
klassik bədii irsin qabaqcıl ənənələrinin vəhdətini yeni formada yaşadan
və ədəbiyyata həyat gətirmiş yazıçı kimi tanınan Mir Cəlal Paşayev eyni
zamanda görkəmli tədqiqatçı alim olmuşdur.
İLHAM ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
-------------------------------------------------------------------------------------
Onun əsərləri bütöv bir dövrün mənzərəsini yaradır. O, böyük pedaqoq
kimi Azərbaycan cəmiyyəti üçün minlərlə açıq fikirli tələbə yetişdir -
mişdir.
Mehriban Əliyeva,
Heydər Əliyev Fondunun Preziden
3
“Mənim təsəvvürümdə gecə-gündüz tanımadan qələm işlədən Mir
Cəlal ölməzdir. Yetkinliklə, dolğunluqla qələm işlədən, özündən sonraya
cild-cild ölməz əsərlər qoyan ədib də bir yolluq ölərmi, unudularmı? Yox!
Ölməz, unudulmaz, onun bu dünya üzündə ədəbiləşən yeri vardır, onun
ədəbiləşən surəti öz əsərlərində yaradılmışdır. Məncə, gözəl insan, gözəl
ailə başçısı Mir Cəlal öz əsərlərində, elmi tədqiqatlarında yaşayacaqdır.
Məncə, Mir Cəlalın pak surəti gecələr ayla işıqlanacaq, gündüzlər günəşlə
şölələnəcəkdir”.
Süleyman Rəhimov
Azərbaycanın xalq yazıçısı
Mir Cəlal Paşayevin həyat və yaradıcılığı
Mir Cəlal (Cəlal Əli oğlu Paşayev) 1908-ci il aprelin 26-da Cənubi Azər-
baycanın Əndəbil kəndində anadan olmuşdur. Lakin sonralar Gəncə şəhərinə gəlmiş,
ibtidai təhsilini burada almış, uşaqlıq və ilk gənclik illərini burada keçirmişdir. 1924-
1928-ci illərdə Gəncə Darülmüəllimində oxumuş, qurtaranda Gədəbəy yeddiillik
məktəbinə müəllim göndərilmişdir. 1929-1930-cu illərdə l saylı Gəncə şəhər mək-
təbində direktor vəzifəsində çalışmışdır. 1930-1931-ci illərdə Kazan Pedaqoji
İnstitutunun dil-ədəbiyyat fakültəsində oxumuş, 1932-ci ildə Bakıya qayıdaraq
Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam
etdirmiş, "Kommunist" və "Gənc işçi" qəzetlərində işləmişdir. 1933-cü ildə SSRİ EA
Zaqafqaziya filialı Azərbaycan şöbəsinin ictimai elmlər bölməsinə elmi işçi götürülmüş,
1936-1941-ci illərdə Pedaqoji İnstitutda və Dövlət Universitetində müəllimlik etmişdir.
1940-cı ildə "Füzulinin poetik xüsusiyyətləri" tədqiqatına görə filologiya elmləri
namizədi, 1947-ci ildə isə "Azərbaycanda ədəbi məktəblər (1905-1917)" əsərinə görə
fİlologiya elmləri doktoru adına layiq görülmüşdür. Yazıçılıq, alimlik, müəllimlik
sənətini yanaşı-əlaqəli davam etdirərək uzun müddət respublika Elmlər Akademiyası
Nizami adına Ədəbiyyat və Dil İnstitutunda şöbə müdiri, 1961-cı ildən ömrünün sonuna
kimi Azərbaycan Dövlət Universitetində kafedra müdiri və müəllim işləmişdir. O,
Füzuli irsinin sovet dövründə ilk gözəl tədqiqatçılarından biri, XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli mütəxəssisi, müasir ədəbi proseslə ciddi maraqlanan nüfuzlu
alim, respublikanın əməkdar elm xadimi, milli kadrların hazırlanması, gənc nəslin
yetişməsi və təlim-tərbiyəsi sahəsində böyük əməyi olan istedadlı pedaqoq idi.
Xalqına qeyrət və vicdanla xidmətlər göstərmiş Mir Cəlal Paşayev 1978-ci il
sentyabrın 28-də vəfat etmişdir.
Əbədiyyətə qovuşmuş görkəmli yazıçının çoxşaxəli
yaradıcılığı nəinki müasirlərinə, eyni zamanda özündən sonra gələn nəsillərə də əsl
örnəkdir. Bu nəcib şəxsiyyət təkcə Azərbaycanda deyil, respublikamızın hüdudlarından
4
kənarda da xalqımızı layiqincə təmsil edib. Təhsilimizin, elmimizin, ədəbiyyatımızın və
mədəniyyətimizin etibarlı hamisi, alovlu təbliğatçısı kimi çətin missiya daşıyıb. Buna
görə də, Prezidentin "UNESCO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və
əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş
yubileylərin keçirilməsi haqqında” Sərəncamına əsasən, yazıçı M.C.Paşayevin yubiley
mərasimi təntənə ilə qeyd edilib. Parisdə, UNESCO-nun iqamətgahında XX əsr
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq M.C.Paşayevin 100
illiyinə həsr olunmuş mərasim keçirilib. Bu yubileyin UNESCO səviyyəsində qeyd
edilməsi, ilk növbədə, Azərbaycan elminə, mədəniyyətinə və ədəbiyyatına dünya
miqyasında verilən dəyərin təzahürüdür. M.C. Paşayev yüksək poetik təfəkkür və bədii
təxəyyülü ilə xalqımızın özünəməxsus keyfiyyətlərini, zəngin mənəvi aləmini çoxsaylı
əsərlərində parlaq şəkildə təcəssüm etdirib. O, dəyərli hekayələri, məzmunlu roman və
povestləri ilə oxucu auditoriyasına geniş yol tapıb. İctimai həyatın tipik lövhələrini
ədəbiyyata gətirən sənətkarın elmi yaradıcılığı kimi bədii yaradıcılığı da fəlsəfi estetik
görüşlərdən, günün aktual problemlərindən bəhs edir. Yaradıcılığının mövzu
rəngarəngliyi, üslub xüsusiyyətləri, bütünlükdə orijinallığı özünə məxsus yer tutur. Mir
Cəlal ədəbiyyatşünas-alim, pedaqoq kimi də geniş aspektdə fəaliyyətini davam etdirib.
Görkəmli yazıçı yaradıcılığının bir sahəsini digəri ilə mükəmməl şəkildə uzlaşdırıb.
Onun ədəbi görüşləri, məntiqi fikirləri bədii yaradıcılığına ziyan gətirməyib, əksinə,
sənətkarlıq xüsusiyyətlərinin daha da formalaşmasında yardımçı rol oynayıb. Bu böyük
şəxsiyyətin adı, xeyirxah əməlləri bundan sonra da qədirbilən Azərbaycan xalqının
yaddaşında əbədi yaşayacaq.
Bu il görkəmli yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru Mir Cəlal
Paşayevin 110 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına
Respublika Gənclər Kitabxanasının informasiya-resurs şöbəsi “Mir Cəlal həqiqətləri ”
adlı tövsiyə-ədəbiyyat siyahısı hazırlayıb.
5
MİR CƏLAL PAŞAYEVİN HƏYAT VƏ YARADICILIĞININ
ƏSAS TARİXLƏRİ
1908
Mir Cəlal Əli oğlu Paşayev aprel ayının 26-da Cənubi Azərbaycanın
Əndəbil kəndində anadan olmuşdur
1924
Gəncə Darülmüəlliminə daxil olmuşdur 1926-1927 Gəncə
Darülmüəllimində Tələbə Həmkarlar Təşkilatının sədri işləmişdir.
1926-1927 Gəncə Darülmüəllimində Tələbə Həmkarlar Təşkilatının sədri
işləmişdir.
1928
Darülmüəllimi bitirib,Gədəbəy yeddiillik məktəbində direktor
vəzifəsində çalışmışdır.
1929-1930 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləmişdir
1930
Qazan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsinə daxil olmuş-
dur.
1932
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasına daxil
olmuşdur. «Kommunist», «Gənc işçi» qəzetlərində işləmiş, «Sağlam
yollarda» adlı ilk kitabı çapdan çıxmışdır.
1933
SSRI EA Zaqafqaziya filialının Azərbaycan şöbəsinin Ictimai elmlər
bölməsində kiçik elmi işçi vəzifəsində çalışmışdır
1934
Aspiranturanı bitirmişdir.Nizami adına Ədəbiyyat Institutunun
yaradılmasında yaxından iştirak etmiş və «XX əsr 8 Azərbaycan
ədəbiyyatı» şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Ümumittifaq
Sovet Yazıçıları briqadasının tərkibində Ağ dəniz Baltik kanalında
yaradıcılıq ezamiyyətində olmuşdur
1936-1941 APİ-də və ADU-da müəllimlik etmişdir.
1940 «Füzulinin poetik xüsusiyyətləri» adlı əsərini müdafiə edərək,
filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Moskvada
keçirilmiş Azərbaycan Ədəbiyyatı dekadasının iştirakçısı olmuşdur
1944 Sovet İttifaqı Kommunist Partiyasının sıralarına daxil
olmuşdur. SSRİ Elmlər Akademiyasının 220 illiyi ilə əlaqədar olaraq
«Əmək igidliyinə görə» və «Qafqazın müdafiəsinə görə» medalları
ilə təltif edilmişdir
1944-1960 SSRİ EA Azərbaycan filialının Ədəbiyyat və Dil İnstitutunun Sovet
Ədəbiyyatı şöbəsinin müdiri və ADUnun Azərbaycan Ədəbiyyatı
kafedrasında dosent vəzifəsində işləmişdir
1946
«1941-1945-ci illərdə Böyük Vətən müharibəsində fədakar əməyinə
görə» medalı ilə təltif edilmişdir
6
1947
«Azərbaycanda ədəbi məktəblər» əsərinə görə filologiya elmləri
doktoru alimlik dərəcəsi almışdır
1948
Azərbaycan Dövlət Universitetində professor vəzifəsinə seçilmişdir
1950
Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı və incəsənəti
ongünlüyünün iştirakçısı olmuşdur
1954
SSRI Yazıçılarının II qurultayında nümayəndə kimi iştirak etmişdir.
«Şərəf nişanı» ordeni ilə təltif edilmişdir
1958
Anadan olmasının 50 illiyi ilə əlaqədar olaraq «Şərəf nişanı» ordeni
və «Qabaqcıl maarif xadimi» nişanı ilə təltif edilmişdir
1959
SSRI Yazıçılarının III qurultayında nümayəndə kimi iştirak etmişdir.
Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və Incəsənəti
ongünlüyünün iştirakçısı olmuşdur
1960
«Əmək igidliyinə görə» medalı ilə təltif edilmişdir.Bir qrup sovet
alimi ilə birlikdə Fransa səfərində olmuşdur
1967
«Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif olunmuşdur.SSRİ Yazıçı-
larının IV qurultayında iştirak etmişdir
1968
«Bir gəncin manifesti» əsəri Respublika mükafatına layiq görül-
müşdür
1969
Azərbaycanın «Əməkdar elm xadimi» adına layiq görülmüşdür.
1978
«Oktyabr İnqilabı» ordeni ilə təltif edilmişdir
1978
Mir Cəlal Paşayev 28 sentyabr 1978 - ci ildə vəfat etmiş, Bakıda
Fəxri Xiyabanda dəfn olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün
ölkəmizin bir sıra yerlərində küçə, məktəb, kitabxana, mədəniyyət
evi hal-hazırda onun adını daşıyır.
2008
YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin
qeyd edilməsi proqramı çərçivəsində YUNESKO Baş Konfransının
34-cü sessiyası 2008-2009-cu illərdə yazıçı Mir Cəlal Paşayevin 100
illik yubileyinin rəsmi qeyd olunması ilə bağlı qərar qəbul etmişdir.
2008
Azərbaycan Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına
əsasən, yazıçı Mir Cəlal Paşayevin yubiley mərasimi təntənə ilə qeyd
edilib.
2008
Parisdə, YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndəsi, alim, pedaqoq Mir Cəlal
Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib.
7
Görkəmli adamlar
Mir Cəlal Paşayev haqqında:
➢
“ 1961-ci ildə Azərnəşrdə onun “İnsanlıq fəlsəfəsi” adlı kitabı çap olunmuşdu.
Onu vərəqlərkən 1937-ci ildə Qiyabi İnstitutun Şəki sessiyasında dediyi sözlər
yadıma düşdü:” Məktəblərdə mütləq “İnsanlıq” bir predmet kimi təlim
olunmalıdır.”
➢
İnsanlıq və insanlıq fəlsəfəsi onun əsərlərində həmişə qırmızı bir xətlə keçirdi ”
Qılman İlkin
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi
➢
“ Mir Cəlal müəllimi bir yazıçı kimi, bir ədib kimi xarakterizə etmək üçün bu
başdan deyim, onun həyatı çox qəribə olub. O, bir insan yox, üç insanın həyatını
yaşayıb. Mən deyərdim ki, Mir Cəlal müəllimin romanist və novellist kimi ədəbi-
bədii yaradıcılığı eyni səviyyədə keçib. Bu, bir tərəfi. İkinci tərəfdən - böyük
ədəbiyyatşünas alim olub. Onun əsərlərində bizim böyük klassiklərimizə dair
tənqidləri, təhlilləri var. Üçüncüsü də böyük bir pedaqoq, müdrik bir müəllim
olub. Bu üç həyatı bu insan yaşayıb. Onun fəaliyyətində bu üç həyat bir-birini
elə tamamlayırdı ki, bir-birinə elə bağlı idi ki, vahid bir Mir Cəlal obrazı
yaranırdı.”
Arif Paşayev
Mir Cəlal Paşayevin oğlu, akademik.
➢
“Mir Cəlal mahir bir hekayə ustasıdır. Onun hekayələri yığcam və ibrətlidir.
Mir Cəlalın hekayələrindəki sənətkaranə sadəlik, fövqəladə təbiilik,
heyranedici səmimilik təqdirəlayiqdir”
Məmməd Arif
➢
“Qısa və mənalı yazmaqda Füzulini, Mirzə Cəlili, Sabiri həmişə, hamıya
örnək hesab elər, nümunə gföstərərdi. Füzuli poeziyası və poetikasının
incəliklərini ümumiləşdirən tədqiqat əsəri ilə ədib özünü böyük qəlb şairinin
incə bilicisi kimi tanıtmışdı.”
➢
Mİr Cəlal müəllim mənəvi cəhətdən saf,təmiz bir insan idi.Tamah hissindən
uzaq,az-çoxa qane olan,gözü-könlü tox,təmiz bir ziyalı idi.
Firidun Hüseynov,
Professor
➢
“Mir Cəlal intellektual aləmi zəngin və müxtəlif sahəli yazıçılarımızdandır.”
Abbas Zamanov
➢
“Mir Cəlalda, heç şübhəsiz, əyləncəli hekayə yazmaq qabiliyyəti vardır. Hər
hansı şəkildə təzahür edən bu qabiliyyət həmişə böyük bir ənənənin inkişafı
ilə bağlıdır. Bu onun sənətinin güclü cəhətidir.”
İ. Sats
8
➢
“Mir Cəlal sənətkardır, yaradıcıdır. Onun romanının hər bir sözü öz
avtobioqrafiyasının bir hissəsi kimi görünür, canlı və səmimi həyacanı dərhal
oxucuya təsir edir...”
Jak Rıkaçev
➢
“Aldığımız cəbhə məktubunda bir döyüşçü yazır ki, Mir Cəlalın “Vətən
yaraları” hekayəsini oxuduqdan sonra mən düşmənə qarşı daha kinli və
amansız oldum”
Səməd Vurğun
➢
“Mir Cəlal intizar səhnələri yaratmağı sevir. Hekayələrində də nəzərə çarpan
bu cəhət roman və povestlərində özünü daha çox hiss etdirir.
Cəfər Xəndan
➢
“Onun satirik qələmində bəzən C Məmmədquluzadənin, bəzən də, Ə. Haq-
verdiyevin cizgilərinə rast gəlirik. Lakin Mir Cəlalın yumor və satirası
özünəməxsusdur.”
Məmməd Arif
➢
“Bir gəncin manifesti” Mir Cəlal yaradıcılığının bütün gözəl keyfiyyətlərinin
vəhdətidir. Bu, nəinki Mir Cəlalın, mən deyərdim nəsrin ən gözəl nümunə-
lərindən sayıla bilər.
➢
Mİr Cəlal yaradıcılığının ən üstün cəhətlərindən biri də onun təmiz, şaqraq
və büllur dili idi. Onun dili,xalq danışıq tərzinə uyğun,son dərəcə canlı,təbii
ifadələrlə zəngin və bədii dildir.
Bəxtiyar Vahabzadə,
Xalq şairi
➢
Cəmiyyətin sağlamlığını ailənin möhkəmliyində görən Mir Cəlal, bunu
gözəl ifadə xətrinə deyil, həqiqətən belə düşündüyünə görə deyirdi. Bəlkə də
özü uşaqlıq çağlarından ailə məhəbbətindən uzaq düşdüyünə görə, ailə
dəyərlərinə, ailə ünsiyyətinə xüsusi münasibət bəsləyirdi. ”Azərbaycan-
da ədəbi məktəblər ” adlı məşhur elmi əsərin müəllifi həqiqətən xüsusi
bir həyat məktəbi, ailə məktəbi yaratmışdı”.
Hafiz Paşayev
Mir Cəlal Paşayevin oğlu, fizika – riyaziyyat elmləri doktoru.
➢
Mir Cəlal müəllim XX əsr Azərbaycan nəsrinin yükünü çiyinlərində daşıyan
görkəmli yazıçılarımızdan biridir.
***
➢
Mir Cəlal təbiət etibarilə necə sadə idisə, danışığı da eimi və bədii təhkiyyəsi
də eləcə idi və əsas məsələ burasındadır ki, onun həm şəxsiyyətində, həm də
yaradıcılığındakı o sadəlik qətiyyən primitvlik yox, müdrikliyin nəticəsi idi.
Elçin,
Xalq yazıçısı,professor
9
➢
Mİr Cəlalın yaradıcılığının şahidi olmaq,əksər əsərlərinin ilk oxucusu olmaq
taleyin mənə bəxş etdiyi xoşbəxtlik idi.
Hafiz Paşayev,
professor
➢
Mir Cəlal müəllim həqiqətən peyğəmbər təbiətli insan idi.Xeyirxahlıq onun
canında,qanindaydı.Mir Cəlal müəllim insanpərvər idi.İstedadlı adamların
qədrini bilirdi.
Nəriman Həsənzadə,
Xalq şairi
➢
Mir Cəlal müəllim bir insan kimi çox sakit,işıqlı,müdrik simaya malik
idi.Onun üzündə,gözlərinin dərinliyində daim işıqlı,munis,nurlu bir təbəssüm
olardı.
Şamil Salmanov,
prifessor
➢
Mir Cəlal sənətkardır,yaradıcıdır.Onun romanının hər bir sözü öz tərcümeyi-
halının bir hissəsi kimi görünür,canlı və səmimi həyacanı dərhal oxucuya təsir
edir.
İsa Hüseynov,
Xalq yazıçısı
➢
Mir Cəlalın insanlara,iş yoldaşlarına,ümumən onunla az və ya çox dərəcədə
əlaqədar olan adamlara aydın,açıq münasibəti var idi.Adamlara şəxsi
keyfiyyətinə,savadına,intizamına tapşırılan işi yerinə yetirmək qabiliyyətinə
görə münasibət bəsləyirdi.
Yusif Seyidov,
professor
➢
Şerdən,sənətdən danışanda,həmişə ədəbiyyatın bəzi problemlərinə də
toxunar,nəzəri məsələləri çox sadə bir tərzdə izah edərdi.Çox vaxt bizə bu
fikri aşılamağı çalışardı ki, ədəbiyyata təsadüfi gəlib çıxanlar gec-tez səhfini
anlayıb uzaqlaşacaq və sevdiyi sahəni özü axtarıb tapacaqdır.
Əmirxan Xəlilov,
Professor
➢
Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək,
mənimsəmək və dərk etmək üçün elmi açardır.
Qara Namazov,
professor
10
➢
Mir Cəlal görkəmli ALİM idi. Alim sözünü böyük hərflərlə nəzərə
çarpdırmağımın və ondan əvvəl görkəmli təyinini işlətməyimin səbəbi var.
Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan elmdə müəyyən iz buraxan
görkəmli bir alim kimi söz açardıq.
Vaqif Yusifli,
Filologiya elmləri doktoru
➢
Professor Mir Cəlal Paşayev geniş yaradıcılıq fəaliyyətinə malik olan bir
şəxsiyyət idi: O, görkəmli yazıçı, tanınmış nəzəriyyəçi filoloq alim, nümunəvi
müəllim kimi xatirələrdə əbədi yaşayır. Mir Cəlal müəllim nəzəri filoloq
olmaqla yanaşı, çox gözəl müəllim kimi tanınırdı. O, təkcə bilik vermir, eyni
zamanda hərəkətləri, adamlara münasibəti ilə tərbiyə edirdi
***.
➢
Professor Mir Cəlal müəllimin mülayimliyi, humanizmi onun ciddiyyətinə,
obyektivliyinə qətiyyən mane olmurdu. O, bu mülayimliyi ilə yanaşı, olduqca
prinsipial və obyektiv bir şəxsiyyət idi.
ŞƏMİSTAN MİKAYILOV,
Professor
Vətəninə, xalqına bağlı olan yazıçının
ədəbi irsi bütün dövrlər üçün aktualdır.
Mir Cəlal Paşayevin əsərləri:
1.
Seçilmiş əsərləri : 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov;
red. Ş. Axundov.
I cild : Hekayələr. - Bakı : Adiloğlu, 2013. - 438 s.
2.
Seçilmiş əsərləri: 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov;
red. Ş. Axundov.
II cild : Hekayələr. - Bakı : Adiloğlu, 2013. - 440 s.
3.
Seçilmiş əsərləri : 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov;
red. Ş. Axundov.
III cild : Hekayələr. - Bakı: Adiloğlu, 2013. - 452 s.
4.
Seçilmiş əsərləri : 5 cilddə /Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov;
red. Ş. Axundov.
IV cild : Hekayələr. - Bakı : Adiloğlu, 2013. - 462 s.
5.
Seçilmiş əsərləri: 5 cilddə / Mir Cəlal; tərt. N. A. Paşayeva, T. M. Mütəllimov;
red. Ş. Axundov.
V cild : Feltetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr. – Bak: Adiloğlu,
2013. - 314 s.
11
6.
Seçilmiş əsərləri / Mir Cəlal; tərt. Y. İsmayılov.- Bakı: Şərq - Qərb, 2005. -384
s. - (Müasir Azərbaycan ədəbiyyatı)
7.
Azərbaycanda ədəbi məktəblər: 1905-1917 /Mir Cəlal; elmi red. T. M.
Mütəllimov. - Bakı : Ziya-Nurlan, 2004. - 391 s.
8.
Dirilən adam: Roman və hekayələr.- Bakı: Yazıçı, 1978.
9.
9. Yuxu və külək / Mir Cəlal; red. G. Həsənzadə; rəs. H. A. Ağayev;
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Nağıl Evi-
N, 2016. - 12 s.
Kiril əlifbası ilə olan kitablar:
Əsərləri:
10.
Бир ҝəнҹин манифести : роман / Мир Ҹəлал.- Бакы: Јазычы, 1984.- 223 с.
11.
Бир ҝəнҹин манифести. Јашыдлар: романлар /Мир Ҹəлал.- Бакы:
Азəрнəшр, 1964.- 451 с.
12.
Бир ҝəнҹин манифести: роман / Мир Ҹəлал.- Бакы: Ушаг вə Ҝəнҹлəр Əдə-
бијјаты Нəшријјаты, 1949.- 232 с.
13.
Дағлар дилə ҝəлди: һекајəлəр вə повест / Мир Ҹəлал.- Бакы: Ҝəнҹлик,
1978. - 175 с.
14.
Фүзули сəнəткарлығы:монографија /Мир Ҹəлал. II нəшри.- Баkы: Ма-
ариф, 1994. - 252 с.
15.
Фүзули сəнəткарлығы / Мир Ҹəлал; ред. Һ. М. Араслы; С.М. Киров адына
Азəрбајҹан Дөвлəт Университети.- Бакы: АДУ нəшријјаты, 1958.- 276 с.
16.
Ҝүлбəслəјəн гыз: һекајəлəр / Мир Ҹəлал.- Бакы: Азəрнəшр, 1965.- 334 с.
17.
Инсанлыг фəлсəфəси : һекајəлəр / Мир Ҹəлал.- Бакы, 1961.- 402 с.
18.
ХХ əср Азəрбајҹан əдəбијјаты: дəрслик / Мир Ҹəлал, Ф. Ҹ. Һүсејнов;
елми ред. Б. Ə. Нəбијев. - III нəшри. - Баkы: Маариф, 1982.- 426 с.
19.
ХХ əср Азəрбајҹан əдəбијјаты: али мəктəблəр үчүн дəрслик / Мир Ҹəлал,
Ф. Ҹ. Һүсејнов; елми ред. Б.Ə. Нəбијев. II нəшри.- Бакы: Маариф, 1969.-
348 с.
20.
Лəјагəт : һекајəлəр вə повест / Мир Ҹəлал. - Бакы: Јазычы, 1984. - 359 с.
21.
Силаһ гардашлары: һекајəлəр / Мир Ҹəлал. - Бакы: Ҝəнҹлик, 1974. - 292 с.
22.
Шəфəгдəн галханлар: повест вə һекајəлəр / Мир Ҹəлал. - Бакы : Ҝəнҹлик,
1972. - 270 с.
23.
Јолумуз һајанадыр: роман / Мир Ҹəлал. - Бакы: Азəрбајҹан Ушаг вə
Ҝəнҹлəр Əдəбијјаты Нəшријјаты, 1964. - 246 с.
12
Elektron resurslar (CD-ROM)
24.
Mir Cəlal yaradıcılığında vətən sevgisi: konfransın materialları /
Regionların İnkişafı İctimai Birliyi; tərt. İ. Əhmədov; red. T. Həmid.- Bakı:
Çaşıoğlu, 2009. - 1 el. opt. disk (CD-ROM). - ("Nizami" layihəsi)
25.
Seçilmiş əsərləri / Mir Cəlal; red. heyəti: Ə. Q. Quliyev [et al.]; tərt. Ə.
Paşayeva;ön sözün müəl., red. N. Ə. Həsənzadə. - Bakı : Çaşıoğlu, 2005. –
1 el. opt. disk (CD-ROM). - ("Nizami" layihəsi). - (Azərbaycan ədəbiyyatı)
26.
Seçilmiş əsərləri / Mir Cəlal; tərc. A. Tomson, tərt. red. N. A.
Paşayeva, T.
M. Mütəllimov; Regionların İnkişafı İctimai Birliyi
I cild : Dirilən adam: roman / . Hekayələr. - Bakı : Çaşıoğlu, 2008. – 1 el. opt.
disk (CD-ROM). - ("Nizami" layihəsi)
27.
Seçilmiş əsərləri / Mir Cəlal; tərc. A. Tomson, tərt. red. N. A.
Paşayeva,
T. M. Mütəllimov; Regionların İnkişafı İctimai Birliyi
II cild: Bir gəncin manifesti: roman / Hekayələr. - Bakı: Çaşıoğlu, 2008. –
1 el. opt. disk (CD-ROM). - ("Nizami" layihəsi)
28.
Seçilmiş əsərləri / Mir Cəlal; tərc. A. Tomson, tərt. red. N. A. Paşayeva,
T. M. Mütəllimov; Regionların İnkişafı İctimai Birliyi
III cild : Yolumuz hayanadir: roman / Hekayələr. - Bakı: Çaşıoğlu, 2008. –
1 el. opt. disk (CD-ROM). - ("Nizami" layihəsi)
Rus dilində kitablar
29.
Избранные произведения / Общественная Организация Развития Реги-
онов; сост. и ред. А. Пашаева, А. Гаджиев; пер. А. Томсон
Кн. 1. - Баку: Чашыоглу, 2009. - 440 с.
30.
Избранные произведения / Общественная Организация Развития Реги-
онов; сост. и ред. А. Пашаева, А. Гаджиев; пер. А. Томсон.
Кн. 2. - Баку: Чашыоглу, 2009. - 466 с.
31.
Избранные произведения: роман / Общественная Организация Развития
Регионов ; сост. и ред. А. Пашаева, А. Гаджиев; пер. А. Томсон.
Кн. 3. - Баку : Чашыоглу, 2009. - 466 с.
Mir Cəlal Paşayev haqqında
Kitablar:
32.
Əliyeva, Nurlana MÜzəffər qızı. Sovet dövrü Azərbaycan ədəbiyyatı: 1941-
1991: dərslik / N. M. Əliyeva; elmi red. N. Cəfərov; Azərbaycan Respublikası
Təhsil Nazirliyi. - Bakı : Elm və Təhsil, 2013. - 664 s.
33.
Gülgün, Rəhilə. Göylər adamı : yazıçı, alim, pedaqoq Mir Cəlal haqqında
esse-araşdırma : yeni yozum / R. Gülgün; red., ön sözün müəl. N. Q. Cəfərov;
13
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı: Kür-Araz
Nəşriyyat Evi, 2008. - 246 s. - (Silinməz
izlər)
34.
Hüseynova, Həcər Emin qızı. Mir Cəlalın obrazlı dili / H. E. Hüseynova;
red. A. М. Qurbanov. - Bakı : Elm, 2007. - 164 s.
35.
Mir Cəlal / Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.
C.6.- Bakı, 1982.- 586 s.
36.
Mir Cəlal : həyatı, mühiti, ədəbi, elmi və pedaqoji fəaliyyəti: iki cilddə / tərt.
müəl. T. Ə. Əhmədov, red. Ə. M. Paşayeva.
I cild. - Bakı : Nurlar NPM, 2014. - 348 s.
37.
Mir Cəlal : fotosənədlər, əlyazmalar, epistolyar irs: iki cilddə / tərt. müəl.
T. Ə. Əhmədov, red. Ə. M. Paşayeva.
II cild. - Bakı : Nurlar NPM, 2014. - 380 s.
38.
Mir Cəlal: 1908-1978 // Azərbaycan yazıçıları: ensiklopedik məlumat kitabı.-
Bakı, 1995.- S. 333-334.
39.
Orucov, Hidayət Xuduş oğlu. Mir Cəlal dünyasından sətirlər : esse = Вехи
мира Мир Джалала : эссе / H. X. Orucov. - Bakı : Əbilov, Zeynalov və
oğulları, 2006. - 84 s.
40.
Пашајев, Мир Ҹəлал Əли оғлу. ХХ əср Азəрбајҹан əдəбијјаты
/ М.Ҹ.Пашајев, Ф. Ҹ. Һүсејнов; елми ред. Б. Ə. Нəбијев. - Бакы : Маариф,
1974. - 348 с.
41.
Rəhimli, İlham Əziz oğlu. Məram: məbədə doğru gedən yol: Mir Cəlal
yaradıcılığının səhnə həyatı / İ. Ə. Rəhimli; elmi red. N. A. Paşayeva; Regi-
onların İnkişafı İctimai Birliyi. - Bakı : Çaşıoğlu, 2009. - 383 s.
Mir Cəlal Paşayev haqqında dövri mətbuatda:
2018
42.
Mir Cəlalın xatirəsinə həsr olunan hekayə müsabiqəsinin qalibləri mükafat-
landırılıb // Xalq qəzeti. - 2018.- 24 may. - № 116. - S. 5 .
43.
Bir yazıçı ömrünün manifesti : böyük pedaqoq, alim, istedadlı yazıçı Mir Cəlal
Paşayevin anadan olmasından 110 il ötür // Hərbi And. - 2018.- 4 may. -
№ 17. - S. 10 .
44.
Mir Cəlal Paşayevin “M. Ə. Sabirin sənət dünyası” kitabı elm ictimaiyyəti üçün
mühüm hadisədir // Xalq qəzeti. - 2017.- 29 aprel. - № 90. - S. 12 .
45.
Abasov, Abdulla. Böyük şəxsiyyətlər az-az yaranır : Mir Cəlal Paşayev - 110
/ A. Abasov // Azərbaycan. - 2018.- 27 aprel. - № 94. - S. 10 .
46.
Prezident kitabxanasında “Mir Cəlal” adlı elektron nəşr hazırlanmışdır
/AZƏRTAC // Respublika.- 2018.- 27 aprel.- №93.- S.5.
14
47.
Vəliyev, Rauf. Mir Cəlal Paşayev haqqında xatirələr /R. Vəliyev // Üç nöqtə. -
2018.- 27 aprel. - № 74. - S.8 .
48.
Alışanlı, Şirindil. XX əsr ədəbiyyatının Mir Cəlal fenomeni : Mir Cəlal
Paşayev - 110 / Ş. Alışanlı // Azərbaycan. - 2018.- 26 aprel. - № 93. - S.7.
49.
Hidayət. Ümmandan damlalar [Mətn]: Mir Cəlal -110 / Hidayət // Xalq qəzeti.-
26 aprel.- №93.- S.8.
50.
Mürsəlova, Ofelya. 110 ilin mübarək, dünya şöhrətli ədib Mir Cəlal Paşayev!
/ O. Mürsəlova // Səs. - 2018.- 26 aprel. - № 80. - S.6.
51.
Milli ədəbiyyatın patriarxı : Mir Cəlal Paşayev - 110 // Respublika. - 2018.-
26 aprel. - № 92. - S.6.
52.
Nəzakət. Azərbaycan nəsrinin görkəmli nümaəndəsi [Mətn]: bu gün böyük
pedaqoq, alim, istedadlıyazıçı Mir Cəlal Paşayevin anadan olmasından 110il
ötür / Nəzakət // Səs.- 2018.- 26 aprel.- №80.- S.6.
53.
Seyidov, Yusif. Milli ədəbiyyatın patriarxı: Mir Cəlal Paşayev-110
/ Y. Seyidov // Respublika.- 2018.- 26 aprel.- №92.- S.6.
54.
Salmanoğlu, Təyyar. Mir Cəlal nəsri milli mücadilə kontekstində [Mətn]
/ T. Salmanoğlu // Xalq qəzeti.- 2018.- 24 aprel.- №91.- S. 7.
55.
Heydərova, Ulduz. Mir Cəlal Paşayev - 110 il : Kiçik hekayələrin böyük ustadı
/ U. Heydərova // Təhsil problemləri. - 2018.- 16-23 aprel. - № 29/30. - S. 4 .
56.
Zeynalov, əsgər. Görkəmli mifoloq alim [Mətn]:[ Mirəli Seyidov-100]
/ Ə. Zeynalov // Respublika.- 2018.- 22 aprel.- №89.- S.6.
57.
Mir Cəlal Paşayev Azərbaycan ədəbiyyatında dəstxəti ilə seçilən yazıçı, əsl elm
fədaisi olub: [Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda Mir Cəlal Paşayevin 110 illik yubileyinə həsr olunan
elmi konfrans keçirilib] // Xalq qəzeti. - 2018.- 12 may. - № 106. - S. 7 .
58.
Müşfiq, Şahanə. Mir Cəlal Paşayevin Türkiyədə çıxan kitabının Bakıda
təqdimatı olub: Türk ədəbiyyat vəqfinin nəşr etdiyi kitabin təqdimatina
Türkiyədən gəlmiş nümayəndə heyəti də qatılıb / Ş. Müşfiq // 525-ci qəzet.-
2018.10 fevral.- № 27. - S. 16 .
59.
Mir Cəlal Paşayevin “Füzulinin poetik xüsusiyyətləri” elmi əsəri Türkiyədə
nəşr olunub // Xalq qəzeti. - 2018.- 8 fevral. - № 29. - S. 8
2017
60.
Azərbaycan nəsrinin görkəmli nümayəndəsi: böyük pedaqoq, alim istedadlı
yazıçı Mir Cəlal Paşayevin anadan olmasından 109 il ötür // Səs. - 2017.-
26 aprel. – № 72. - S. 4.
61.
Hüseynova, Aytən. Mir Cəlalın arxivindən tapılan hekayələr haqqında
/ A. Hüseynova // Mədəniyyət.AZ. - 2017. - № 9/10. – S. 64-67.
15
62.
Məhərrəmova, Təranə. Həqiqət, düzlük, səmimiyyət aşiqi: Mir Cəlal Paşayev
Azərbaycan ədəbi-bədii fikir və elm tarixində özünəməxsus yer tutur
/ T. Məhərrəmova // Kaspi. - 2017.- 28 sentyabr. - № 159. – S. 6.
63.
Məmmədli, Ruhiyyə. Düşündürən və kamilləşdirən poeziya / R. Məmmədli
// Mədəniyyət.AZ. - 2017. - № 3/4. - S. 16-18.
64.
Əhmədli, Bədirxan. Yazıçı və alim fədakarlığı / B. Əhmədli // Azərbaycan. -
2017.- 28 sentyabr. - № 211. - S. 7. - Ədəbiyyat xadimləri.
65.
Əsgərli, Əlizadə. Mir Cəlalın elmi yaradıcılığında Sabir mövzusu / Ə. Əsgərli
// Xalq qəzeti. - 2017.- 25 iyun. - № 136. - S. 12.
66.
Qafarova, S. H. Mir Cəlal Paşayevin uşaq ədəbiyyatının formalaşmasında rolu
/ S. H. Qafarova // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri: Ali
məktəblər arası elmi məqalələr məcmuəsi. - 2017. - № 4. - S. 178-180 .
67.
Əsgərov, Eldar. Mir Cəlalın yaradıcılığında Vətən sevgisi / E. Əsgərov
// Respublika. - 2017.- 28 aprel. - № 89. - S. 6. – Mir Cəlalın əziz xatirəsinə.
2016
68.
Əliyev, Sabir. Mir Cəlal Paşayev çağdaş Azərbaycan ədəbiyyatının görkəmli
simalarındandır /S.Əliyev //Azərbaycan.- 2016.- 27 aprel.- S. 12.
69.
Mürsəlova, Ofeliya. Müdrik insan - Mir Cəlal Paşayev] /O.Mürsəlov // Səs. -
2016.- 26 aprel.- S.5.
70.
Həsənzadə, N. "Mir Cəlal Paşayev oğluna aldığı evi mənə verdi" /N.
Həsənzadə; müsahibəni apardı S. Kərimova //Azərbaycan müəllimi.-2016.- 30
yanvar.- S.7.
71.
Məmməd, Zakir. "Bostan oğrusu"ndan bir neçə söz: Mir Cəlal Paşayev
haqqında /Z. Məmmə // Ədalət.- 2016.- 23 yanvar.- S.10.
2015
72.
Azalp, Akif. Əsrlərin romanı-nəsillərin manifesti : "Bir gəncin manifesti"nə
yeni baxış / A. Azalp // Respublika. - 2015.- 8 oktyabr. - № 218. - S. 6-7.
73.
Hüseynova, Aytən Qəzənfər qızı. Bədii sadəlik və mənəvi alilik
/ A. Q. Hüseynova // Kaspi. - 2015.- 1 may. - № 77. - S. 7.
74.
Hüseynova, Həcər. Yazıçı Mir Cəlal, şair Mir Cəlal / H. Hüseynova // İki
sahil. - 2015.- 7 aprel. - № 59. - S. 13.
75.
Laçın, Sultan. Mir Cəlal və Lev Tolstoy / S. Laçın // Həftə içi. - 2015.-
4 noyabr. - № 201. - S. 4-5.
76.
Mirzəzadə, Reyhan. Mir Cəlal və rus ədəbiyyatı / R. Mirzəzadə // Həftə içi. -
2015.- 20 noyabr. - № 213. - S. 4-5.
77.
Mirzəzadə, Reyhan. İstedadlı yazıçı, böyük alim, sevimli ata / R. Mirzəzadə
16
// Həftə içi. - 2015.- 17 sentyabr. - № 169. - S. 4-5.
78.
Quliyeva, Azadə. Mir Cəlal yaradıcılığında dil və üslub xüsusiyyətləri
/ A. Quliyeva // Həftə içi. - 2015.- 18 noyabr. – № 211. - S. 7.
79.
Yusifli, Vaqif. Sadəliyin və böyüklüyün mücəssəməsi / V. Yusifli // Azərbay-
can. - 2015.-26 aprel. - № 88. - S. 6.
2014
80.
Alışanlı, Şirindil. Ədəbi-nəzəri fikrimizin görkəmli söz sahibi / Ş. Alışanlı
// Azərbaycan. - 2014.-26 aprel. - № 85. - S. 6.
81.
Ağayeva, Gözəl. Bir ziyalı ömrünün manifesti... / G. Ağayeva // Xalq qəzeti. -
2014.- 26 aprel. - № 85. - S. 5.
82.
Görkəmli yazıçı, ədəbiyyatşünas alim, əməkdar elm xadimi Mir Cəlal
Paşayevin "Seçilmiş əsərləri"nin təqdimatı olmuşdur / AzərTAc // Azərbay-
can. - 2014.-1 may. - № 89. - S. 6.
83.
Mir Cəlal Paşayevin əziz xatirəsinə həsr edilmiş ikicildlik kitabın təqdimatı
olub // Azərbaycan. - 2014.- 27 sentyabr. - № 211. - S. 3.
84.
Mir Cəlalın yaradıcılığına və ömür yoluna işıq salan dəyərli kitab // Azərbay -
can. - 2014. - 9 dekabr. - № 269. - S. 6.
85.
Vələdoğlu, Elçin. Mir Cəlal "Seçilmiş əsərləri" / E. Vələdoğlu // Respublika. -
2014.-31 may. - № 113. - S. 6.
86.
Yusifli, Vaqif. Mir Cəlal həqiqətləri / V. Yusifli // Azərbaycan. - 2014.- 28
sentyabr. - № 212. - S. 5.
87.
Zeynalov, Samir. "Mir Cəlal" kitabının təqdimat mərasimi keçirilmişdir
/ S. Zeynalov // Respublika. - 2014.- 27 sentyabr. – № 211. - S. 2.
88.
Əhmədalılar, Tahir. Bir Ustadın manifesti / T. Əhmədalılar // Mədəniyyət. -
2014.- 25 aprel. - № 31. - S. 11.
89.
Əlişanoğlu, Tehran. Mir Cəlal romanlarının xronotopu / T. Əlişanoğlu // 525-
ci qəzet. - 2014.-11 oktyabr. - № 184. - S. 18-19,30.
90.
Əlişanoğlu, Tehran. Mir Cəlalın gülüşü / T. Əlişanoğlu // 525-ci qəzet. - 2014.-
4 oktyabr. - № 181. - S. 18-19.
17
İnternetdə:
http://heydar-aliyev-foundation.org/
https://az.wikipedia.org/wiki/Mir_C%C9%99lal
https://www.kitabyurdu.org/kitab/edebiyyat/1271-mir-celal-secilmis-eserleri.html
http://www.ebooks.az/book_MwlNOJf1.html
http://www.azkurs.org/mir-celal-secilmis-eserleri.html
https://news.milli.az/society/46018.html
https://az.trend.az/azerbaijan/politics/2195575.html
http://www.clb.az/html/m-c-100.c1.html
www.preslib.az/mircelal.htm
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=95526
http://www.respublica-news.az
http://az.strategiya.az/index.php?do=xeber&id=40628
https://525.az/site/?name=xeber&news_id=82823#gsc.tab=0
https://oxu.az/society/23197
http://muallim.edu.az/content/?category=arxiv&issue=04&content_id=25
http://anl.az/el/m/mc_se.pdf
http://kulis.lent.az/news/9333
http://az.strategiya.az/index.php?do=xeber&id=44480
https://az.trend.az/azerbaijan/politics/2195575.html
http://kaspi.az/az/heqiqet-duzluk-semimiyyet-asiqi/
https://news.milli.az/society/46018.html
20
Tərtib etdi: İnformasiya-resurs şöbəsinin böyük kitabxanaçısı
Məmmədova Tamella
Ünvan:
Az 1065, Yasamal rayonu, Bakı şəhəri
N.Nərimanov küç., 203
Əlaqə telefonları:
(+994 012) 538 02 47
538 54 57
538 93 54
Dostları ilə paylaş: |